2 Esed muellim rustemli 051-395-94-95


tarixi, mədəni və mənəvi irsə



Yüklə 1,8 Mb.
Pdf görüntüsü
səhifə16/240
tarix21.07.2022
ölçüsü1,8 Mb.
#62858
1   ...   12   13   14   15   16   17   18   19   ...   240
Əsəd-Rüstəmli 2021

tarixi, mədəni və mənəvi irsə 
hörmətlə yanaşmalı, ona qayğı göstərməli, tarix və mədəniyyət 
abidələrini qorumalıdır. 
M a d d ə 4 1 . Sağlamlığın qorunması hüququ
 
I. Hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır. 
II. Dövlət 
müxtəlif mülkiyyət növləri 
əsasında fəaliyyət göstərən 
səhiyyənin bütün növlərinin 
inkişafı 
üçün zəruri 
tədbirlər görür, sanitariya-epidemiologiya salamatlığına 
təminat verir, 
tibbi sığortanın 
müxtəlif 
növləri üçün imkanlar yaradır. 
III. İnsanların həyatı və sağlamlığı üçün təhlükə törədən faktları və halları gizlədən vəzifəli şəxslər 
qanun 
əsasında 
məsuliyyətə 
cəlb edilirlər. 
M a d d ə 4 2 . Təhsil hüququ
 
I
. Hər bir vətəndaşın 
təhsil almaq hüququ vardır. 
II. Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. 
III. Təhsil sisteminə 
dövlət
tərəfindən nəzarət edilir. 
IV. 
Maddi vəziyyətdən asılı olmayaraq istedadlı şəxslərin 
təhsili davam etdirməsinə dövlət zəmanət 
verir. 
V. Dövlət minimum təhsil standartlarını müəyyən edir. 
M a d d ə 4 3 . Mənzil hüququ
 
I. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. 
II. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu 
gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. 
M a d d ə 4 4 . Milli mənsubiyyət hüququ
 
I. Hər kəsin milli mənsubiyyətini qoruyub saxlamaq hüququ vardır. 
II. Heç kəs milli mənsubiyyətini dəyişdirməyə məcbur edilə bilməz. 
M a d d ə 4 5 . Ana dilindən istifadə hüququ
 
I. Hər kəsin ana dilindən istifadə etmək hüququ vardır. Hər kəsin istədiyi dildə tərbiyə və təhsil almaq, 
yaradıcılıqla məşğul olmaq hüququ vardır. 
II. 

Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   240




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin