2 Esed muellim rustemli 051-395-94-95



Yüklə 1,8 Mb.
Pdf görüntüsü
səhifə14/240
tarix21.07.2022
ölçüsü1,8 Mb.
#62858
1   ...   10   11   12   13   14   15   16   17   ...   240
Əsəd-Rüstəmli 2021

uşaqların borcudur
. 18 yaşına çatmış əmək 
qabiliyyətli uşaqlar əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa 
borcludurlar. 
M a d d ə 3 5 . Əmək hüququ
 
I. 
Əmək
fərdi və ictimai rifahın əsasıdır. 
II. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və 
iş yeri seçmək hüququ vardır. 
III. 
Heç kəs zorla işlədilə bilməz.
IV. Əmək müqavilələri 
sərbəst
bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa 
məcbur edilə bilməz.
V. 
1)Məhkəmə qərarı 
əsasında şərtləri və müddətləri qanunla nəzərdə tutulan məcburi əməyə cəlb 
etmək,
2) hərbi xidmət 
zamanı səlahiyyətli şəxslərin əmrlərinin yerinə yetirilməsi ilə əlaqədar işlətmək
3)fövqəladə vəziyyət 
zamanı və 
4)hərbi vəziyyət 
vətəndaşlara tələb olunan işləri gördürmək hallarına yol 
verilir. 
VI. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə 
dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından 
az olmayan 
haqq almaq hüququ vardır. 
VII. 
İşsizlərin
dövlətdən 
sosial müavinət 
almaq hüququ vardır. 
VIII. Dövlət işsizliyin aradan qaldırılması üçün 
bütün imkanlarından 
istifadə edir. 
M a d d ə 3 6 . Tətil hüququ
 
I. Hər kəsin 
təkbaşına və ya başqaları 
ilə birlikdə tətil etmək hüququ vardır. 
II. Əmək müqaviləsi əsasında işləyənlərin tətil etmək hüququ yalnız qanunla nəzərdə tutulmuş hallarda 
məhdudlaşdırıla bilər. Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət edən hərbi qulluqçular və 
mülki şəxslər tətil edə bilməzlər. 
III. Fərdi və kollektiv əmək mübahisələri 
qanunla
müəyyənləşdirilmiş qaydada həll edilir. 
IV. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, 

Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   240




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin