I. Azərbaycan Respublikasının Milli Məclisi hər il iki
növbəti yaz və payız sessiyalarına yığılır.
Azərbaycan Respublikası Milli Məclisinin
83 deputatının səlahiyyətləri təsdiq edildikdən sonra Azərbaycan
Respublikası Milli Məclisinin
ilk iclası həmin gündən başlayaraq bir həftədən gec olmayaraq çağırılır .
Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdən sonra
martın 10-dək onun 83 deputatının səlahiyyətləri təsdiq edilməzsə , Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasının keçirilmə vaxtını
Azərbaycan Respublikasının
Konstitusiya Məhkəməsi müəyyən edir.
II. Azərbaycan Respublikası Milli Məclisinin növbədənkənar sessiyalarını Azərbaycan Respublikası Milli
Məclisinin sədri Azərbaycan Respublikası Prezidentinin və ya Azərbaycan Respublikası Milli Məclisinin
42 deputatının tələbi əsasında çağırır.
III. Azərbaycan Respublikası Milli Məclisinin
növbədənkənar sessiyasının gündəliyini müvafiq olaraq onun çağırılmasını tələb edənlər müəyyənləşdirir . Bu
gündəlikdəki məsələlərə baxıldıqdan sonra növbədənkənar sessiyanın işi bitir. IV. Azərbaycan Respublikası Milli Məclisinin sessiyalarının
iclasları açıq keçirilir . Azərbaycan
Respublikası Mili Məclisinin
83 deputatının tələbi ilə və ya Azərbaycan Respublikası
Prezidentinin təklifi ilə Azərbaycan Respublikası Milli Məclisinin
sessiyasının qapalı iclası keçirilə bilər .
M a d d ə 8 9 . Azərbaycan Respublikası Milli Məclisi deputatlığından məhrumetmə və Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının səlahiyyətlərinin itirilməsi I. Azərbaycan Respublikası Milli Məclisinin deputatı aşağıdakı hallarda mandatından məhrum edilir:
1) seçkilər zamanı səslərin düzgün hesablanmadığı aşkar olunduqda;
2) Azərbaycan Respublikası vətəndaşlığından çıxdıqda və ya başqa dövlətin vətəndaşlığını qəbul etdikdə;
3) cinayət törətdikdə və