müdafiəsi məqsədi ilə edilən müraciətə görə vətəndaşı təqib etmək qadağandır. 12.5. Müraciətlərə baxılması zamanı müraciətə baxan subyektlərin və onların vəzifəli şəxslərinin
müraciətdəki məsələlərin həlli ilə əlaqədar əldə olunmuş məlumatları, o cümlədən dövlət sirri təşkil edən və
qanunla qorunan digər məlumatları yayması (yazılı müraciətin aidiyyəti üzrə baxılması üçün digər müraciətə
baxan subyektlərə və onların vəzifəli şəxslərinə göndərilməsi istisna olmaqla), eləcə də müraciətin həlli ilə
bağlı olmayan fərdi məlumatların, o cümlədən xüsusi kateqoriyalı
fərdi məlumatların toplanılması, saxlanılması, istifadəsi və yayılması qadağandır. 12.6. Dövlət orqanının (və ya onun vəzifəli şəxsinin) qanunazidd hərəkəti (hərəkətsizliyi) barədə
prokurorluq orqanlarına daxil olmuş müraciətlərə
bu Qanuna və “Prokurorluq haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq baxılır. Bu cür
müraciətlər prokurorluq orqanlarının səlahiyyətlərinə aid olmadıqda onlar beş iş günü müddətində müraciət edən şəxsə qaytarılır. Vətəndaşın
müraciəti müraciətə baxan subyekt (və ya onun vəzifəli şəxsi) tərəfindən aidiyyəti üzrə baxılması üçün
prokurorluq orqanına göndərildikdə həmin subyektə (və ya onun vəzifəli şəxsinə) onun xahişi ilə baxılmanın
nəticəsi barədə məlumat verilir.
12.7. Azərbaycan Respublikasının Baş prokuroru bu Qanunun 12.6-cı maddəsində göstərilən müraciətlərə
baxılmasının nəticələri barədə
altı ayda bir dəfədən az olmayaraq müvafiq icra hakimiyyəti orqanına
(Prezident) məlumat verir.
M a d d ə 13. Nəzarətin həyata keçirilməsi 13.1. Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə
məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlıq işinin aparılmasına nəzarəti müvafiq icra
hakimiyyəti orqanı