2 Esed muellim rustemli 051-395-94-95



Yüklə 1,8 Mb.
Pdf görüntüsü
səhifə2/240
tarix21.07.2022
ölçüsü1,8 Mb.
#62858
1   2   3   4   5   6   7   8   9   ...   240
Əsəd-Rüstəmli 2021

 
 
 
 
 



Esed_muellim_rustemli 
051-395-94-95 
AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYASI
 
 
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sədrliyi ilə Azərbaycan Respublikasının yeni 
Konstitusiya layihəsini hazırlayan komissiya tərəfindən hazırlanmış, 
1995-ci il noyabrın 12-də 
ümumxalq 
səsverməsində (referendumda) qəbul edilmişdir. 
1995-ci il noyabrın 27-dən qüvvəyə minmişdir. 
  
  
2002-ci il avqustun 24-də 
ümumxalq səsverməsində (referendumda) qəbul edilmiş 
dəyişikliklərlə.
  
2009-cu il martın 18-də 
ümumxalq səsverməsində (referendumda) qəbul edilmiş 
əlavə və dəyişikliklərlə.
  
2016-cı il sentyabrın 26
-da keçirilmiş ümumxalq səsverməsində (referendumda) qəbul edilmiş 
əlavə və 
dəyişikliklərlə. 
Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək, 
“Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya aktında əks 
olunan prinsipləri əsas götürərək, bütün cəmiyyətin və hər kəsin firavanlığının təmin 
edilməsini arzulayaraq, ədalətin, azadlığın və təhlükəsizliyin bərqərar edilməsini istəyərək, 
keçmiş, indiki və gələcək nəsillər qarşısında öz məsuliyyətini anlayaraq, suveren 
hüququndan istifadə edərək, təntənəli surətdə aşağıdakı niyyətlərini bəyan edir:
- Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq;
- Konstitusiya çərçivəsində demokratik quruluşa təminat vermək;
- vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq;
- xalqın iradəsinin ifadəsi kimi, qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət 
qurmaq;
- ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq, hamının layiqli həyat səviyyəsini 
təmin etmək;
- ümumbəşəri dəyərlərə sadiq olaraq, bütün dünya xalqları ilə dostluq, sülh və əmin-
amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək.
Yuxarıda sadalanan ülvi niyyətlərlə ümumxalq səsverməsi - referendum yolu ilə bu 
Konstitusiya qəbul edilir.

Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   240




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin