Azərbaycan respublikasinin


  M a d d ə   9 3 .   Azərbaycan Respublikası Milli Məclisinin aktları



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə24/88
tarix02.01.2022
ölçüsü1,09 Mb.
#39764
1   ...   20   21   22   23   24   25   26   27   ...   88
AR Konsititusiyası

41

 

M a d d ə   9 3 .   Azərbaycan Respublikası Milli Məclisinin aktları 



I. Azərbaycan Respublikasının Milli Məclisi öz səlahiyyətlərinə aid məsələlər üzrə 

Konstitusiya qanunları, qanunlar və qərarlar qəbul edir. 

II. Azərbaycan Respublikasının Milli Məclisində Konstitusiya qanunları, qanunlar və 

qərarlar bu Konstitusiya ilə nəzərdə tutulmuş qaydada qəbul edilir. 

III.  Azərbaycan  Respublikası  Milli  Məclisinin  deputatları  səsvermə  hüququnu 

şəxsən həyata keçirirlər. 

IV.  Qanunlarda  və  Azərbaycan  Respublikası  Milli  Məclisinin  qərarlarında  icra 

hakimiyyəti və məhkəmə orqanlarına konkret tapşırıqlar nəzərdə tutula bilməz. 

M a d d ə   9 4 .   Azərbaycan  Respublikası  Milli  Məclisinin  müəyyən  etdiyi 

ümumi qaydalar 

I.  Azərbaycan  Respublikasının  Milli  Məclisi  aşağıdakı  məsələlərə  dair  ümumi 

qaydalar müəyyən edir: 

1)  bu  Konstitusiyada 

təsbit  edilmiş  insan  və  vətəndaş  hüquqlarından  və 

azadlıqlarından istifadə, bu hüquqların və azadlıqların dövlət təminatı; 

2) Azərbaycan Respublikası Prezidentinin seçkiləri; 

3)  Azərbaycan  Respublikasının  Milli  Məclisinə  seçkilər  və  Azərbaycan 

Respublikas

ı Milli Məclisinin deputatlarının statusu; 

4) referendum; 

5) məhkəmə quruluşu və hakimlərin statusu; prokurorluq; vəkillik və notariat

6) məhkəmə icraatı, məhkəmə qərarlarının icrası; 

7) bələdiyyələrə seçkilər və bələdiyyələrin statusu; 

8) fövqəladə vəziyyət rejimi; hərbi vəziyyət rejimi; 

9) dövlət təltifləri; 

10) fiziki və hüquqi şəxslərin statusu; 

11) mülki hüquq obyektləri; 

12) əqdlər, mülki müqavilələr, nümayəndəlik və vərəsəlik

13) mülkiyyət hüququ, o cümlədən dövlət, xüsusi və bələdiyyə mülkiyyətinin hüquqi 

rejimi, əqli mülkiyyət hüququ; digər əşya hüquqları; öhdəlik hüququ; 



14) ailə münasibətləri, o cümlədən himayəçilik və qəyyumluq; 

15) maliyyə fəaliyyətinin əsasları, vergilər, rüsumlar və ödənişlər; 

16) əmək münasibətləri və sosial təminat

17)  cinayətlərin  və  başqa  hüquq  pozuntularının  müəyyən  edilməsi,  onların 

törədilməsinə görə məsuliyyətin təyin edilməsi; 

18) müdafiə və hərbi qulluq; 

19) dövlət qulluğu; 

20) təhlükəsizliyin əsasları; 

21) ərazi quruluşu; dövlət sərhədi rejimi; 

22) beynəlxalq müqavilələrin təsdiqi və ləğvi; 

23) rabitə və nəqliyyat işi; 

24) statistika, metrologiya və standartlar; 

25) gömrük işi; 

26) ticarət işi və birja fəaliyyəti; 

27) bank işi, mühasibat, sığorta. 

II. Bu maddənin 2, 3, 4-cü bəndlərində göstərilən məsələlərə dair qanunlar 83 səs 

çoxluğu ilə, qalan məsələlərə dair qanunlar isə 63 səs çoxluğu ilə qəbul edilir. 

III. Bu maddənin I hissəsinə Konstitusiya qanunu ilə əlavələr edilə bilər. 

M a d d ə   9 5 .   Azərbaycan  Respublikası  Milli  Məclisinin  həll  etdiyi 


Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin