pozulan insan hüquqları və azadlıqlarının bərpa edilməsi və bu Konstitusiya Qanunu ilə müəyyən edilmiş hallarda insan hüquqları pozuntularının qarşısının alınması üçün təsis edilir. 1.2. Müvəkkil “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə
Konvensiya”nın Fakültativ Protokolunda nəzərdə tutulmuş milli preventiv mexanizmin funksiyalarını həyata
keçirir. İşgəncənin və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın və ya cəzanın qarşısını almaq
məqsədi ilə o,
saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə müntəzəm surətdə və ya zəruri saydığı istənilən halda baş çəkir .
1.3. Müvəkkil informasiya sahibi olan dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və vəzifəli
şəxslərin
“İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun tələblərindən irəli gələn
vəzifələri yerinə yetirməsinə nəzarəti həyata keçirir.
1.4. Müvəkkil fəaliyyət istiqamətlərinə uyğun olaraq
yerli, regional və beynəlxalq təşkilatlarla
əməkdaşlıq edir.
1.5. Müvəkkilin fəaliyyəti insan hüquqlarının müdafiəsini,
pozulmuş insan hüquq və azadlıqlarının bərpasını təmin edən digər dövlət orqanlarının səlahiyyətlərini məhdudlaşdırmır və əvəz etmir .
1.6. Azərbaycan Respublikası
Prezidentinin , Azərbaycan Respublikası Milli Məclisinin
deputatlarının və Azərbaycan Respublikası
hakimlərinin fəaliyyətinin yoxlanılması Müvəkkilin səlahiyyətlərinə aid deyil .
1.7. Müvəkkil
əfv, vətəndaşlıq, siyasi sığınacaq verilməsi məsələlərinin həlli ilə bağlı Azərbaycan
Respublikası
Prezidentinə təkliflər verə bilər .
1.8. Müvəkkil Azərbaycan Respublikasının Milli Məclisinə
insan hüquq və azadlıqlarının təmin