Sumqayit apelyasiya məHKƏMƏSİNİn cinayət kollegiyasi qərar



Yüklə 65.21 Kb.
Pdf просмотр
tarix15.03.2017
ölçüsü65.21 Kb.

İş № 1(105)-298/2016

AZƏRBAYCAN RESPUBLİKASI



SUMQAYIT APELYASİYA MƏHKƏMƏSİNİN

CİNAYƏT KOLLEGİYASI



QƏRAR

(Apelyasiya şikayəti üzrə yekun məhkəmə baxışına dair)

02 noyabr 2016-cı il

Sumqayıt şəhəri

Hakimlər Zeynallı Fərmayıl Gülmalı oğlu (sədrlik edən və məruzəçi), Zeynalov

Mübariz Hüseyn oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə,

Həsənov Bəbir Hüseyn oğlunun katibliyi,

dövlət ittihamçısı Əsədov Teymur Hətəm oğlunun,

zərərçəkmiş şəxs Əliyeva Gülər Mərdan qızının nümayəndəsi Əliyev Azad Ağamalı

oğlunun,


zərərçəkmiş şəxs Əliyeva Gülər Mərdan qızının nümayəndəsi, zərərçəkmiş şəxslərin

hüquqi varisi Əliyev Mərdan Ağamalı oğlunun nümayəndəsi və müdafiəçisi Qulamov

Ağazahid Şirzad oğlunun,

məhkum Manafov Cəmşid Qərib oğlunun və onun müdafiəçisi Eyvazov Əli Xançoban

oğlunun iştirakı ilə,

Manafov Cəmşid Qərib oğlunun Azərbaycan Respublikası CM-nin 263-1.4-cü

maddəsi ilə təqsirli bilinərək 4(dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək

hüququndan məhrum etməklə 10(on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum

edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 19.04.2016-cı il tarixli hökmündən

məhkum C.Manafovun müdafiəçisi Ə.X.Eyvazov tərəfindən verilmiş apelyasiya şikayətinə

açıq məhkəmə iclasında baxaraq,

Müəyyən etdi:

Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 aprel 2016-cı il tarixli hökmü ilə (sədrlik edən

hakim S.S.Hüseynov, hakimlər A.Ə.Məcidov, Z.Q.Ağayev)

30.06.1972-ci ildə Siyəzən şəhərində anadan

olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta

təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər

məhkum olunmamış, Siyəzən şəhəri, 20 Yanvar

küçəsi, ev 36-da qeydiyyatda olmaqla və həmin

ünvanda yaşamış, Manafov Cəmşid Qərib oğlu

Azərbaycan Respublikası CM-nin 263-1.4-cü maddəsi ilə təqsirli bilinərək 4(dörd) il

müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etməklə 10(on) il müddətə

azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdır.

Hökmdən məhkumun müdafiəçisi Ə.Eyvazov apelyasiya şikayəti verərək hökmü

dəyişdirib, məhkum C.Manafov barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir.



İşin halları:

Məhkəmənin hökmünə əsasən C.Q.Manafov onda təqsirli bilinib məhkum edilmişdir

ki, o, 05.08.2015-ci il tarixdə saat 13:40 radələrində nəqliyyat vasitələrini idarə etmək hüququ

olmadan mülki etibarnamə əsasında idarə etdiyi özünə məxsus “VAZ-21074” minik markalı

90 HB 911 dövlət qeydiyyat nişanlı avtomobil ilə Siyəzən-Qalaltı yolunun Sadan kəndi


ərazisindən keçən 8-ci kilometriliyində, yaşayış məntəqəsində Siyəzən şəhəri istiqamətində

hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 36-cı

maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və “Yol hərəkəti haqqında” Azərbaycan

Respublikası Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərini pozmuş,

yəni yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri

və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa

əmlaka zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə

olunmasından ayırmamalı, yol şəraitini nəzərə almaqla avtomobili hərəkətin təhlükəsizliyini

təmin edə biləcəyi sürətlə idarə etməli, avtomobilin yolun hərəkət hissəsi ilə dayanıqlı

hərəkətini təmin etməli olduğu halda bunlara əməl etməmiş, sürücülük hüququ olmadan idarə

etdiyi avtomobili Siyəzən şəhər istiqamətində hərəkət etdirərkən yolun döngəli hissəsində

idarəetməni itirmiş və avtomobil yolun soluna çıxaraq aşmış, nəticədə ehtiyatsızlıqdan

nəqliyyat vasitəsində olan sərnişinlər Əliyeva Gülər Mərdan qızının sol bazu sümüyünün

aşağı 1/3-nin yerini dəyişmiş qapalı sınığı, sol körpücük sümüyünün akromial ucunun

sınıq-çıxığı, sağ oma sümüyü qanadının və 5-ci bel fəqərəsinin sağ köndələn çıxıntısının çox

qəlpəli yerdəyişmiş smığı, sağ qasıq sümüyünün yerdəyişməmiş sınığı və sol saidin sıyrılmış

yarası kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər

vurmaya aid bədən xəsarətləri almasına, Əliyev Orxan Mərdan oğlunun baş beyin

toxumasının və beyın kötüyünün əzilməsi, baş beyinin ödemi, hər iki ağciyər toxumasının

əzilməsi və ikitərəfli hemopnevmotoraks, sağ mil sümüyünün qapalı sınığı, başın sol alın-

gicgah və təpə nahiyələrinin, üzün əzilmiş yaraları, döş qəfəsinin, hər iki dizlərin sıyrıqları və

başın yumuşaq örtüyü altına qansızmalarla müşayiət olunan, dərəcəsinə görə həyat üçün

təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər alıb başın küt zədələnməsi

nəticəsində baş beyin toxumasının və baş beyin kötüyünün əzilmələrindən törəyən baş beynin

ödemi nəticəsində 10.08.2015-ci il tarixdə Bakı şəhəri 1 saylı Klinik Tibbi Mərkəzdə

ölməsinə və Əliyeva Gülnarə Əlirza qızının baş beyin toxumasını əzilməsi, ağciyərin, qara

ciyərin və dalağın cırılmaları, 6-7-ci döş fəqərələri çıxıntılarının köndələn sınığı, sağ 4-5-6-7-

ci və sol 5-6-7-8-ci qabırğaların qapalı köndələn sınıqları, üzün qançırları, gövdənin sıyrıqları

və başın yumuşaq örtüyü altına qansızmalarla müşayiət olunan, dərəcəsinə görə həyat üçün

təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər alıb gövdənin küt zədələnməsi

nəticəsində hər iki ağciyərin, qaraciyərin və dalağın cırılmaları, qabırğaların ikitərəfli çoxlu

sınıqları və 6-7-ci döş fəqərələrinin sınıqlarından törəyən ağır travmatik şok nəticəsində

05.08.2015-ci il tarixdə hadisə yerində ölməsinə səbəb olmuşdur.

Apelyasiya şikayətinin dəlilləri:

Apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən sübutları araşdırarkən

C.Manafovun psixi vəziyyətini müəyyən etməmiş, epilepsiya nəticəsində şəxsiyyət

dəyişkənliyi, tez-tez baş verən qıcolma tutmaları nədir, yol nəqliyyat hadisəsi baş

verməmişdən əvvəl C.Manafovda epilepsiya və qıcolma tutmalarının olması, konkret

hadisənin bu zaman baş verib-verməməsini, məhkum C.Manafovun şüurlu halda yol

nəqliyyat hadisəsi törətməsinin aydınlaşdırılmaması qeyd edilmişdir.

Həmçinin apelyasiya şikayətində qeyd edilmişdir ki, birinci istansiya məhkəməsi

tərəfindən C.Manafovun psixi vəziyyətinin, sağlamlıq durumunun, yol nəqliyyat hadisəsini

epilepsiya qıcolma halında törədib-törətməməsini müəyyən etmək üçün təkrar, kompleks

məhkəmə sağlamlıq və psixiatrik ekspertizası təyin olunub keçirilməsi barədə vəsatətlər

verilsədə, istintaq orqanı və məhkəmə tərəfindən əsassız olaraq bu vəsatətlər təmin

olunmamış, məhkəmənin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki

hallar araşdırılmamış, hökm işin faktiki hallarına uyğun olmamış, məhkəmə tərəfındən iş

üçün əhəmiyyəti olan hallar sübuta yetirilməmiş, məhkəmənin gəldiyi nəticələr məhkəmə

istintaqında təqdim edilmiş sübutlara əsaslanmamış məhkum C.Manafova elan olunmuş

ittiham kifayət qədər sübuta yetirilməmişdir.


Hüquqi məsələlər:

Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinə əsasən apelyasiya instansiyası

məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən

edilməsini, habelə cinayət qanunun və CPM-nin normalarının tətbiq edilməsinin

düzgünlüyünü yoxlayır.

Azərbaycan Respublikası CPM-nin 397.2-ci maddəsinə əsasən birinci instansiya

məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi

tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır.

Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına

riayət edilməsi apelyasiya şikayətinin və apelyasiya protestinin dəlillərindən asılı olmayaraq

yoxlanılır.

Məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirib, dövlət

ittihamçısının, zərərçəkmiş şəxsin nümayəndələri, zərərçəkmiş şəxslərin hüquqi varisinin

nümayəndəsi və müdafiəçisinin apelyasiya şikayətinin təmin edilməməklə, hökmün

dəyişdirilməməsi barədə, məhkum və onun müdafiəçisinin isə apelyasiya şikayətinin təmin

edilməklə, hökmün dəyişdirilməsi barədə çıxışlarını dinləyib, işdəki sübutları apelyasiya

şikayəti ilə əlaqəli şəkildə tədqiq edib, məcmusu üzrə qiymətləndirərək, hesab edir ki, aşağıda

şərh olunanlara əsasən, apelyasiya şikayəti qismə təmin edilməli, hökmü isə dəyişdirilməlidir.

Apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən sübutları araşdırarkən

C.Manafovun psixi vəziyyətini müəyyən etməməsi, epilepsiya nəticəsində şəxsiyyət

dəyişkənliyi, tez-tez baş verən qıcolma tutmaları nədir, yol nəqliyyat hadisəsi baş

verməmişdən əvvəl C.Manafovda epilepsiya və qıcolma tutmalarının olması, konkret

hadisənin bu zaman baş verib-verməməsi, məhkum C.Manafovun şüurlu halda yol nəqliyyat

hadisəsi törətməsinin aydınlaşdırılmaması qeyd edilmişdir.

İşdə olan ambulator, stasionar xəstənin tibbi kartasından görünür ki, məhkum

C.Manafov “epilepsiya nəticəsində şəxsiyyət dəyişkənliyi, tez-tez baş verən qıcolma

tutmaları” diaqnozu ilə müalicə olunur və buna görə də 2-ci qrup əlildir.

İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafıə Nazirliyi Dövlət

Sosial Təminat Xidməti Siyəzən rayon Əhalinin Sosial Müdafıəsi Mərkəzinin 20.10.2015-ci

il tarixli məktubundan görünür ki, Manafov Cəmşid Qərib oğlu epilepsiya nəticəsində

şəxsiyyət dəyişkənliyi ilə, tez-tez baş verən qıcolma tutmaları ilə 2-ci qrup əlil kimi sosial

müavinət alır.

İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza

Mərkəzi Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 24 oktyabr 2015-ci il tarixli 1530

saylı rəyindən görünür ki, Manafov Cəmşid Qərib oğlunun ifadəli şəxsiyyət dəyşikləri, ağıl

zəifliyi və psixi fəaliyyətin müvəqqəti hesab edilən düşüncə pozuntusu əlamətləri müəyyən

olunmadığı üçün o, hadisə zamanı öz hərəkətlərini dərk etmək, onları idarə edə bilmək

iqtidarında olmuşdur. C.Q.Manafovun əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci

maddələrinin təsiri altına düşməmiş, törətdiyi əmələ görə anlaqlı hesab edilməlidir.

Yoxlanılan şəxsin baş vermiş hadisəni xatırlaya bilməməsi onun qəza nəticəsində almış

olduğu kəllə-beyin travması ilə əlaqədar olması mümkündür. Belə ki, kəllə-beyin travması

almış şəxsin hadisədən əvvəlki dövrün yaddaşdan silinməsi baş verə bilir və bu elmi

ədəbiyyatda retroqrad amneziya adlandırılır. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini

ölçüb biçmək və onları idərə etmək iqtidarındadır. Onun məcburi müalicəyə ehtiyacı yoxdur.

Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir

ki, müdafiəçi apelyasiya şikayətində məhkum C.Manafovun yol nəqliyyat hadisəsi baş

verməmişdən əvvəl epilepsiya və qıcolma tutmaları nəticəsində hadisənin baş verdiyini qeyd

etsədə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi

Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 24.10.2015-ci il tarixli 1530 saylı rəyini

,

həmçinin zərərçəkmiş şəxs Əliyeva Gülər Mərdan qızının ifadələri ilə bu halın təkzib



olunduğunu, C.Manafovun yol nəqliyyat hadisəsi baş verməmişdən əvvəl epilepsiya və

qıcolma tutmalarının olmamasını, yol nəqliyyat hadisəsi zaman anlaqlı olmaqla yanaşı öz



hərəkətlərini ölçüb biçmək və onları idərə etmək iqtidarında olmasının öz təsdiqini tapmasını

nəzərə almamışdır.

Məhkəmə kollegiyası apelyasiya şikayətində birinci istansiya məhkəməsi tərəfindən

C.Manafovun psixi vəziyyətinin, sağlamlıq durumunun, yol nəqliyyat hadisəsini epilepsiya

qıcolma halında törədib-törətməməsini müəyyən etmək üçün təkrar, kompleks məhkəmə

sağlamlıq və psixiatrik ekspertizası təyin olunub keçirilməsi barədə vəsatətlər verilsədə,

istintaq orqanı və məhkəmə tərəfindən əsassız olaraq bu vəsatətlərin təmin olunmaması ilə

əlaqədar olan dəlillərini əsassız hesab edərək qeyd edir ki, ibtidai istintaq orqanı tərəfində

təyin edilmiş və birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş Azərbaycan

Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi Ambulator

Məhkəmə Psixiatrik Ekspertizasının 24.10.2015-ci il tarixli 1530 saylı rəyi ilə C.Manafovun

epilepsiya və qıcolma tutmaları nəticəsində yol nəqliyyat hadisəsi baş verən zaman anlaqlı

olmaqla yanaşı öz hərəkətlərini ölçüb bilmək və onları idərə etmək iqtidarında olduğundan

təkrar kompleks məhkəmə sağlamlıq və psixiatrik ekspertizası təyin olunub keçirilməsi üçün

zəruri əsaslar olmamışdır.

Apelyasiya şikayətində birinci instansiya məhkəməsinin iş üzrə mühüm əhəmiyyət

kəsb edən bütün faktiki halları araşdırmaması, hökm işin faktiki hallarına uyğun olmaması,

məhkəmə tərəfındən iş üçün əhəmiyyəti olan hallar sübuta yetirilməməsi, məhkəmənin

gəldiyi nəticələr məhkəmə istintaqında təqdim edilmiş sübutlara əsaslanmaması, məhkum

C.Manafova elan olunmuş ittihamın kifayət qədər sübuta yetirilməməsi qeyd edilmişdir.

Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya

cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət

təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: cinayət-prosessual qanunvericiliyinin

tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları

məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş

təxirə salına bilməyən hallarda isə, müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə

olunmalı, hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin

əlamətlərinin

olub-olmamasını,

bu

əməlin



təqsirləndirilən

şəxs


tərəfindən

törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll

edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir.

Məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək belə nəticəyə

gəlir ki, məhkum C.Manafova elan edilmiş ittihamla bağlı istər ibtidai araşdırma orqanı,

istərsə də, işə baxan birinci instansiya məhkəməsi Azərbaycan Respublikası CPM-nin 143-

146-cı maddələrinin tələblərinə əməl edərək, məhkumun ittiham olunduğu cinayətin

törədilməsində təqsirli bilinməsi haqda nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış

və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə

qiymətləndirərək, işin faktiki hallarına uyğun nəticəyə gəlmişdir.

Müdafiəçi apelyasiya şikayətində Bakı Ağır Cinayətlər Məhkəməsinin 19.04.2016-cı

il tarixli hökmünü dəyişdirib, məhkum C.Manafov barəsində bəraət hökmü çıxarılmasını

xahiş etmişdir.

Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham

hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin

təqsiri sübuta yetirildiyi halda çıxarılır.

Azərbaycan Respublikası CPM-nin 42.1.4 və 42.2.4-cü maddələrinə əsasən, məhkəmə

baxışı nəticəsində toplanmış sübutlar təqsirləndirilən şəxsin təqsirsizliyini təsdiq etdikdə,

təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq

edən bəraət hökmü çıxarılır.

Azərbaycan Respublikası CPM-nin 350.2-ci maddəsinə əsasən, bu Məcəllənin 42.1-ci

maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının

nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır.

Məhkəmə kollehiyası işin tam, hərtərəfli və obyektiv araşdırılması nəticəsində iş üzrə

sübutların mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirərək belə nəticəyə

gəlir ki, məhkum C.Manafov barəsində Azərbaycan Respublikası CPM-nin 42-ci maddəsinin



tətbiqi üçün əsaslar olmadığını qeyd edir.

Məkumun müdafiəçisi Sumqayıt Apelyasiya Məhkəməsinin 02.11.2016-cı il tarixli

məhkəmə iclasında çıxışında məhkum C.Manafov barəsində bəraət hökmü çıxarılmaması

qənaətinə gəlindiyi təqdirdə, məhkum C.Manafova təqsirli bilindiyi maddənin sanksiyasında

nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddində cəza təyin edilməsini

xahiş etmişdir.

Kollegiya qeyd edir ki, cəza təyin etmənin məqsədi yalnız cinayət törətmiş şəxsi

cəzalandırmaq, tənbeh etmək deyil, həmçinin onun islah olunması nəzərə alınmalıdır. Eləcə

də, birinci instansiya məhkəməsi tərəfindən azadlıqdan məhrum etmə cəzası təyin edilərkən

onun ailə üzvlərinə maddi və mənəvi təsiri nəzərə alınmalıdır. Kollegiya qeyd edir ki,

Azərbaycan Respublikası CM-nin 263-1.4-cü maddəsinin sanksiyasında yalnız azadlıqdan

məhrum etmə cəzası müəyyən edilmiş, yuxarı həddi də kifayət qədər yüksəkdir. Ona görə də,

sanksiya çərçivəsində cəzalar təyin edilərkən məhkumun ilk dəfə belə bir əməl törətməsi

nəzərə alınmalı, islah olunması üçün ona şans verilməlidir.

Məhkəmə kollegiyası hesab edir ki, cəza təyini zaman cinayət qanununun müvafiq

maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də

yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun

şəxsiyyətinə uyğun olmayan cəza hesab edilməklə apelyasiya şikayətinin baxışının nəticələri

üzrə birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi üçün əsaslardan biri hesab

edilir.


Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi məhkum C.Manafov barəsində

ittiham hökmü çıxararkən, istintaq zamanı araşdırılmış biri digərini tamamlayan sübutların

məcmusuna düzgün hüquqi qiymət versə də, məhkum C.Manafova sərt cəza təyin etmişdir.

Məkum C.Manafov Sumqayıt Apelyasiya Məhkəməsinin 02.11.2016-cı il tarixli

məhkəmə iclasında, baş vermiş yol nəqliyyat hadisəsi zamanı xəsarət aldığını, buna görə də,

bir ay yarım müddət ərzində xəstəxanada yatdığını, zərərçəkmiş şəxslə, həmçinin zərərçəkmiş

şəxslərin hüquqi varisi ilə görüşməsinin mümkün olmadığını, lakin valideyinlərinin

zərərçəkmiş şəxslərin hüquqi varisi ilə dəfələrlə əlaqə saxladığını, görüşdüklərini, mərhum

G.Ə.Əliyevanın dəfnində və yas mərasimində iştirak etdiklərini, həmin vaxt zərərçəkmiş

şəxslərin hüquqi varisinin onun valideyinlərinə qarşı şikayətlərinin olmadığını, sadəçə oğlu

Orxanın sağalmasını gözlədiklərin, Orxanın ölümündən sonra isə dəfələrlə barışıq əldə

etməyə cəhdlər etdiklərini, lakin həmin cəhtlərlərə qarşı hər dəfə qarşı tərəfdən rədd cavabı

almaqlarına baxmayaraq barışıq üçün cəhdlərini davam etdirdiklərini, bu gün də, barışığa

maddi və mənəvi dəstəyə hazır olduqlarını bildirmişdir.

“Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında”

Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli

qərarında göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin

edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs

edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini

sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci

maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və

ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun

olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin

formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər

kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə, onun

törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş

zərərin həcmi və baş vermiş nəticələrinin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli

şəxslərin rolu və s.) əsasən müəyyən edilir.

Kollegiya qeyd edir ki, cinayət-prosessual qanunvericiliyinə əsasən məhkəmənin

hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikasının

Konstitusiyasının, Cinayət-Prosessual Məcəlləsinin, cinayət və digər qanunlarının tələblərinə

riayət etməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə məhkəmənin

gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu


sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi

hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir.

Azərbaycan Respublikası CPM-nin 399.1, 399.1.5-ci maddələrinə müvafiq olaraq

təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması

apelyasiya şikayətinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökmünün

dəyişdirilməsi üçün əsaslardan biri hesab edilir.

Azərbaycan Respublikası CPM-nin 404-cü maddəsinə müvafiq olaraq cinayət

qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm

sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və

məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir.

Azərbaycan Respublikası CPM-nin 405.1, 405.1.1-ci maddələrinə müvafiq olaraq

cəzanın öz sərtliyinə görə cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmadığını

hesab edərək təyin edilmiş cəzanı yüngülləşdirdikdə, apelyasiya instansiyası məhkəməsi

birinci instansiya məhkəməsinin hökmünü dəyişdirir.

Sadalanan xüsatları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, məhkum

C.Manafova təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının həddi azaldılmalıdır.

Beləliklə, məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə qismən razılaşaraq

hesab edir ki, C.Manafovun Azərbaycan Respublikası CM-nin 263-1.4-cü maddəsi ilə təqsirli

bilinib 4(dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etməklə

10(on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə dair Bakı Ağır

Cinayətlər Məhkəməsinin 19.04.2016-cı il tarixli hökmü məhkum C.Manafova cəza təyininə

dair hissədə dəyişdirilməlidir.

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 394, 397, 398, 399, 404,

405, 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası



Qərara aldi:

Manafov Cəmşid Qərib oğlunun Azərbaycan Respublikası CM-in 263-1.4-cü maddəsi

ilə təqsirli bilinərək 4(dörd) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan

məhrum etməklə 10(on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə

dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 aprel 2016-cı il tarixli hökmü dəyişdirilsin.

Manafov Cəmşid Qərib oğlunun Azərbaycan Respublikası CM-nin 263-1.4-cü

maddəsi ilə təqsirli bilinərək 4(dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək

hüququndan məhrum etməklə 10(on) il müddətə azadlıqdan məhrum etmə cəzası 4(dörd) il

müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etməklə 9(doqquz) il

müddətə azadlıqdan məhrum etmə cəzasına endirilsin.

Apelyasiya şikayəti qismən təmin edilsin.

Hökm qalan hissədə dəyişdirilməsin.

Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş

müddətlərdə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya

protesti verilə bilər.

Sədrlik edən:

Hakimlər:

Əsli ilə düzdür:

Hakim

Fərmayıl Zeynallı



Sədrlik edən:

Fərmayıl Zeynallı

Hakimlər:

Mübariz Zeynalov



Nazim Mövsümov



Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə