Azərbaycan respublikasinin


KM2   M a d d ə   1 0 1 .   Azərbaycan Respublikası Prezidenti seçkilərinin əsasları



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə29/88
tarix02.01.2022
ölçüsü1,09 Mb.
#39764
1   ...   25   26   27   28   29   30   31   32   ...   88
AR Konsititusiyası

KM2

 

M a d d ə   1 0 1 .   Azərbaycan Respublikası Prezidenti seçkilərinin əsasları 



I. Azərbaycan Respublikasının Prezidenti ümumi, bərabər və birbaşa seçki hüququ 

əsasında  sərbəst,  şəxsi  və  gizli  səsvermə  yolu  ilə  7  il  müddətinə  seçilir.  Azərbaycan 



Respublikasının  Prezidenti  növbədənkənar  Azərbaycan  Respublikası  Prezidenti 

seçkilərini elan edə bilər.

45

 

II. Azərbaycan Respublikasının Prezidenti səsvermədə iştirak edənlərin yarısından 



çoxunun səs çoxluğu ilə seçilir. 

III.  Bu  səs  çoxluğu  səsvermənin  birinci  dövrəsində  toplanmayıbsa,  səsvermə 

günündən  sonra  ikinci  bazar  günü  səsvermənin  ikinci  dövrəsi  keçirilir.  İkinci  dövrədə 

ancaq birinci dövrədə ən çox səs toplamış iki namizəd yaxud ən çox səs toplamış və öz 

namizədliyini geri götürmüş namizədlərdən sonra gələn iki namizəd iştirak edir.  

IV.  Səsvermənin  ikinci  dövrəsində  səs  çoxluğu  toplayan  namizəd  Azərbaycan 

Respublikasının Prezidenti seçilmiş sayılır. 

V.  Müharibə  şəraitində  hərbi  əməliyyatların  aparılması  Azərbaycan  Respublikası 

Prezidenti  seçkilərinin  keçirilməsini  mümkün  etmədikdə  Azərbaycan  Respublikası 

Prezidentinin  səlahiyyət  müddəti  hərbi  əməliyyatların  sonunadək  uzadılır.  Bu  barədə 

qərar  seçkilərin  (referendumun)  keçirilməsini  təmin  edən  dövlət  orqanının  müraciətinə 

əsasən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən qəbul edilir.




Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin