bilməməsi I. Azərbaycan Respublikasının Prezidenti
istefa verdikdə, səhhətinə görə öz səlahiyyətlərinin icra etmək qabiliyyətini tamamilə itirdikdə, bu Konstitusiya ilə nəzərdə tutulmuş hallarda və qaydada
vəzifəsindən kənarlaşdırıldıqda vaxtından əvvəl vəzifədən getmiş sayılır.
II. Azərbaycan Respublikasının Prezidenti
istefa verdikdə onun istefa ərizəsi Azərbaycan
Respublikasının
Konstitusiya Məhkəməsinə təqdim olunur. Azərbaycan Respublikasının Konstitusiya
Məhkəməsi istefa ərizəsini Azərbaycan Respublikası Prezidentinin özünün verdiyinə əmin olduğu təqdirdə
Azərbaycan Respublikası Prezidentinin istefasının qəbul olunması haqqında qərar qəbul edir. Həmin andan
Azərbaycan Respublikasının
Prezidenti istefa verdiyinə görə vəzifədən getmiş sayılır. III. Azərbaycan Respublikası Prezidentinin səhhətinə görə öz səlahiyyətlərini icra etmək qabiliyyətini
tamamilə itirdiyi barədə məlumat verildikdə Azərbaycan Respublikasının
Milli Məclisi bu faktın aydınlaşdırılması üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi bu barədə
qərarı hakimlərin 6 səs çoxluğu ilə qəbul
edir. Əgər Azərbaycan Respublikasının
Konstitusiya Məhkəməsi bu faktı təsdiq etməzsə, məsələ bununla bitmiş sayılır. M a d d ə 1 0 5 . Azərbaycan Respublikası Prezidenti vəzifədən getdikdə onun səlahiyyətlərinin icrası I.
Azərbaycan Respublikasının Prezidenti vaxtından əvvəl vəzifədən getdikdə
60 gün müddətindənövbədənkənar Azərbaycan Respublikasının Prezidenti seçkiləri keçirilir. Bu halda Azərbaycan
Respublikasının yeni Prezidenti seçilənədək Azərbaycan Respublikasının Prezidenti səlahiyyətlərini
Azərbaycan Respublikasının