Azərbaycan respublikasinin



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə25/88
tarix02.01.2022
ölçüsü1,09 Mb.
#39764
1   ...   21   22   23   24   25   26   27   28   ...   88
AR Konsititusiyası

məsələlər

42

 

I.  Azərbaycan  Respublikası  Milli  Məclisinin  səlahiyyətinə  aşağıdakı  məsələlərin 

həlli aiddir: 

1) Azərbaycan Respublikası Milli Məclisinin işinin təşkili; 

2)  Azərbaycan  Respublikası  Prezidentinin  təqdimatı  ilə  Azərbaycan  Respublikası 

diplomatik nümayəndəliklərinin təsis edilməsi; 

3) inzibati ərazi bölgüsü; 

4)  dövlətlərarası  və  Azərbaycan  Respublikasının  qanunlarından  fərqli  qaydalar 

nəzərdə tutan hökumətlərarası müqavilələrin təsdiq və ləğv edilməsi; 

5)  Azərbaycan  Respublikası  Prezidentinin  təqdimatına  əsasən  Azərbaycan 

Respublikası dövlət büdcəsinin təsdiq edilməsi və onun icrasına nəzarət; 

6) 


Azərbaycan 

Respublikası 

Prezidentinin 

təqdimatı 

ilə 

Azərbaycan 



Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin seçilməsi; 

7)  Azərbaycan  Respublikası  Prezidentinin  təqdimatına  əsasən  Azərbaycan 

Respublikasının hərbi doktrinasının təsdiqi; 

8)  bu  Konstitusiyada  nəzərdə  tutulmuş  hallarda  Azərbaycan  Respublikası 

Prezidentinin fərmanlarının təsdiqi; 

9)  Azərbaycan  Respublikası  Prezidentinin  təqdimatına  əsasən  Azərbaycan 

Respublikasının Baş nazirinin vəzifəyə təyin edilməsinə razılıq verilməsi; 

10)  Azərbaycan  Respublikası  Prezidentinin  təqdimatına  əsasən  Azərbaycan 

Respublikası  Konstitusiya  Məhkəməsi,  Azərbaycan  Respublikası  Ali  Məhkəməsi  və 

Azərbaycan Respublikası apellyasiya məhkəmələri hakimlərinin təyin edilməsi; 

11)  Azərbaycan  Respublikasının  Prezidentinin  təqdimatına  əsasən  Azərbaycan 

Respublikası  Baş  prokurorunun  vəzifəyə  təyin  və  vəzifədən  azad  edilməsinə  razılıq 

verilməsi; 



12) 

Azərbaycan  Respublikası  Konstitusiya  Məhkəməsinin  təqdimatına  əsasən 

Azərbaycan 

Respublikası 

Prezidentinin 

impiçment 

qaydasında 

vəzifədən 

kənarlaşdırılması; 

13)  Azərbaycan  Respublikası  Prezidentinin  təqdimatına  əsasən  hakimlərin 

vəzifədən kənarlaşdırılması; 

14)  Azərbaycan  Respublikasının  Nazirlər  Kabinetinə  etimad  məsələsinin  həll 

edilməsi; 

15)  Azərbaycan  Respublikası  Prezidentinin  təqdimatına  əsasən  Azərbaycan 

Respublikası  Mərkəzi  Bankı  İdarə  Heyəti  üzvlərinin  vəzifəyə  təyin  və  vəzifədən  azad 

edilməsi; 

16

)  Azərbaycan  Respublikası  Prezidentinin  təqdimatına  əsasən  Azərbaycan 



Respublikası  Silahlı  Qüvvələrinin  təyinatı  ilə  bağlı  olmayan  vəzifələrin  icrasına  cəlb 

edilməsinə razılıq verilməsi; 

17)  Azərbaycan  Respublikası  Prezidentinin  müraciətinə  əsasən  müharibə  elan 

edilməsinə və sülh bağlanmasına razılıq verilməsi; 

18) referendum təyin edilməsi; 

19) amnistiya. 

20) bələdiyyələrin hesabatlarının dinlənilməsi. 

II.  Bu  maddənin  1-5-ci  bəndlərində  göstərilən  məsələlərə  dair  63  səs  çoxluğu  ilə 

qanunlar,  qalan  məsələlərə  dair  isə,  bu  Konstitusiyada  başqa  qayda  nəzərdə 

tutulmayıbsa, eyni qaydada qərarlar qəbul edilir. 

III. Bu Konstitusiyada Azərbaycan Respublikası Milli Məclisinin səlahiyyətlərinə aid 

edilən  digər  məsələlərə,  Azərbaycan  Respublikası  Milli  Məclisinin  işinin  təşkili  ilə 

əlaqədar məsələlərə, Azərbaycan Respublikası Milli Məclisinin münasibətinin bildirilməsi 

zəruri olan məsələlərə dair də qərarlar qəbul edilir.  

IV. Bu maddənin I hissəsinə Konstitusiya qanunu ilə əlavələr edilə bilər.


Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin