Azərbaycan respublikasinin



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə3/88
tarix02.01.2022
ölçüsü1,09 Mb.
#39764
1   2   3   4   5   6   7   8   9   ...   88
AR Konsititusiyası

DÖVLƏTİN ƏSASLARI 

M a d d ə   7 .   Azərbaycan dövləti 

I. Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır. 

II.  Azərbaycan  Respublikasında  dövlət  hakimiyyəti  daxili  məsələlərdə  yalnız 

hüquqla  xarici  məsələlərdə  isə  yalnız  Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı 

beynəlxalq müqavilələrdən irəli gələn müddəalarla məhdudlaşır. 

III.  Azərbaycan  Respublikasında  dövlət  hakimiyyəti  hakimiyyətlərin  bölünməsi 

prinsipi əsasında təşkil edilir: 

qanunvericilik  hakimiyyətini  Azərbaycan  Respublikasının  Milli  Məclisi  həyata 



keçirir; 

icra hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə mənsubdur; 



məhkəmə hakimiyyətini Azərbaycan Respublikasının məhkəmələri həyata keçirir. 

IV.  Bu  Konstitusiyanın  müddəalarına  əsasən  qanunvericilik,  icra  və  məhkəmə 

hakimiyyətləri qarşılıqlı fəaliyyət göstərir və öz səlahiyyətləri çərçivəsində müstəqildirlər. 

M a d d ə   8 .   Azərbaycan dövlətinin başçısı 

I.  Azərbaycan  dövlətinin  başçısı  Azərbaycan  Respublikasının  Prezidentidir.  O, 

ölkənin daxilində və xarici münasibətlərdə Azərbaycan dövlətini təmsil edir. 

II.  Azərbaycan  Respublikasının  Prezidenti  Azərbaycan  xalqının  vahidliyini 

təcəssüm etdirir və Azərbaycan dövlətçiliyinin varisliyini təmin edir. 

III.  Azərbaycan  Respublikasının  Prezidenti  Azərbaycan  dövlətinin  müstəqilliyinin, 

ərazi  bütövlüyünün  və  Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı  beynəlxalq 

müqavilələrə riayət olunmasının təminatçısıdır. 

IV. Azərbaycan Respublikasının Prezidenti məhkəmə hakimiyyətinin müstəqilliyinin 

təminatçısıdır. 

M a d d ə   9 .   Silahlı Qüvvələr 

I. Azərbaycan Respublikası öz təhlükəsizliyini və müdafiəsini təmin etmək məqsədi 

ilə  Silahlı  Qüvvələr  yaradır.  Silahlı  Qüvvələr Azərbaycan  Ordusundan  və  başqa  silahlı 

birləşmələrdən ibarətdir.

1

 

II. Azərbaycan Respublikası başqa dövlətlərin müstəqilliyinə qəsd vasitəsi kimi və 



beynəlxalq münaqişələrin həlli üsulu kimi müharibəni rədd edir. 

III.  Azərbaycan  Respublikasının  Prezidenti  Azərbaycan  Respublikası  Silahlı 

Qüvvələrinin Ali baş komandanıdır. 

M a d d ə   1 0 .   Beynəlxalq münasibətlərin prinsipləri  

Azərbaycan Respublikası başqa dövlətlərlə münasibətlərini hamılıqla qəbul edilmiş 

beynəlxalq hüquq normalarında nəzərdə tutulan prinsiplər əsasında qurur. 

 



M a d d ə   1 1 .   Ərazi 

I. Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir. 

II. Azərbaycan Respublikasının daxili suları, Xəzər dənizinin (gölünün) Azərbaycan 

Respublikasına  mənsub  olan  bölməsi,  Azərbaycan  Respublikasının  üzərindəki  hava 

məkanı Azərbaycan Respublikası ərazisinin tərkib hissəsidir. 

III.  Azərbaycan  Respublikasının  ərazisi  özgəninkiləşdirilə  bilməz.  Azərbaycan 

Respublikası  öz  ərazisinin  heç  bir  hissəsini  heç  bir  şəkildə  kimsəyə  vermir;  yalnız 

Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycanın bütün əhalisi arasında 

referendum  keçirmək  yolu  ilə  Azərbaycan  xalqının  iradəsi  əsasında  dövlət  sərhədləri 

dəyişdirilə bilər. 

M a d d ə   1 2 .   Dövlətin ali məqsədi  

I.  İnsan  və  vətəndaş  hüquqlarının  və  azadlıqlarının,  Azərbaycan  Respublikasının 

vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.

2

 

II.  Bu  Konstitusiyada  sadalanan  insan  və  vətəndaş  hüquqları  və  azadlıqları 



Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı  beynəlxalq  müqavilələrə  uyğun  tətbiq 

edilir. 


M a d d ə   1 3 .   Mülkiyyət 

I.  Azərbaycan  Respublikasında  mülkiyyət  toxunulmazdır  və  dövlət  tərəfindən 

müdafiə olunur. 

II.  Mülkiyyət  dövlət  mülkiyyəti,  xüsusi  mülkiyyət  və  bələdiyyə  mülkiyyəti  növündə 

ola bilər. 

III. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin 

mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. 

M a d d ə   1 4 .   Təbii ehtiyatlar 

Təbii ehtiyatlar hər hansı fiziki və ya hüquqi şəxslərin hüquqlarına və mənafelərinə 

xələl gətirmədən Azərbaycan Respublikasına mənsubdur. 

M a d d ə   1 5 .   İqtisadi inkişaf və dövlət 

I.  Azərbaycan  Respublikasında  iqtisadiyyatın  inkişafı  müxtəlif  mülkiyyət  növlərinə 

əsaslanaraq xalqın rifahının yüksəldilməsinə xidmət edir. 

II. Azərbaycan dövləti bazar münasibətləri əsasında sosial yönümlü iqtisadiyyatın 

inkişafına  şərait  yaradır,  azad  sahibkarlığa  təminat  verir,  iqtisadi  münasibətlərdə 

inhisarçılığa və haqsız rəqabətə yol vermir.




Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin