85
Esed_muellim_rustemli
051-395-94-95
10.4. Əgər məlumatın verilməsi barədə müraciətə yuxarıda göstərilən müddətlərdə baxılması nəticəsində
lazım olan məlumat öz əhəmiyyətini itirə bilərsə
, həmin müraciətə dərhal, bu mümkün olmadıqda,
müraciətin daxil olduğu andan 24 saat keçənədək baxılmalıdır.
10.5.
Bu Qanunun 10.1-10.3-cü maddələrində göstərilən müddətlərin axımı müraciətin müraciətə
baxan subyektə daxil olduğu gündən başlanır
.
M a d d ə 11.
Vətəndaşların qəbul edilməsi qaydası
11.1. Müraciətə baxan subyektlər vətəndaşların qəbul edilməsini vətəndaşların qəbulu cədvəlinə uyğun
olaraq
ayda bir dəfədən az olmamaqla
təmin etməlidirlər.
11.2. Vətəndaşları müraciətə baxan subyektlərin
rəhbərləri və ya digər vəzifəli
şəxsləri qəbul edirlər.
11.3. Vətəndaşlar
əvvəlcədən məlumat verilən günlərdə və saatlarda
qəbul edilməlidirlər. Vətəndaşın
müraciəti ilə əlaqədar təxirəsalınmaz tədbirlərin görülməsi tələb edildikdə müraciətə
baxan subyektin rəhbəri
və ya digər vəzifəli şəxsləri onları dərhal qəbul etməlidirlər.
11.4. Vətəndaş şəxsiyyətini təsdiq edən sənəd və ya şəxsiyyətini müəyyən edən rekvizitlər və ya
Dostları ilə paylaş: