yaratdığı qurum və müsabiqə (müsahibə) barədə qərar qəbul edən
müvafiq dövlət orqanı həmin
müsabiqə və müsahibələrin
ədalətli, şəffaf və operativ keçirilməsini təmin etməlidirlər.
Dövlət qulluqçusu qulluq keçdiyi orqanda
öz razılığı ilə aşağı vəzifəyə keçirilərkən , habelə tutduğu inzibati vəzifə
təsnifatına uyğun olan, vəzifənin adı eyni olan vəzifəyə keçirilərkən bu maddənin müddəaları həmin dövlət qulluqçusu
barəsində
tətbiq edilmir .
Dövlət qulluqçusu bu maddənin müddəaları tətbiq edilmədən digər dövlət orqanında (bu maddənin dördüncü hissəsinə uyğun olaraq dövlət qulluğuna qəbul edilmiş dövlət qulluqçusu isə digər müvafiq icra hakimiyyəti orqanında (yerli icra hakimiyyəti orqanları, yerli icra hakimiyyəti başçılarının yanında avtomobil nəqliyyatı ilə sərnişindaşıma idarələri, inzibati ərazi dairələri üzrə nümayəndəliklər və sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklər)) tutduğu inzibati
vəzifə ilə eyni təsnifatdan və ya aşağı təsnifatdan olan vəzifəyə həmin dövlət orqanları rəhbərlərinin
qarşılıqlı razılığı ilə keçirilə bilər.
Müvafiq icra hakimiyyəti orqanında
(yerli icra hakimiyyəti orqanları, yerli icra hakimiyyəti başçılarının yanında avtomobil nəqliyyatı ilə sərnişindaşıma idarələri, inzibati ərazi dairələri üzrə nümayəndəliklər və sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklər) inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan vakant vəzifələrin
tutulması həmin dövlət orqanı rəhbərinin qərarı əsasında bu qanunun 29.4-cü, 29.6-29.8-ci maddələrinə uyğun olaraq
yalnız müsahibə yolu ilə həyata keçirilir.
Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və ya konsulluğunda ticarət nümayəndəsi vəzifəsinin tutulması