2 Esed muellim rustemli 051-395-94-95


dövlət orqanının rəhbəri xidməti qaydada



Yüklə 1,8 Mb.
Pdf görüntüsü
səhifə128/240
tarix21.07.2022
ölçüsü1,8 Mb.
#62858
1   ...   124   125   126   127   128   129   130   131   ...   240
Əsəd-Rüstəmli 2021

dövlət orqanının rəhbəri xidməti qaydada, 
yuxarı orqan tabeçilik əsasında həyata keçirir. 
20.2. 
Müvafiq icra hakimiyyəti orqanının (Prezident) yaratdığı qurum (DİM) etik davranış qaydalarına 
əməl olunmasına nəzarəti nizamnaməsinə uyğun olaraq həyata keçirir.
Maddə 21. Dövlət orqanının rəhbəri tərəfindən nəzarət (Əzbər) 
21.1. Dövlət orqanlarında etik davranış qaydalarına əməl olunmasına nəzarəti həmin orqanların müvafiq 
qurumları həyata keçirir. 
21.2. Dövlət orqanının rəhbəri: 
21.2.1. tabeliyində olan dövlət qulluqçularının xidməti davranışlarının bu Qanunla müəyyən olunan etik 
davranış qaydalarına uyğunluğuna nəzarət etməli və onun təhlilini aparmalıdır; 
21.2.2. öz davranışı ilə etik davranış qaydalarına əməl olunması nümunəsi göstərməlidir; 
21.2.3. tabeliyində olan dövlət qulluqçuları arasında onların tutduqları vəzifələrə uyğun olaraq vəzifə 
bölgüsü aparmalıdır; 
21.2.4. tabeliyində olan şəxsləri hüquqa və hamılıqla qəbul edilmiş etik normalara zidd olan hərəkət 
etməyə və qərarlar qəbul etməyə sövq etməməlidir; 
21.2.5. rəhbərlik etdiyi dövlət orqanlarına və onların struktur bölmələrinə kadrların seçilməsi və 
yerləşdirilməsi zamanı qanunvericiliyin tələblərinə əməl etməlidir; 
21.2.6. etik davranış qaydalarının pozulmasının qarşısının alınması və profilaktikası üzrə tədbirlər 
görməlidir; 
21.2.7. tabeliyində olan dövlət qulluqçularına etik davranış qaydalarını izah etməli və müraciət olunduğu 
təqdirdə etik davranış qaydalarına əməl olunmasına dair onlara tövsiyələr verməlidir; 
21.2.8. öz səlahiyyətləri çərçivəsində bu Qanunla müəyyən olunmuş etik davranış qaydalarını və onlara 
əməl olunması ilə bağlı təminatları konkretləşdirən normativ hüquqi (və ya normativ xarakterli) aktları işləyib 
hazırlamalı və təsdiq etməlidir; 
21.2.9. etik davranış qaydalarını pozan dövlət qulluqçularının intizam məsuliyyətinə cəlb edilməsi üçün 
tədbirlər görməlidir; 
21.2.10. etik davranış qaydaları və dövlət qulluqçuları tərəfindən həmin qaydalara əməl olunmasını tələb 
etmək hüquqlarına malik olmaları barədə vətəndaşları və təşkilatları məlumatlandırmaq üçün tədbirlər 
görməlidir; 
21.2.11. etik davranış qaydalarının pozulması halları ilə bağlı həyata keçirilmiş tədbirlər barədə 
vətəndaşları, təşkilatları və dövlət orqanlarını məlumatlandırmalıdır; 
21.2.12. etik davranış qaydalarının pozulmasının nəticələrinin aradan qaldırılması, habelə dövlət orqanına 
ictimai etimadın artırılması üçün tədbirlər görməlidir; 


68 
Esed_muellim_rustemli 
051-395-94-95 
21.2.13. etik davranış qaydalarına əməl olunması ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş digər 
vəzifələri həyata keçirməlidir. 
Maddə 23. Etik davranış qaydalarının pozulmasına görə məsuliyyət 
23.1. Etik davranış qaydalarının pozulması dövlət qulluqçusunun intizam məsuliyyətinə cəlb edilməsi üçün 
əsasdır. 
23.2. Dövlət qulluqçusunun intizam məsuliyyətinə cəlb edilməsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada 
və müddətdə həyata keçirilir. 
23.3. Aşağıdakı hallarda intizam icraatına başlanıla bilər: 
23.3.1. bu Qanunun müddəalarının dövlət qulluqçusu tərəfindən pozulması 

Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   124   125   126   127   128   129   130   131   ...   240




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin