mətbəə üsulu ilə sənəd növünün adı (qərar, protokol, əmr və s.) yazılır.
İki və ya daha artıq təşkilat adından hazırlanan sənədlər blanksız tərtib edilir. Həmin sənədlər təşkilat rəhbərinin imzası və təşkilatın gerbli möhürü ilə təsdiqlənir . Sərəncam mahiyyətli sənədlər üçün blanklar “Sərəncam sənədləri sistemi. Formulyar-nümunə” -
6.38- 90 dövlətlərarası standart üzrə hazırlanır.
Blanklar 1 nömrəli ağ yazı kağızından hazırlanmalıdır. Müstəsna hallarda açıq rəngli, zəif boyalı kağız
işlətməyə yol verilir.
10. Təşkilatlarda tez-tez təkrarlanan birtipli sənədlər (bildiriş, məktub və s.) tərtib edilərkən sənədlərin
mətbəə üsulu ilə hazırlanan trafaret mətnli blankları tətbiq edilə bilər.
11. Təşkilatların mətbəə üsulu ilə hazırlanan blanklarında aşağıdakı rekvizitlər çap edilir:
11.1. Azərbaycan Respublikasının Dövlət Gerbi (“Azərbaycan Respublikası Dövlət Gerbinin təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 2 noyabr tarixli 1332-VKQ nömrəli Konstitusiya Qanunu ilə müəyyən edilmiş təsvirə uyğun olaraq); 11.2. Azərbaycan Respublikasının (Naxçıvan Muxtar Respublikasının) adı; 11.3. təşkilatın tam adı; 11.4. təşkilatın poçt indeksi, ünvanı, məlumat almaq üçün telefon nömrəsi, faksın nömrəsi və elektron poçtu (əgər varsa). Rekvizitlər blankların yuxarı hissəsində eninə, bir qayda olaraq, Azərbaycan Respublikasının dövlət
dilində çap edilir (1 nömrəli əlavə). Xarici dildə çap edilmiş rekvizitlərə malik blanklardan istifadə
edilməsinə
yalnız sənədin mətni həmin blankı göndərən təşkilat tərəfindən xarici dildə yazıldıqda yol verilir. 12.
Plan, maliyyə, statistika sənədləri və başqa xüsusi sənədlər
qanunvericiliklə müəyyən edilmiş
qaydada hazırlanıb tərtib edilir.
13. Sənədlər hazırlanarkən