2 Esed muellim rustemli 051-395-94-95


inzibati icraat və məhkəmə



Yüklə 1,8 Mb.
Pdf görüntüsü
səhifə21/240
tarix21.07.2022
ölçüsü1,8 Mb.
#62858
1   ...   17   18   19   20   21   22   23   24   ...   240
Əsəd-Rüstəmli 2021

inzibati icraat və məhkəmə 
prosesində dinlənilmək hüququ vardır. 
IV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin 
hərəkətlərindən və hərəkətsizliyindən 
inzibati qaydada və məhkəməyə 
şikayət edə bilər. 
M a d d ə 6 1 . Hüquqi yardım almaq hüququ
 
I. Hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır. 
II. Qanunla nəzərdə tutulmuş hallarda hüquqi yardım 
ödənişsiz
, dövlət hesabına göstərilir. 
III. Hər bir şəxsin səlahiyyətli dövlət orqanları tərəfindən tutulduğu, həbsə alındığı, cinayət 
törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüququ vardır. 
M a d d ə 6 2 . Məhkəmə aidiyyətinin dəyişdirilməsinə yol verilməməsi
 
Hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. 
Şəxsin razılığı 
olmadan 
onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. 
M a d d ə 6 3 . Təqsirsizlik prezumpsiyası
 
I. Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir 
şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni 
qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. 
II. Şəxsin təqsirli olduğuna 
əsaslı şübhələr varsa
, onun təqsirli bilinməsinə 
yol verilmir.
III. Cinayətin törədilməsində təqsirləndirilən şəxs 
özünün təqsirsizliyini
sübuta yetirməyə borclu 
deyildir. 
IV. Ədalət mühakiməsi həyata keçirilərkən 
qanunu pozmaqla əldə edilmiş sübutlardan 
istifadə oluna 
bilməz. 
V. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. 
M a d d ə 6 4 . Bir cinayətə görə təkrarən məhkum etməyə yol verilməməsi

Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   240




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin