sonradan iki dəfə sertifikat aldıqda , sonuncu sertifikat şəxsə ömürlük verilir və həmin şəxs dövlət qulluqçusu kimi fəaliyyətini davam etdirməsi üçün hər hansı bir imtahana cəlb oluna bilməz. 28-1.3. Sertifikat alaraq dövlət qulluğuna qəbul edilən şəxsi işlədiyi dövlət orqanının rəhbəri bu Qanuna əsasən digər oxşar vəzifəyə təyin edə, habelə sertifikatına uyğun olaraq, vəzifədə irəli çəkə bilər. Maddə 29. İnzibati vəzifələrin tutulması 29.1.
Ali kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin ali-üçüncü təsnifatlarına uyğun olan vəzifələrin tutulması müsahibə keçirilməklə və ya qulluqda yüksəliş yolu ilə həyata keçirilir. 29.2. Birinci-beşinci kateqoriya dövlət orqanlarında (müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyəti orqanları, yerli icra hakimiyyəti başçılarının yanında avtomobil nəqliyyatı ilə sərnişindaşıma idarələri, inzibati ərazi dairələri üzrə nümayəndəliklər və sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklər) və Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında təyin olunan ticarət nümayəndələri vəzifələri istisna olmaqla) inzibati vəzifələrin birinci-yeddinci təsnifatlarına uyğun olan vəzifələrin tutulması həmin dövlət orqanı
rəhbərinin qərarı əsasında bu Qanunun 28-ci maddəsində nəzərdə tutulmuş qaydada
müsabiqə və ya bu Qanunun 29.3-
29.9-cu maddələrinə uyğun olaraq
müsahibə yolu ilə həyata keçirilir. Birinci-beşinci kateqoriya dövlət orqanının rəhbəri
inzibati vəzifələrin
birinci-yeddinci təsnifatlarına uyğun olan vakant vəzifə yarandığı gündən
bir ay ərzində
müsabiqənin, ümumi müsahibənin və ya daxili müsahibənin keçirilməsi barədə qərar qəbul etməlidir . Müvafiq icra hakimiyyəti orqanının