daimi icra edə bilməməsi
I. Azərbaycan Respublikasının Prezidenti istefa verdikdə, səhhətinə görə öz
səlahiyyətlərinin icra etmək qabiliyyətini tamamilə itirdikdə, bu Konstitusiya ilə nəzərdə
tutulmuş hallarda və qaydada vəzifəsindən kənarlaşdırıldıqda vaxtından əvvəl vəzifədən
getmiş sayılır.
II. Azərbaycan Respublikasının Prezidenti istefa verdikdə onun istefa ərizəsi
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim olunur. Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsi istefa ərizəsini Azərbaycan Respublikası
Prezidentinin özünün verdiyinə əmin olduğu təqdirdə Azərbaycan Respublikası
Prezidentinin istefasının qəbul olunması haqqında qərar qəbul edir. Həmin andan
Azərbaycan Respublikasının Prezidenti istefa verdiyinə görə vəzifədən getmiş sayılır.
III. Azərbaycan Respublikası Prezidentinin səhhətinə görə öz səlahiyyətlərini icra
etmək qabiliyyətini tamamilə itirdiyi barədə məlumat verildikdə Azərbaycan
Respublikasının Milli Məclisi bu faktın aydınlaşdırılması üçün Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edir. Azərbaycan Respublikasının
Konstitusiya Məhkəməsi bu barədə qərarı hakimlərin 6 səs çoxluğu ilə qəbul edir. Əgər
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi bu faktı təsdiq etməzsə, məsələ
bununla bitmiş sayılır.
M a d d
ə 1 0 5 . Azərbaycan Respublikası Prezidenti vəzifədən getdikdə
Dostları ilə paylaş: |