2 Esed muellim rustemli 051-395-94-95


Milli Məclisinin qərarı ilə



Yüklə 1,8 Mb.
Pdf görüntüsü
səhifə31/240
tarix21.07.2022
ölçüsü1,8 Mb.
#62858
1   ...   27   28   29   30   31   32   33   34   ...   240
Əsəd-Rüstəmli 2021

Milli Məclisinin qərarı ilə 
xitam 
verilə bilər. 
M a d d ə 9 1 . Azərbaycan Respublikası Milli Məclisi deputatının məsuliyyətə cəlb olunmasına 
qoyulan qadağanlar
 
Azərbaycan Respublikası Milli Məclisinin deputatları Azərbaycan Respublikası Milli Məclisindəki 
fəaliyyətinə, səsverməyə və söylədiyi fikrə
görə məsuliyyətə cəlb oluna bilməzlər. Razılığı olmadan onlardan 
bu hallarla əlaqədar izahat, ifadə tələb edilə bilməz. 
M a d d ə 9 2 . Azərbaycan Respublikası Milli Məclisinin işinin təşkili
 
Azərbaycan Respublikasının Milli Məclisi 
öz iş qaydasını müəyyən edir 
və Milli Məclisin 
müvafiq 
orqanlarını yaradır, 
o cümlədən 
öz sədrini və onun müavinlərini seçir, komitələr və komissiyalar təşkil 
edir, Hesablama Palatası yaradır. 
M a d d ə 9 3 . Azərbaycan Respublikası Milli Məclisinin aktları
 
I. Azərbaycan Respublikasının Milli Məclisi öz səlahiyyətlərinə aid məsələlər üzrə 
Konstitusiya 
qanunları, qanunlar və qərarlar 
qəbul edir. 
II. Azərbaycan Respublikasının Milli Məclisində Konstitusiya qanunları, qanunlar və qərarlar bu 
Konstitusiya ilə nəzərdə tutulmuş qaydada qəbul edilir. 
III. Azərbaycan Respublikası Milli Məclisinin deputatları səsvermə hüququnu 
şəxsən
həyata keçirirlər. 
IV. Qanunlarda və Azərbaycan Respublikası Milli Məclisinin qərarlarında 
icra hakimiyyəti 
və 
məhkəmə 
orqanlarına 
konkret tapşırıqlar nəzərdə tutula bilməz. 
M a d d ə 9 4 . Azərbaycan Respublikası Milli Məclisinin müəyyən etdiyi ümumi qaydalar
 
I. Azərbaycan Respublikasının Milli Məclisi aşağıdakı məsələlərə dair 
ümumi qaydalar 
müəyyən edir: 
1) bu Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarından və azadlıqlarından istifadə, bu 
hüquqların və azadlıqların dövlət təminatı; 

Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   240




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin