Azərbaycan respublikasinin


VƏTƏNDAŞLARIN ƏSAS VƏZİFƏLƏRİ



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə17/88
tarix02.01.2022
ölçüsü1,09 Mb.
#39764
1   ...   13   14   15   16   17   18   19   20   ...   88
AR Konsititusiyası

VƏTƏNDAŞLARIN ƏSAS VƏZİFƏLƏRİ 

M a d d ə   7 2 .   Vətəndaşların vəzifələrinin əsası 

I.  Dövlət  və  cəmiyyət  qarşısında  hər  bir  şəxs  onun  hüquq  və  azadlıqlarından 

bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya 

ilə və ya qanunla qoyula bilər.

35

 

II. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl 



etməli,  başqa  şəxslərin  hüquq  və  azadlıqlarına  hörmət  bəsləməli,  qanunla  müəyyən 

edilmiş digər vəzifələri yerinə yetirməlidir.  

III. Qanunu bilməmək məsuliyyətdən azad etmir. 

M a d d ə   7 3 .   Vergilər və başqa dövlət ödənişləri  

I. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və 

vaxtında ödəmək hər bir kəsin borcudur. 

II.  Heç  kəs  qanunla  nəzərdə  tutulmuş  əsaslar  olmadan  və  qanunda  göstərilmiş 

həcmdən əlavə vergiləri və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. 

M a d d ə   7 4 .   Vətənə sədaqət 

I. Vətənə sədaqət müqəddəsdir. 




II.  Vəzifəyə  seçilmə  və  ya  təyinat  yolu  ilə  qanunvericilik,  icra  və  ya  məhkəmə 

hakimiyyəti  orqanlarında  işləyən  şəxslər  öz  vəzifələrini  dürüst  və  layiqincə  yerinə 

yetirməməyə  görə  məsuliyyət  daşıyırlar  və  qanunla  müəyyən  edilmiş  hallarda  and 

içirlər. 

III.  Vəzifəyə  seçilmə  və  ya  təyinat  yolu  ilə  qanunvericilik,  icra  və  ya  məhkəmə 

hakimiyyəti  orqanlarında  işləyən,  Azərbaycan  Respublikası  Konstitusiyasına  sadiq 

qalacağına and içmiş şəxs dövlətə qarşı cinayətdə, o cümlədən dövlətə qarşı qiyamda 

və  ya  dövlət  çevrilişində  ittiham  edilibsə  və  bu  ittiham  əsasında  məhkum  olunubsa, 

həmin vəzifədən getmiş sayılır və bir daha bu vəzifəni tuta bilməz. 

M a d d ə   7 5 .   Dövlət rəmzlərinə hörmət 

I.  Hər  bir  vətəndaş  Azərbaycan  Respublikasının  dövlət  rəmzlərinə  -  bayrağına, 

gerbinə və himninə hörmət etməlidir. 

II.  Dövlət  rəmzlərinə  hörmətsizliyin  nümayiş  etdirilməsi  qanunla  müəyyən  edilmiş 

məsuliyyətə səbəb olur.




Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin