Azərbaycan respublikasinin


  M a d d ə   2 6 .   İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsi



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə6/88
tarix02.01.2022
ölçüsü1,09 Mb.
#39764
1   2   3   4   5   6   7   8   9   ...   88
AR Konsititusiyası

11

 

M a d d ə   2 6 .   İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsi 



I.  Hər  kəsin  qanunla  qadağan  olunmayan  üsul  və  vasitələrlə  öz  hüquqlarını  və 

azadlıqlarını müdafiə etmək hüququ vardır. 

II. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 

M a d d ə   2 7 .   Yaşamaq hüququ 

I. Hər kəsin yaşamaq hüququ vardır. 

II.  Dövlətə  silahlı  basqın  zamanı  düşmən  əsgərlərinin  öldürülməsi,  məhkəmənin 

qanuni  qüvvəyə  minmiş  hökmünə  əsasən  ölüm  cəzasının  tətbiqi  və  qanunla  nəzərdə 

tutulmuş digər hallar istisna olmaqla, hər bir şəxsin yaşamaq hüququ toxunulmazdır. 

III. Müstəsna cəza tədbiri kimi ölüm cəzası, tam ləğv edilənədək , yalnız dövlətə, 

insan həyatına  və  sağlamlığına  qarşı  xüsusilə  ağır  cinayətlərə  görə  qanunla  müəyyən 

edilə bilər. 

IV.  Qanunla  nəzərdə  tutulmuş  zəruri  müdafiə,  son  zərurət,  cinayətkarın 

yaxalanması  və  tutulması,  həbsdə  olanın  həbs  yerindən  qaçmasının  qarşısının 

alınması, dövlətə qarşı qiyamın yatırılması və ya dövlət çevrilişinin qarşısının alınması, 

ölkəyə silahlı basqın edilməsi halları istisna olmaqla insana qarşı silah işlədilməsinə yol 

verilmir. 

M a d d ə   2 8 .   Azadlıq hüququ 

I. Hər kəsin azadlıq hüququ vardır. 

II. Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma 

və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər. 

III.  Qanuni  surətdə  Azərbaycan  Respublikasının  ərazisində  olan  hər  kəs  sərbəst 

hərəkət  edə  bilər,  özünə  yaşayış  yeri  seçə  bilər  və  Azərbaycan  Respublikasının 

ərazisindən kənara gedə bilər. 

IV.  Azərbaycan  Respublikası  vətəndaşlarının  hər  zaman  maneəsiz  öz  ölkəsinə 

qayıtmaq hüququ vardır. 

M a d d ə   2 9 .   Mülkiyyət hüququ 

I. Hər kəsin mülkiyyət hüququ vardır. 

II.  Mülkiyyətin  heç  bir  növünə  üstünlük  verilmir.  Mülkiyyət  hüququ,  o  cümlədən 

xüsusi mülkiyyət hüququ qanunla qorunur. 

III. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ 

mülkiyyətçinin  təkbaşına  və  ya  başqaları  ilə  birlikdə  əmlaka  sahib  olmaq,  əmlakdan 

istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 

IV.  Heç  kəs  məhkəmənin  qərarı  olmadan  mülkiyyətindən  məhrum  edilə  bilməz. 

Əmlakın tam  müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları  və ya ictimai ehtiyaclar üçün 




mülkiyyətin  özgəninkiləşdirilməsinə  yalnız  qabaqcadan  onun  dəyərini  ədalətli  ödəmək 

şərti ilə yol verilə bilər.



12

 

V. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. 



VI.  Sosial  ədalət  və  torpaqlardan  səmərəli  istifadə  məqsədi  ilə  torpaq  üzərində 

mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər.


Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin