bütün rəsmi mərasim və tədbirlər Azərbaycan Respublikasının
dövlət dilində aparılır. 4.2. Bu Qanunun 4.1-ci maddəsinin tələbləri Azərbaycan Respublikasının təşkil etdiyi
beynəlxalq səviyyəli rəsmi mərasimlərə və tədbirlərə, habelə müvafiq icra hakimiyyəti orqanları tərəfindən
digər ölkələrdə keçirilən hər hansı rəsmi mərasim və tədbirə şamil olunmur.
M a d d ə 5 . Dövlət dilinin təhsil sahəsində işlənməsi 5.1. Azərbaycan Respublikasında
təhsil dövlət dilində aparılır.
5.2. Azərbaycan Respublikasında başqa dillərdə təhsil müəssisələrinin fəaliyyəti qanunvericiliklə
müəyyən edilmiş qaydada həyata keçirilir.
Belə müəssisələrdə dövlət dilinin tədrisi məcburidir. 5.3. Azərbaycan Respublikasında ali və orta peşə-ixtisas təhsili müəssisələrinə qəbul zamanı
Azərbaycan dili fənnindən imtahan verilməlidir. M a d d ə 6 . Dövlət dilinin televiziya və radio yayımlarında işlənməsi Mülkiyyət formasından asılı olmayaraq , Azərbaycan Respublikası ərazisində təsis edilən və fəaliyyət
göstərən, dövlət dilində yayımlanan bütün televiziya və radio kanallarının
aparıcıları dövlət dilini mükəmməl bilməli və səlis danışıq qabiliyyətinə malik olmalıdırla r. Televiziya və radio kanallarında
dublyaj olunan filmlər və verilişlər dövlətin müəyyən etdiyi
dil normalarına uyğun olmalıdır. M a d d ə 7 . Dövlət dilinin xidmət sahələrində, reklam və elanlarda işlənməsi 7.1. Azərbaycan Respublikası ərazisində
bütün xidmət sahələrində, reklam və elanlarda dövlət dili işlənilir . Əcnəbilərə xidmət göstərilməsi ilə bağlı müvafiq xidmət sahələrində dövlət dili ilə yanaşı digər
dillər də tətbiq oluna bilər.