SƏRFƏLİ QİYMƏT
Müştərilərimiz bizi ən çox xidmətin sərfəliliyinə görə seçir. Çalışırıq ki, gördüyümüz işlər sizin üçün ən qısa zamanda, ən az xərclə və ən keyfiyyətli formada icra olunsun.
DAYANIQLI KEYFİYYƏT
Keyfiyyətli xidmət pula qənaətdir. Xidmətin keyfiyyəti isə zamanla, görülmüş işin dayanıqlılığı ilə ölçülür. Şirkətimiz həyata keçirdiyi işlərin keyfiyyətinə onun dayanıqlılığı ilə zəmanət verir.
ÇEVİK XİDMƏT
Bir çox hallarda tərəfdaşlarımız vaxtın çox az olduğunu bildirir. O zaman sürətli və ixtisaslaşmış mütəxəssislərdən ibarət komandamız çevik fəaliyyət göstərərək müştərilərimizin istəklərini reallaşdırır.
ETİBARLI ƏMƏKDAŞLIQ
Şirkətimiz tərəfdaşlıq əlaqələrinin şəffaf və peşəkarlığına xüsusi diqqət ayırır. Bizim üçün ən dəyərli investisiya müştərilərimizə sərf etdiyimiz zamandır.
Hazırda şirkətin genişlənməkdə olan işçi heyəti öz sahələrində professional kadrlardan ibarətdir. Peşəkar kadrları ilə gündən-günə inkişaf edən şirkət ölkədə fəaliyyət göstərən ən qabaqcıl yerli və xarici təşkilatlarla əməkdaşlıq edir.
Şirkər eyni zamanda dünyanın ən qabaqcıl boya markası olan Norveç mənşəli Jotun Boyalarının dileri və eyni zamanda Jotun Boyalarını təsdiq edən rəsmi səlahiyyətli şirkətdir.
Şirkər şirkəti 2013-cü ildə yaradılmış dinamik bir şirkət olub müxtəlif subpodrat işlərinin icrasında professional xidmət göstərməkdədir.
Epoksid tətbiqi:
Epoksid yer örtükləri, qatı maye halında beton səth üzərinə tətbiq edilən, yüksək dözümlülük və müqavimətə sahib olan qətran əsaslı sərt yapışma xüsusiyyətli, eyni zamanda ağır yük götürmə qabiliyyətinə malik olan yer örtüyü sistemidir. Müxtəlif qalınlıqlarda və geniş rəng seçimi ilə beton səth üzərinə tətbiq edilə bilir və çox
qısa bir vaxt ərzində istifadəyə verilməsi mümkündür.
Epoksid yer örtüklərinin tətbiq sahələri:
İstismar təyinatına və tətbiq edilmə tərzindən asılı olaraq aşağıda göstərilən sahələr üzrə təbiq edilə bilər:
-
Tekstil və Tikiş Fabrikləri
-
Qida sənayesində
-
Avtomobil qarajlarında və parkinq ərazilərində
-
Sənaye obyektlərində
-
Xəstəxanalarda
-
İdman Meydançalarında
Epoksid sistemləri:
Coating Sistemi ( 0,4 – 1 mm ) - Diyircəkli fırça (rolik) ilə tətbiq edilir. Beton səht üzərində incə bir təbəqə əmələ gətirir. Piyada və yüngül nəqliyyat üçün nəzərdə tutulan sistemdir. Toz yaranmasının qarşısını almaq üçün tətbiq edilə bilər. Bu sistem qida, dərman anbarları, ofislər, bina girişləri, koridorlar, pilləkənlər, sənaye mətbəxləri, xəstəxanalar, mağazalar, restoranlar, piyadaların hərəkət etdiyi sahələr və s., sahələrdə tövsiyə edilir. Bunlardan əlavə, self-levelling, multi-layer, mortar və digər epoksid sistemləri üzərinə işarələmə boyası və yol cizgi boyası olaraq də tətbiq edilir.
Self-Levelling sistemi ( 2 – 4 mm ) - Epoksid self-levelling sistemi coating sisteminə nisbətən daha ağır yük götürmə qabiliyyətinə malikdir. Piyadaların işlədiyi yerlələ yanaşı, ağır nəqliyat vasitələri, forklift, işləyən sahələrdə tətbiq edilir. Tibbi preparatların hazırlandığı istehsal obyektlərində, xəstəxanaların steril sahələrində, elektrik santrallarında və hər növ sənaye təsislərində təmizlənməsi asan və toz tutmayan bir yer örtüyü sistemidir. Kimyəvi maddələrin təsirinə qarşı müqavimətlidir. Self-levelling sistemi aşınmış, çuxurlaşmış, zədələnmiş beton səthləri parlaq, sərt və hamar hala gətirən tək parça halında olan bir yer örtüyü sistemidir. Tekstil, qida, dərman istehsalı obyektləri, elektrik təsisatları, makina istehsalı zavodları,
xəstəxanalar, kimyəvi zavodlar, mebel sənayesi, plastik istehsalı obyektləri, idman kompleksləri, ofislər, mağazalar və anti-bakterial şərait tələb olunan hər növ obyektlərdə tətbiq edilir.
Epoksid multi-layer sistemi - Fabriklər, ticarət mərkəzləri, anbarlar, soyuq hava depoları, yanacaq doldurma mənətəqələri, qarajlar, mütəmadi olaraq su ilə təmasda olan sahələrdə, sürüşməzliyin tələb edildiyi sahələrdə, piyada və nəqliyyatların işlədiyi sahələrdə tətbiq edilə bilən sağlam və müqavimətli epoksid yer örtüyü sistemidir. Dərzsiz və əlavə yeri olmadan tətbiq edilə bilir, toz tutmur, asan təmizlənir, gigyenikdir, aşınma və zərbələrə dözümlüdür, turşulara və kimyəvi təsirlərə qarşı yüksək müqavimətlidir.
Epoksid sisteminin üstünlükləri:
-
Uzun ömürlüdür
-
Ağır yük götürmə qabiliyyətinə malikdir
-
Gigyenikdir
-
Tez tətbiq edilir
-
Estetiklik təmin edir
-
Sürüşməyən səth təmin edə bilir (Non-slip system ilə)
QUMLAMA-BOYAMA - Metal oksigen ilə təmas etdikdə tədricən oksidləşir. Yağıntı suyu və dəniz suyu ilə bəzi turşular bu oksidləşməni daha da sürətləndirir. Biz bunu paslanma olaraq adlandırırıq. Ancaq paslanma əslində o qədər də əhəmiyyətsiz bir mövzu deyildir. Pas metalın müqavimətini qıraraq çürüməsinə səbəb olur. Dəmir və poladdan emal edilən hər bir əşya çürüdükdə, bir müddət sonar yararsız hala düşür. Bu səbəbdən də əlimzdəki materialları illərcə istifadə edə bilmək üçün materialın oksigen ilə təmasına mane olmalıyıq. Bunun üçün isə müxtəlif yollar mövcuddur:
1) Materialı xrom ilə üzləmək, (Bu çox baha bir metod olub sadəcə kiçik predmetlərə tətbiq edilə bilər.)
2) Material boyanmalıdır. (Bu gün bütün dünyada tətbiq edilən ən sadə və qənaətcil metod isə budur)
BOYAMA İŞİ - Metaldan hazırlanmış bir əşyanı boyamadan əvvəl ilk ediləli olan ən mühüm iş boya tətbiq ediləcək səthin yağ, pas və beton və boya qalıntılarından təmizlənməsidir.
Metaldan hazırlanmış bir əşyaya tətbiq ediləcək ən ideal səth təmizlənməsi isə qumlama etməkdir. Kiçik parçalarda cilalayıcı və ya tel fırça ilə təmizləmə nəticə verə bilər, ancaq qumlama ilə müqayisə edildikdə bu iki metod da son dərəcə yetərsiz qalır. Bundan başqa böyük parçalarda cilalama və fırçalaa metodu həm vaxt həm də işçilik baxımından əziyyətli və sərfəsizdir.
QUMLAMA NƏDİR? - Metal konstruksiyanın pas və digər maddələrdən təmizlənməsi və boyanın səthə daha sərt yapışmasını təmin etmək məqsədilə istifadə edilən bir metoddur. Tərif olaraq qısaca yüksək təzyiqli hava vasitəsilə (müxtəlif ölçülü dənəciklərlə) qumun səthin üzərinə çırpılması nəticəsində müəyyən incə bir səthin aşınması ilə abraziv təmizləmə metodudur. Müxtəlif standartlarla ölçülür. Əsasən 2.5 SA standartında qumlama tətbiq edilir.
QUMLAMA MATERİALLARI - Drob: Gritə nisbətən yumru qırmalar halında olan metal dənəcikləridir. Müxtəlif ölçülərdə və fraksiyalarda olur. Daha çox istifadə edilə bilir. Ancaq qiymət baxımından qrit materialından on dəfə bahadır.
Grit: Tozlanması ən az və qumlama gücü ən yaxşı olan qum materialdır. Tərkibi xırda metal qırıntılarından ibarətdir.
QUMLAMA AVADANLIĞI VƏ QUMLAMA PROSESİ - Qumlama işi, səyyar qumlama makinası olan, yüksək təzyiqli hava vuran bir kompressor, xortumlar və digər ikinci dərəcəli avadanlıqlar ilə həyata keçirilir. Qumlama işini həyata keçirən kimsə isə mütləq skafandr və xüsusi yuniforma geyinməlidir.
SÜRMƏ İZOLYASIYA (SEMENT ƏSASLI MATERIAL ILƏ):
HİDROİZOLİYASİYA - Su və nəm izolyasiyada istifadə olunan material növlərindən biri də Sürmə İzolyasiya materiallardır.
Bu tip izolyasiya növü Kanallar, su rezervuarları, Nasosxana otaqları və s., obyektlərdə geniş yayılmaqla yanaşı, damlarda, teraslarda, balkonkarda, mənzillərin pəncərə kənarlarında və s., təyinatlı yerlərdə də tətbiq edilməyə münasibdir.Əgər beton səth üzərində çatlar və zədələnmələr mövcuddursa, əvvəlcə xüsusi təmir materialları ilə beton səth təmir edilir, daha sonra isə sürmə izolyasiyanın ilk qatı tətbiq edilir. Tələbata görə 3 və ya 4 qat tətbiq edilə bilər. Su hövuzlarının pərdə divarlarında isə elastikliyi artırmaq məqsədilə xüsusi izolyasiya torlarından istifadə edilir.
Aşağıda sadalanan üstünlüklərə malikdir:
– Mexaniki dözümlülük
– Elastiklik
– İstiliyə dözümlülük
– Kimyəvi dözümlülük
PVC LİNOLEUM - Xəstəxanalarda, labaratoriyalarda, arxiv binalarında və s. Inzibati binalarda daha çox tətbiq edilir. Geniş rəng çalarları və müxtəlif effeklər ilə tətbiq edilməsi mümkündür. Eyni zamanda müxtəlif ornamentlər və teksturalar da işlənməsi xidməti şirkətimizi tərəfindən təqdim edilir.
Boya tətbiqi təyinatına görə həm fırça həm də airless boya makinaları ilə tətbiq edilə bilər.
BOYA TƏTBİQİ - Metal səth qumlama ilə təmizləndikdən sonra çox vaxt itirmədən ilkin mərhələdə astar boyası tətbiq edilməlidir. Əks təqdirdə qısa zamanda metal səthdə oksidləşmə gedir və metal yenidən pas tuta bilər. Tətbiq ediləcək boya da, metalın istismar təyinatına uyğun olmalıdır. Yüksək istiliyin olduğu yerlərdə başqa, yüksək korroziyaya məruz qalan şəraitdə istifadə ediləcək olan metal üzərinə isə başqa boya tətbiq edilməlidir.
Dənizdə yüksək səviyyədə duzluluq olan yerlərdə istifadə olunacaq metallara isə tam başqa növ boyalar tətbiq edilməlidir. Boya tətbiqi təyinatına görə həm fırça həm də airless boya makinaları ilə tətbiq edilə bilər.
BETON İŞLƏRİ - Şirkər olaraq, ərazi betonu, bina daxili və mərtəbə tavan betonu işləri ilə müştərilərimizə xidmət göstəririk.
Beton tökülməzdən əvvəl ərazidə kodlaşdırma çıxarılaraq beton tökülməsi planlaması hazırlanır. Kəsiləcək dərz aralıqları üçün ölçülər əvvəlcədən planlanır. Profillər qurulur, beton dökülür və vibromastar ilə vibrasiya edilərək yayılır və kodlar ölçülərək düzəlişlər edilir və beton verilir. Daha sonra ideal düzlük və hamarlıq almaq üçün beton səth üzərindəhamarlama işləri görülür.
Dostları ilə paylaş: |