Azərbaycan respublikasinin



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə15/88
tarix02.01.2022
ölçüsü1,09 Mb.
#39764
1   ...   11   12   13   14   15   16   17   18   ...   88
AR Konsititusiyası

şəxslərin hüquqları

29

 

 

I.  Səlahiyyətli  dövlət  orqanlarının  tutduğu,  həbsə  aldığı,  cinayət  törədilməsində 

təqsirləndirdiyi  hər  bir  şəxsə  dərhal  onun  hüquqları  bildirilir  və  tutulmasının,  həbsə 

alınmasının və cinayət məsuliyyətinə cəlb edilməsinin səbəbləri izah edilir.  




II.  Cinayət  törədilməsində  təqsirləndirilən  hər  bir  şəxs  məhkum  edilməzdən  əvvəl 

dinlənilməlidir. 

M a d d ə   6 8 .   Özbaşınalıqdan müdafiə və vicdanlı davranış hüququ

30

 

I. Hər kəsin dövlət orqanlarının ona münasibətdə özbaşınalığı istisna edən vicdanlı 

davranışına hüququ vardır. 

II.  Cinayət,  habelə  hakimiyyətdən  sui-istifadə  nəticəsində  zərər  çəkmiş  şəxsin 

hüquqları  qanunla  qorunur.  Zərər  çəkmiş  şəxsin  ədalət  mühakiməsinin  həyata 

k

eçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ 



vardır.

31

 

III.  Hər  kəsin  dövlət  orqanlarının  yaxud  onların  vəzifəli  şəxslərinin  qanuna  zidd 



hərəkətləri  və  ya  hərəkətsizliyi  nəticəsində  vurulmuş  zərərin  dövlət  tərəfindən 

ödənilməsi hüququ vardır. 



IV.  Dövlət,  dövlət  qulluqçuları  ilə  birlikdə,  dövlət  qulluqçularının  qanuna  zidd 

hərəkətləri  və  hərəkətsizliyi  nəticəsində  insan  hüquq  və  azadlıqlarına  dəymiş  ziyana 

görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyır.

32

 

M a d d ə   6 9 .   Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqları 



I. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında olarkən, 

qanunla  və  ya  Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı  beynəlxalq  müqavilə  ilə 

başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər 

bütün hüq

uqlardan istifadə edə bilər və bütün vəzifələri yerinə yetirməlidirlər. 

II.  Azərbaycan  Respublikası  ərazisində  daimi  yaşayan  və  ya  müvəqqəti  qalan 

əcnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin  hüquq  və  azadlıqları  yalnız  beynəlxalq 

hüquq  normalarına  və  Azərbaycan  Respublikasının  qanunlarına  uyğun  olaraq 

məhdudlaşdırıla bilər. 

M a d d ə   7 0 .   Siyasi sığınacaq hüququ 

I. Hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycan 

Respublikası əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə siyasi sığınacaq verir. 

II. Siyasi əqidəsinə görə, habelə Azərbaycan Respublikasında cinayət sayılmayan 

əmələ görə təqib edilən şəxslərin başqa dövlətə verilməsinə yol verilmir. 

M a d d ə   7 1 .   İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı


Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin