İCRA HAKİMİYYƏTİ M a d d ə 9 9 . İcra hakimiyyətinin mənsubiyyəti Azərbaycan Respublikasında icra hakimiyyəti Azərbaycan Respublikasının
Prezidentinə mənsubdur .
M a d d ə 1 0 0 . Azərbaycan Respublikasının Prezidentliyinə namizədlərə aid tələblər Azərbaycan Respublikasının ərazisində
10 ildən artıq daimi yaşayan , seçkilərdə iştirak etmək
hüququna malik olan, o cümlədən ağır cinayətə görə məhkum olunmayan, başqa dövlətlər qarşısında öhdəliyi
olmayan, ali təhsilli, ikili vətəndaşlığı olmayan Azərbaycan Respublikasının vətəndaşı Azərbaycan
Respublikasının
Prezidenti seçilə bilər.
M a d d ə 1 0 1 . Azərbaycan Respublikası Prezidenti seçkilərinin əsasları I. Azərbaycan Respublikasının Prezidenti ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi
və gizli səsvermə yolu ilə
7 il müddətinə seçilir. Azərbaycan Respublikasının Prezidenti növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərini elan edə bilər . II. Azərbaycan Respublikasının Prezidenti səsvermədə iştirak edənlərin
yarısından çoxunun səs çoxluğu ilə seçilir.
III. Bu səs çoxluğu səsvermənin birinci dövrəsində toplanmayıbsa, səsvermə günündən sonra ikinci bazar
günü səsvermənin
ikinci dövrəsi keçirilir . İkinci dövrədə ancaq birinci dövrədə ən çox səs toplamış
iki
namizəd yaxud ən çox səs toplamış və öz namizədliyini geri götürmüş namizədlərdən sonra gələn
i
ki namizəd
iştirak edir.
IV. Səsvermənin ikinci dövrəsində
səs çoxluğu toplayan namizəd Azərbaycan Respublikasının
Prezidenti seçilmiş sayılır.
V. Müharibə şəraitində hərbi əməliyyatların aparılması Azərbaycan Respublikası Prezidenti seçkilərinin