11
Esed_muellim_rustemli
051-395-94-95
I. Hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır.
II. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur.
Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına
əsas verə bilməz.
III. Heç kəsə
işgəncə və əzab
verilə bilməz. Heç kəs insan ləyaqətini alçaldan rəftara və ya cəzaya məruz
qala bilməz.
Özünün
könüllü razılığı olmadan
heç
kəsin üzərində tibbi, elmi və başqa təcrübələr aparıla
bilməz.
M a d d ə 4 7
. Fikir və söz azadlığı
I. Hər kəsin fikir və söz azadlığı vardır.
II. Heç kəs öz fikir və əqidəsini açıqlamağa və ya fikir və əqidəsindən
dönməyə
məcbur edilə bilməz.
III.
İrqi, milli, dini, sosial və hər hansı digər meyara əsaslanan
ədavət və düşmənçilik oyadan təşviqata
və təbliğata yol verilmir.
M a d d ə 4 8 .
Vicdan azadlığı
I. Hər kəsin vicdan azadlığı vardır.
II. Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə
təkbaşına və ya başqaları
ilə
birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və
yaymaq hüququ vardır.
III. Dini mərasimlərin
yerinə yetirilməsi,
ictimai qaydanı pozmursa və ya ictimai əxlaqa zidd
deyildirsə
, sərbəstdir.
IV.
Dini etiqad və əqidə
hüquq pozuntusuna bəraət qazandırmır.
V. Heç kəs öz dini etiqadını və əqidəsini ifadə etməyə (nümayiş etdirməyə),
dini mərasimləri yerinə
yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur edilə bilməz.
M a d d ə 4 9 .
Dostları ilə paylaş: