Azərbaycan respublikasinin


  M a d d ə   5 7 .   Müraciət etmək hüququ



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə13/88
tarix02.01.2022
ölçüsü1,09 Mb.
#39764
1   ...   9   10   11   12   13   14   15   16   ...   88
AR Konsititusiyası

23

 

M a d d ə   5 7 .   Müraciət etmək hüququ 



I.  Azərbaycan  Respublikası  vətəndaşlarının  dövlət  orqanlarına  şəxsən  müraciət 

etmək,  habelə  fərdi  və  kollektiv  yazılı  müraciətlər  göndərmək  hüququ  vardır.  Hərbi 




qulluqçular  bu  hüquqdan  yalnız  fərdi  qaydada  istifadə  edə  bilərlər.  Hər  bir  müraciətə 

qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir.



24

 

II. Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarının və onların vəzifəli 



şəxslərinin, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, habelə 

ayrı-ayrı vətəndaşların fəaliyyətini və ya işini tənqid etmək hüququ vardır. Tənqidə görə 

təqib qadağandır. Təhqir və böhtan tənqid sayıla bilməz. 

M a d d ə   5 8 .   Birləşmək hüququ 

I. Hər kəsin başqaları ilə birləşmək hüququ vardır. 

II.  Hər  kəs  istənilən  birlik,  o  cümlədən  siyasi  partiya,  həmkarlar  ittifaqı  və  digər 

ictimai  birlik  yaratmaq  və  ya  mövcud  birliyə  daxil  olmaq  hüququna  malikdir.  Bütün 

birliklərin sərbəst fəaliyyətinə təminat verilir. 

III.  Heç  kəs  hər  hansı  birliyə  daxil  olmağa  və  onun  üzvlüyündə  qalmağa  məcbur 

edilə bilməz. 

IV. 

Azərbaycan  Respublikasının  bütün  ərazisində  və  ya  hər  hansı  hissəsində 

qanuni  dövlət  hakimiyyətini  zorla  devirmək  məqsədi,  cinayət  hesab  edilən  digər 

məqsədlər  güdən  və  ya  cinayətkar  üsullardan  istifadə  edən  birliklər  qadağandır. 

Konstitusiyanı  və  qanunları  pozan  birliklərin  fəaliyyətinə  yalnız  məhkəmə  qaydasında 

xitam verilə bilər.


Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin