I hissəsinə Konstitusiya qanunu ilə əlavələr edilə bilər.
M a d d ə 9 5 . Azərbaycan Respublikası Milli Məclisinin həll etdiyi məsələlər I. Azərbaycan Respublikası Milli Məclisinin səlahiyyətinə aşağıdakı məsələlərin həlli aiddir:
1) Azərbaycan Respublikası Milli Məclisinin işinin təşkili; 2) Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Azərbaycan Respublikası diplomatik nümayəndəliklərinin təsis edilməsi; 3) inzibati ərazi bölgüsü; 4) dövlətlərarası və Azərbaycan Respublikasının qanunlarından fərqli qaydalar nəzərdə tutan hökumətlərarası müqavilələrin təsdiq və ləğv edilməsi; 5) Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikası dövlət büdcəsinin təsdiq edilməsi və onun icrasına nəzarət; (Həll etdiyi məsələlərdən göstərilən 5 bəndə aid Qanun, digər məsələlərə dair isə Qərar qəbul edir) 6) Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə
müvəkkilinin seçilməsi ;
7) Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının
hərbi doktrinasının təsdiqi; 8) bu Konstitusiyada nəzərdə tutulmuş hallarda Azərbaycan Respublikası Prezidentinin
fərmanlarının təsdiqi ;
9) Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Baş nazirinin
vəzifəyə təyin edilməsinə
razılıq verilməsi; 10) Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsi, Azərbaycan Respublikası Ali Məhkəməsi və Azərbaycan Respublikası apellyasiya məhkəmələri
hakimlərinin
təyin edilməsi; 11) Azərbaycan Respublikasının Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikası Baş
prokurorunun vəzifəyə təyin və vəzifədən azad edilməsinə