22-1.2. Dövlət qulluqçusunun əlavə təhsil aldığı müddət onun
qulluq stajına daxildir .
22-1.3. Dövlət qulluqçusunun əlavə təhsil alması üçün aşağıdakılar əsasdır:
22-1.3.1. dövlət qulluğunda daha yüksək vəzifəyə təyin edilməsi; 22-1.3.2. dövlət qulluğunun ehtiyat kadrlarının siyahısına daxil edilməsi; 22-1.3.3. dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticəsi; 22-1.3.4. dövlət qulluqçusunun şəxsi təşəbbüsü .
22-1.4. Dövlət qulluqçusunun əlavə təhsil alması həmin
dövlət orqanının rəhbəri tərəfindən müəyyən edilir.
22-1.5. Dövlət qulluqçusunun əlavə təhsili ixtisasartırma və yenidənhazırlanma qurumlarında, peşə-ixtisas təhsili
müəssisələrində yaradılmış müvafiq strukturlarda, stajkeçmə və peşə hazırlığı kurslarında və bu sahə üzrə fəaliyyətinə
xüsusi razılıq verilmiş digər müəssisələrdə qanunvericiliklə müəyyən olunmuş istiqamətlərdə həyata keçirilir.
22-1.6. Dövlət qulluqçusu əlavə təhsil almaq üçün
xarici ölkələrə ezam edilə bilər. 22-1.7. Dövlət qulluqçusunun əlavə təhsili qulluqkeçmədən
ayrılmaqla, qismən ayrılmaqla və ya ayrılmamaqla həyata keçirilir.
22-1.8. Dövlət qulluqçusunun əlavə
təhsilinin növü, forması, müddəti və maliyyə təminatı müvafiq icra
hakimiyyəti orqanı
(AR Nazirlər Kabineti) tərəfindən təsdiq edilən qaydalarla tənzimlənir.
22-1.9. Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin , Azərbaycan Respublikası
Ali Məhkəməsinin ,
Azərbaycan Respublikası
Məhkəmə-Hüquq Şurasının və Azərbaycan Respublikası
İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) aparatlarında , habelə
2-ci-5-ci kateqoriya dövlət orqanlarında ali hüquq təhsili tələb