2 Əmtəələrin keyfiyyətində və istehlak faydalılığında olan fərqlər qiymətlərin səviyyəsində ciddi uçota alınmalıdır



Yüklə 129 Kb.
səhifə4/4
tarix29.12.2021
ölçüsü129 Kb.
#48368
növüQaydalar
1   2   3   4
qiymət 2

Birinci mərhələdə firma mümkün satış həcmi, istehsal xərclərini qəbul edilmiş kriteriya əsasında mənfəətin kütləsini təyin edir, əmtəə vahidinin qiymətini hesablayır.

İkinci mərhələdə firma tələbin qiymətə görə funksiyası əsasında ayrı-ayrı “ Qiymət satış həcmi ” kombinasiyalarını təhlil etmək yolu ilə satışın müxtəlif taktikalarını işləyib hazırlayır, bu da ona daha çox mənfəət əldə etməyə imkan verir.

Üçüncü mərhələdə firma rəqib-əmtəələrlə müqayisədə, texniki-iqtisadi üstünlük və ya çatışmamazlığın üzə çıxartmaq yolu ilə, öz əmtəənin bazardakı möhkəmliyini qiymətləndirir. Məhsulun rəqabət qabiliyyətliliyi parametrik metodlarla yoxlanılır. Bu metodlar bizə firma tərəfindən istehsal xərcləri bazasında hesablanmış qiymət səviyyəsinin eyni məhsulların bazar qiymətlərində münasibətdə necə uyğunlaşmasını aşkar etməyə imkan yaradır.

Dördüncü mərhələdə firma təkrarən “ Qiymət satış həcmi” kombinasiyalarını işləyir. Ancaq, o bunu əvvəlki mərhələdə aşkar edilmiş rəqib amilləri ciddi nəzərə almaqla edir. “Qiymət satış həcmi” kombinasiyaları içərisindən elə variant seçilir ki, o firmaya maksimum mənfəət təmin edir və bazar qiymətləri sisteminə daha uyğundur.
Yüklə 129 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin