Azərbaycan respublikasinin


  VII. Dövlət vərəsəlik hüququna təminat verir.  M a d d ə   3 0 .   Əqli mülkiyyət hüququ



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə7/88
tarix02.01.2022
ölçüsü1,09 Mb.
#39764
1   2   3   4   5   6   7   8   9   10   ...   88
AR Konsititusiyası

13

 

VII. Dövlət vərəsəlik hüququna təminat verir. 



M a d d ə   3 0 .   Əqli mülkiyyət hüququ 

I. Hər kəsin əqli mülkiyyət hüququ vardır. 

II. Müəlliflik hüququ, ixtiraçılıq hüququ və əqli mülkiyyət hüququnun başqa növləri 

qanunla qorunur. 

M a d d ə   3 1 .   Təhlükəsiz yaşamaq hüququ 

I. Hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır. 

II.  Qanunda  nəzərdə  tutulmuş  hallar  istisna  olmaqla,  şəxsin  həyatına,  fiziki  və 

mənəvi  sağlamlığına,  mülkiyyətinə,  mənzilinə  qəsd  etmək,  ona  qarşı  zor  işlətmək 

qadağandır. 

M a d d ə   3 2 .   Şəxsi toxunulmazlıq hüququ



14

 

I. Hər kəsin şəxsi toxunulmazlıq hüququ vardır. 

II.  Hər  kəsin  şəxsi  və  ailə  həyatının  sirrini  saxlamaq  hüququ  vardır.  Qanunla 

nəzərdə  tutulan  hallardan  başqa,  şəxsi  və  ailə  həyatına  müdaxilə  etmək  qadağandır. 

Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır.  

III. Öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, 

saxlanılmasına,  istifadəsinə  və  yayılmasına  yol  verilmir.  Qanunla  müəyyən  edilmiş 

hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə 

bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula 

bilməz. 


IV. Hər kəsin yazışma, telefon danışıqları, poçt, teleqraf və digər rabitə vasitələri ilə 

ötürülən məlumatın sirrini saxlamaq hüququna dövlət təminat verir. Bu hüquq qanunla 

nəzərdə  tutulmuş  qaydada  cinayətin  qarşısını  almaqdan  və  ya  cinayət  işinin  istintaqı 

zamanı həqiqəti üzə çıxarmaqdan ötrü məhdudlaşdırıla bilər. 

V.  Qanunla  müəyyən  edilmiş  hallar  istisna  olmaqla,  hər  kəs  onun  haqqında 

toplanmış məlumatlarla tanış ola bilər. Hər kəsin onun barəsində toplanmış və həqiqətə 

uyğun  olmayan,  tam  olmayan,  habelə  qanunun  tələbləri  pozulmaqla  əldə  edilmiş 

məlumatların  düzəldilməsini  və  ya  çıxarılmasını  (ləğv  edilməsini)  tələb  etmək  hüququ 

vardır. 

VI.  Qanunla  müəyyən  edilmiş  hallar  istisna  olmaqla,  üçüncü  şəxslər  haqqında 

məlumat almaq məqsədi ilə elektron formada və ya kağız üzərində aparılan informasiya 

ehtiyatlarına daxil olmaq qadağandır. 

VII.  Məlumatın  aid  olduğu  şəxsin  buna  razılığını  aşkar  ifadə  etdiyi  hallar,  ayrı-

seçkiliyə  yol  verməmək  şərtilə  anonim  xarakterli  statistik  məlumatların  emalı  və 

qanunun  yol  verdiyi  digər  hallar  istisna  olmaqla,  informasiya  texnologiyalarından  şəxsi 



həyata, o cümlədən əqidəyə, dini və etnik mənsubiyyətə dair məlumatların açıqlanması 

üçün istifadə edilə bilməz. 

VIII.  Fərdi  məlumatların  dairəsi,  habelə  onların  emalı,  toplanması,  ötürülməsi, 

istifadəsi və mühafizəsi şərtləri qanunla müəyyən edilir.


Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin