yalnız öz sahibinə məxsusdur. 5.2.
İmza sahibi bir neçə imza yaratma məlumatlarına malik ola bilər və onlar sertifikatlarında
göstərilən münasibətlərdə istifadə edilir.
5.3. Elektron sənədin və elektron imzanın
həqiqiliyini təsdiq etmək və imza sahibinin şəxsiyyətini identikləşdirmək məqsədilə imzanın yoxlanılması həyata keçirilir. Yoxlama imza vasitələrindən istifadə
edilməklə elektron imzanı yoxlama məlumatları əsasında aparılır.
5.4. Elektron imzanın yoxlanma qaydası müvafiq icra hakimiyyəti orqanı
(Nazirlər Kabineti) tərəfindən
müəyyən edilir.
5.5. İmza sahibi sertifikatı olmayan elektron imzadan istifadə edərkən qarşı tərəfi xəbərdar etməlidir. M a d d ə 6 . Elektron imzanın dövlət idarəçiliyi sahəsində istifadəsi 6.1. Dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının informasiya sistemlərində elektron sənəd
mübadiləsi üçün
ancaq gücləndirilmiş imzadan və sertifikatlaşdırılmış imza vasitələrindən istifadə edilir.
6.2. Dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanları
sahə üzrə akkreditə edilmiş Mərkəzin
xidmətlərindən istifadə etməlidir.
6.3.
Dövlət hakimiyyəti və ya yerli özünüidarəetmə orqanlarına fiziki və ya hüquqi şəxsin göndərdiyi
məlumat bildirişi
onun gücləndirilmiş imzası ilə təsdiqlənməlidir .
6.4. Dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanları tərəfindən elektron imzadan istifadə qaydası
müvafiq icra hakimiyyəti orqanı
(Nazirlər Kabineti) tərəfindən müəyyənləşdirilir.
IV fəsil ELEKTRON SƏNƏD M a d d ə 2 1. Elektron sənədə dair tələblər 21.1. Elektron sənəd aşağıdakı tələblərə cavab verməlidir:
21.1.1.texniki və proqram vasitələrinin köməyi ilə yaradılmalı, saxlanılmalı, emal edilməli, ötürülməli və
qəbul edilməlidir;
21.1.2.bu Qanunun 22-ci maddəsində