qərarı əsasında ,
ilk növbədə, həmin dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas
dərəcəsi olan dövlət qulluqçularının
iştirakını nəzərdə tutan müsahibə (daxili müsahibə) keçirilə bilər. Müsahibə bu
Qanunun 29.4-29.9-cu maddələrinin tələbləri nəzərə alınmaqla, bu Qanunun 29.6-cı maddəsində nəzərdə tutulmuş
qaydada keçirilir.
Bu maddənin ikinci hissəsinə uyğun olaraq keçirilən müsahibə nəticəsində müvafiq inzibati vəzifə tutulmadıqda,
dövlət orqanı rəhbərinin
müvafiq qərarı əsasında bu Qanunun 29.4-29.9-cu maddələrinə uyğun olaraq bu maddənin
birinci hissəsində nəzərdə tutulmuş digər şəxslərin iştirakını nəzərdə tutan müsahibə
(ümumi müsahibə) və ya bu
Qanunun 28-ci maddəsində nəzərdə tutulmuş qaydada
müsabiqə keçirilə bilər.
Bu maddəyə uyğun olaraq müvafiq inzibati vəzifənin müsahibə yolu ilə tutulması həyata keçirildikdə qanunvericiliklə
müəyyən edilmiş vakant vəzifələrin tutulmasının
ümumi şərtlərinin tələbləri gözlənilməlidir .
29.4. Bu Qanunun 29.3-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş hal istisna olmaqla, müsahibə barədə
elan müvafiq dövlət orqanının müraciəti əsasında müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum (DİM) tərəfindən
kütləvi informasiya vasitələri ilə
müsahibənin keçirilməsi tarixinə bir ay qalmış verilir.
Müsahibənin bu Qanunun 29.3-cü maddəsinin ikinci hissəsinə uyğun keçirilməsi barədə
dövlət orqanı rəhbərinin qərarı müsahibənin keçirilməsi tarixinə
bir ay qalmış həmin dövlət orqanında rəsmi elan olunur.
29.5. Müsahibədə barəsində müsahibə elan edilən vəzifənin təsnifatından
ən çoxu iki təsnifat aşağı inzibati
vəzifələrdə qulluq keçən dövlət qulluqçuları, habelə ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçmiş şəxslər
iştirak edə bilərlər.