Konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə bilərlər.
I V f ə s i l
VƏTƏNDAŞLARIN ƏSAS VƏZİFƏLƏRİ M a d d ə 7 2 . Vətəndaşların vəzifələrinin əsası I. Dövlət və cəmiyyət qarşısında hər bir şəxs
onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn
vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu
Konstitusiya ilə və ya qanunla qoyula bilər.
II. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin
hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir.
III.
Qanunu bilməmək məsuliyyətdən azad etmir.
M a d d ə 7 3 . Vergilər və başqa dövlət ödənişləri I. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək
hər bir kəsin borcudur. II. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş
həcmdən əlavə vergiləri və
başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz.
M a d d ə 7 4 . Vətənə sədaqət I. Vətənə sədaqət müqəddəsdir.
II. Vəzifəyə seçilmə və ya təyinat yolu ilə qanunvericilik, icra və ya məhkəmə hakimiyyəti orqanlarında
işləyən şəxslər öz vəzifələrini dürüst və layiqincə yerinə yetirməməyə görə məsuliyyət daşıyırlar və qanunla
müəyyən edilmiş hallarda and içirlər.
III. Vəzifəyə seçilmə və ya təyinat yolu ilə qanunvericilik, icra və ya məhkəmə hakimiyyəti orqanlarında
işləyən, Azərbaycan Respublikası Konstitusiyasına sadiq qalacağına and içmiş şəxs dövlətə qarşı cinayətdə, o
cümlədən dövlətə qarşı qiyamda və ya dövlət çevrilişində ittiham edilibsə və bu ittiham əsasında məhkum
olunubsa
, həmin vəzifədən getmiş sayılır və bir daha bu vəzifəni tuta bilməz. M a d d ə 7 5 . Dövlət rəmzlərinə hörmət