İCRA HAKİMİYYƏTİ
M a d d ə 9 9 . İcra hakimiyyətinin mənsubiyyəti
Azərbaycan Respublikasında icra hakimiyyəti Azərbaycan Respublikasının
Prezidentinə mənsubdur.
M a d d ə 1 0 0 . Azərbaycan Respublikasının Prezidentliyinə namizədlərə
aid tələblər
Yaşı otuz beşdən aşağı olmayan, Azərbaycan Respublikasının ərazisində 10 ildən
art
ıq daimi yaşayan, seçkilərdə iştirak etmək hüququna malik olan, o cümlədən ağır
cinayətə görə məhkum olunmayan, başqa dövlətlər qarşısında öhdəliyi olmayan, ali
təhsilli, ikili vətəndaşlığı olmayan Azərbaycan Respublikasının vətəndaşı Azərbaycan
Respublika
sının Prezidenti seçilə bilər.
Dostları ilə paylaş: |