bir vətəndaşının hüququdur. M a d d ə 5 5 . Dövlətin idarə olunmasında iştirak etmək hüququ I. Azərbaycan Respublikası vətəndaşlarının dövlətin idarə olunmasında iştirak etmək hüququ vardır. Bu
hüququ onlar
bilavasitə və ya nümayəndələri vasitəsi ilə həyata keçirə bilərlər.
II. Azərbaycan Respublikasının vətəndaşları dövlət orqanlarında qulluq etmək imkanına malikdirlər.
Dövlət orqanlarının
vəzifəli şəxsləri Azərbaycan Respublikasının vətəndaşları sırasından təyin edilirlər.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər dövlət qulluğuna
qanunla müəyyənləşdirilmiş qaydada qəbul edilə
bilərlər.
M a d d ə 5 6 . Seçki hüququ I. Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına
seçmək və seçilmək, habelə referendumda iştirak etmək hüququ vardır.
II.
Məhkəmənin qərarı ilə fəaliyyət qabiliyyətsizliyi təsdiq olunmuş şəxslərin seçkilərdə, habelə
referendumda iştirak etmək
hüququ yoxdur. III. Hərbi qulluqçuların, hakimlərin, dövlət məmurlarının, din xadimlərinin, məhkəmənin qanuni qüvvəyə
minmiş hökmü ilə azadlıqdan məhrum edilmiş şəxslərin, bu Konstitusiyada və qanunda nəzərdə tutulan digər
şəxslərin
seçilmək hüququ qanunla
məhdudlaşdırıla bilər.
M a d d ə 5 7 . Müraciət etmək hüququ I. Azərbaycan Respublikası
vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və
kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Hərbi qulluqçular bu hüquqdan yalnız fərdi qaydada istifadə edə bilərlər. Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab
verilməlidir.
II. Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarının və onların vəzifəli şəxslərinin, siyasi
partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, habelə ayrı-ayrı vətəndaşların fəaliyyətini və
ya işini tənqid etmək hüququ vardır.