Azərbaycan respublikasinin



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə1/88
tarix02.01.2022
ölçüsü1,09 Mb.
#39764
  1   2   3   4   5   6   7   8   9   ...   88
AR Konsititusiyası



AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYASI 

 

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sədrliyi ilə Azərbaycan 

Respublikasının yeni Konstitusiya layihəsini hazırlayan komissiya tərəfindən 

hazırlanmış, 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsində (referendumda) qəbul 

edilmişdir. 

1995-c

i il noyabrın 27-dən qüvvəyə minmişdir. 

 

 

2002-ci il avqustun 24-

də ümumxalq səsverməsində (referendumda) qəbul edilmiş 

dəyişikliklərlə. 

 

2009-

cu il martın 18-də ümumxalq səsverməsində (referendumda) qəbul edilmiş əlavə 

və dəyişikliklərlə. 

 

2016-

cı il sentyabrın 26-da keçirilmiş ümumxalq səsverməsində (referendumda) qəbul 

edilmiş əlavə və dəyişikliklərlə. 

 

Azərbaycan  xalqı  özünün  çoxəsrlik  dövlətçilik  ənənələrini  davam  etdirərək, 

“Azərbaycan  Respublikasının  dövlət  müstəqilliyi  haqqında”  Konstitusiya  aktında  əks 

olunan  prinsipləri  əsas  götürərək,  bütün  cəmiyyətin  və  hər  kəsin  firavanlığının  təmin 

edilməsini  arzulayaraq,  ədalətin,  azadlığın  və  təhlükəsizliyin  bərqərar  edilməsini 

istəyərək,  keçmiş,  indiki  və  gələcək  nəsillər  qarşısında  öz  məsuliyyətini  anlayaraq, 

suveren hüququndan istifadə edərək, təntənəli surətdə aşağıdakı niyyətlərini bəyan edir: 

Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq; 



Konstitusiya çərçivəsində demokratik quruluşa təminat vermək

vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq; 



xalqın  iradəsinin  ifadəsi  kimi,  qanunların  aliliyini  təmin  edən  hüquqi,  dünyəvi 

dövlət qurmaq; 

ədalətli  iqtisadi  və  sosial  qaydalara  uyğun  olaraq,  hamının  layiqli  həyat 



səviyyəsini təmin etmək; 

ümumbəşəri  dəyərlərə  sadiq  olaraq,  bütün  dünya  xalqları  ilə  dostluq,  sülh  və 



əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək. 

Yuxarıda sadalanan ülvi niyyətlərlə ümumxalq səsverməsi - referendum yolu ilə bu 

Konstitusiya qəbul edilir. 

BİRİNCİ BÖLMƏ 




Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin