qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata
keçirilir.
V. Bütün məhkəmələrdə işlərin
icraatı açıq aparılır. İşə qapalı iclasda baxılmasına yalnız o halda icazə verilir ki , məhkəmə açıq icraatın dövlət, peşə və
kommersiya sirrinin açılmasına səbəb olacağını güman edir, ya da vətəndaşların şəxsi və ya ailə həyatının
məxfiliyini qorumaq zərurətini mövcudluğunu müəyyən edir.
VI. Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla,
cinayət işlərinin qiyabi məhkəmə icraatına yol verilmir .
VII. Məhkəmə icraatı
çəkişmə prinsipi əsasında həyata keçirilir.
VIII. Məhkəmə icraatının
istənilən mərhələsində hər kəsin müdafiə hüququ təmin olunur. IX. Ədalət məhkəməsi
təqsirsizlik prezumpsiyasına əsaslanır.
X. Azərbaycan Respublikasında məhkəmə icraatı Azərbaycan Respublikasının dövlət dilində və ya
müvafiq yerin əhalisinin çoxluq təşkil edən hissəsinin dilində aparılır. İşin iştirakçısı olub məhkəmə icraatının
aparıldığı dili bilməyən
şəxslərin işin materialları ilə tam tanış olmaq , məhkəmədə
tərcüməçi vasitəsi ilə iştirak etmək və məhkəmədə ana dilində çıxış etmək hüququ təmin edilir.
M a d d ə 1 2 8 . Hakimlərin toxunulmazlığı I. Hakimlər toxunulmazdırlar.
II. Hakim cinayət məsuliyyətinə yalnız
qanunda nəzərdə tutulan qaydada cəlb oluna bilər.
III.
Hakimlərin səlahiyyətlərinə yalnız qanunda nəzərdə tutulmuş əsaslara və qaydalara müvafiq surətdə xitam verilə bilər. IV. Hakimlərin vəzifədən kənarlaşdırılması təşəbbüsünü hakimlər cinayət törətdikdə Azərbaycan
Respublikasının Prezidenti Azərbaycan Respublikası Ali Məhkəməsinin rəyi əsasında Azərbaycan
Respublikasının Milli Məclisi qarşısında irəli sürə bilər. Müvafiq rəyi Azərbaycan Respublikasının