2 Esed muellim rustemli 051-395-94-95



Yüklə 1,8 Mb.
Pdf görüntüsü
səhifə35/240
tarix21.07.2022
ölçüsü1,8 Mb.
#62858
1   ...   31   32   33   34   35   36   37   38   ...   240
Əsəd-Rüstəmli 2021

Konstitusiya qanunu 
ilə əlavələr edilə bilər. 
M a d d ə 9 6 . Qanunvericilik təşəbbüsü hüququ
 
I. Azərbaycan Respublikasının Milli Məclisində qanunvericilik təşəbbüsü hüququ 
(qanun layihələrini və 
başqa məsələləri Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə təqdim etmək hüququ) 
Azərbaycan Respublikası Milli Məclisinin deputatlarına, Azərbaycan Respublikasının Prezidentinə
Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının seçki hüququ olan 40 min 
vətəndaşına, Azərbaycan Respublikasının Prokurorluğuna və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə 
mənsubdur. 
II. Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan 
Respublikasının seçki hüququ olan 40 min vətəndaşının, Azərbaycan Respublikası Prokurorluğunun və 
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Respublikası 
Milli Məclisinin müzakirəsinə verdiyi qanun və ya qərar layihələri müzakirəyə təqdim olunmuş şəkildə çıxarılır 
və səsə qoyulur. 
III. Belə qanun və ya qərar layihələrində dəyişikliklər 
qanunvericilik təşəbbüsü hüququndan istifadə 
edən subyektin razılığı ilə edilə bilər. 
IV. Qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan 
Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşının 
Azərbaycan Respublikası Prokurorluğunun və ya Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Azərbaycan 
Respublikası Milli Məclisinə təqdim etdiyi qanun və ya qərar layihələri iki ay ərzində səsə qoyulur. 
V. Qanun və ya qərar layihəsini Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının Ali 
Məhkəməsi, Azərbaycan Respublikasının Prokurorluğu və ya Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 
təcili elan edibsə, bu müddət 20 gün təşkil edir. 
VI. Azərbaycan Respublikasının seçki hüququ olan 

Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   240




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin