Azərbaycan respublikasinin



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə16/88
tarix02.01.2022
ölçüsü1,09 Mb.
#39764
1   ...   12   13   14   15   16   17   18   19   ...   88
AR Konsititusiyası

33

 

I.  Konstitusiyada  təsbit  edilmiş  insan  və  vətəndaş  hüquqlarını  və  azadlıqlarını 

gözləmək  və  qorumaq  qanunvericilik,  icra  və  məhkəmə  hakimiyyəti  orqanlarının 

borcudur.  

II.  İnsan  və  vətəndaş  hüquqlarının  və  azadlıqlarının  həyata  keçirilməsini  heç  kəs 

məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda 

müəyyən  edilmiş  əsaslarla,  habelə  digərlərinin  hüquq  və  azadlıqları  ilə  məhdudlaşır. 

Hüquq  və  azadlıqların  məhdudlaşdırılması  dövlət  tərəfindən  gözlənilən  nəticəyə 

mütənasib olmalıdır.

34

 



III.  Müharibə,  hərbi  vəziyyət  və  fövqəladə  vəziyyət,  habelə  səfərbərlik  elan 

edilərkən  insan  və  vətəndaş  hüquqlarının  və  azadlıqlarının  həyata  keçirilməsi 

Azərbaycan  Respublikasının  beynəlxalq  öhdəliklərini  nəzərə  almaq  şərti ilə  qismən  və 

müvəqqəti  məhdudlaşdırıla  bilər.  Həyata  keçirilməsi  məhdudlaşdırılan  hüquq  və 

azadlıqlar haqqında əhaliyə qabaqcadan məlumat verilir. 

IV.  Heç  bir  halda heç  kəs  din,  vicdan, fikir  və  əqidəsini  açıqlamağa  məcbur  edilə 

bilməz və bunlara görə təqsirləndirilə bilməz. 

V.  Bu  Konstitusiyanın  heç  bir  müddəası  insan  və  vətəndaş  hüquqlarının  və 

azadlıqlarının ləğvinə yönəldilmiş müddəa kimi təfsir edilə bilməz. 

VI. Azərbaycan Respublikası ərazisində insan və vətəndaş hüquqları və azadlıqları 

birbaşa qüvvədədir. 

VII.  İnsan  və  vətəndaş  hüquqlarının  və  azadlıqlarının  pozulması  ilə  əlaqədar 

mübahisələri məhkəmələr həll edir. 

VIII.  Heç  kəs  törədildiyi  zaman  hüquq  pozuntusu  sayılmayan  əmələ  görə 

məsuliyyət  daşımır.  Hüquq  pozuntusu  törədildikdən  sonra  yeni  qanunla  bu  cür 

hərəkətlərə görə məsuliyyət aradan qaldırılmışsa və ya yüngülləşdirilmişsə, yeni qanun 

tətbiq edilir. 

IX. Hər kəs qanunla qadağan olunmayan hərəkətləri edə bilər və heç kəs qanunla 

nəzərdə tutulmayan hərəkətləri etməyə məcbur edilə bilməz. 

X.  Dövlət  orqanları  yalnız  bu  Konstitusiya  əsasında,  qanunla  müəyyən  edilmiş 

qaydada və hüdudlarda fəaliyyət göstərə bilərlər. 

 

I V   f ə s i l  




Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin