ÜMUMİ MÜDDƏALAR Maddə 1. Qanunun müəyyən etdiyi qaydalar 1.1. Bu Qanun
inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati
orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin
hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir.
1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki
xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir:
2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları,
(Nazirlər Kabineti, Mərkəzi və Yerli icra hakimiyyəti orqanları) onların yerli (struktur) və digər qurumları,
bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya
hüquqi şəxs;
2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən
(konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya
fiziki şəxs (şəxslər) üçün müəyyən
hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir ;
2.0.3. maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati
orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik)
edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati
aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi
və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və
ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati