Dövlət qulluğu haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
I f ə s i l
ÜMUMİ MÜDDƏALAR
M a d d ə 1 .
Qanunun məqsədi
Bu Qanun Azərbaycan Respublikasında dövlət qulluğu
sahəsində dövlətlə dövlət
qulluqçuları arasında yaranan münasibətləri və dövlət
qulluqçularının hüquqi
vəziyyəti ilə bağlı məsələləri tənzimləyir.
M a d d ə 2 .
Dövlət qulluğu
2.1. Dövlət qulluğu Azərbaycan Respublikasının Konstitusiyasına və digər
qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədlərinin və
funksiyalarının
həyata keçirilməsi sahəsində dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərini yerinə
yetirməsidir.
2.2.
Bu Qanun icra, qanunvericilik və məhkəmə hakimiyyətləri orqanlarının
aparatlarında dövlət qulluğu keçən
qulluqçulara şamil edilir.
[1]
2.3. Prokurorluq, ədliyyə,
milli təhlükəsizlik,
müdafiə, fövqəladə hallar,
dövlət
təhlükəsizliyi xidməti, xarici kəşfiyyat xidməti,
sərhəd xidməti,
səfərbərlik və hərbi xidmətə
çağırış üzrə dövlət xidməti,
xüsusi dövlət mühafizə xidməti, miqrasiya xidməti, daxili
işlər, gömrük, vergi, xarici işlər
və
feldyeger rabitəsi
orqanlarında,
Azərbaycan
Respublikasının
Mərkəzi Bankında
dövlət qulluğunda çalışan şəxslərin dövlət qulluğu
keçməsi bu Qanunun Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğuna qəbul
edilmək hüququna, dövlət qulluğuna qəbulun müsabiqə və şəffaflıq əsasında həyata
keçirilməsinə
,
dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə və dövlət
qulluğunun digər prinsiplərinə aid müddəaları
, həmçinin bu Qanunun 15
-1-ci
maddəsi
nəzərə alınmaqla, Azərbaycan Respublikasının başqa qanunları ilə tənzimlənir
və bu orqanlarda qulluq dövlət qulluğunun xüsusi növüdür.
[2]
Bu orqanların (Azərbaycan Respublikasının
Mərkəzi Bankı
istisna olmaqla)
aparatlarında çalışan və hərbi və ya xüsusi rütbəsi olmayan şəxslərə (dövlət qulluqçusu
olmayan işçilər –
x
adimə, dalandar, bağban, gözətçi, ocaqçı,
ixtisas dərəcəsi olmayan
fəhlə və s. istisna olmaqla) bu Qanun şamil edilir.
[3]
2.4.
Bu Qanunda başqa hal nəzərdə tutulmayıbsa, bu Qanun
Azərbaycan
Respublikasının Prezidentinə, Azərbaycan Respublikası Milli Məclisinin deputatlarına,
Azərbaycan Respublikasının Baş nazirinə və onun müavinlərinə, Azərbaycan
Respublikası məhkəmələrinin hakimlərinə, Azərbaycan Respublikasının İ
nsan
hüquqları üzrə müvəkkilinə (Ombudsmana), Azərbaycan Respublikası mərkəzi icra
hakimiyyəti orqanlarının rəhbərlərinə və onların müavinlərinə, Azərbaycan
Respublikası Mərkəzi Seçki Komissiyasının sədrinə, sədr müavinlərinə, katibinə və
üzvlərinə, Azərbaycan Respublikası Hesablama Palatasının sədrinə, sədr müavininə və
auditorlarına, yerli icra hakimiyyəti orqanlarının rəhbərlərinə (başçılarına), Naxçıvan
Muxtar Respublikası Ali Məclisinin deputatlarına, Naxçıvan Muxtar Respublikasının
Baş nazirinə və onun müavinlərinə, Naxçıvan Muxtar Respublikası mərkəzi icra
hakimiyyəti orqanlarının rəhbərlərinə, habelə hərbi qulluqçulara şamil olunmur.
[4]
2.5. Bu Qanun müvaf
iq icra hakimiyyəti orqanlarının tabeliyində olan
müəssisələrin
işçilərinə şamil edilmir. Bu işçilərin əmək münasibətləri Azərbaycan Respublikasının
Əmək Məcəlləsi ilə tənzimlənir.
[5]
2.6. Bu Qanunun 2.3-
cü maddəsində göstərilən orqanlarda dövlət qulluğunda
çalışan şəxslərə müvafiq qanunlarla nəzərdə tutulmuş təminatlar "dövlət qulluğu
haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş təminatlardan az
olduqda, "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən
edilmiş təminatlar şamil edilir.
[6]
M a d d ə 3 .
Dövlət qulluğunun əsas vəzifələri
3.1. Dövlət qulluğunun əsas vəzifələri aşağıdakılardır:
3.0.1. Azərbaycan Respublikasının Konstitusiyası və digər qanunvericilik aktları
əsasında vətəndaşların hüquq və azadlıqlarının təmin
edilməsi;
3.0.2. dövlət orqanlarının səlahiyyəti hüdudlarında qərarların hazırlanması, qəbul
edilməsi, icrası və icraya nəzarət edilməsi;
3.0.3. dövlət orqanlarının səmərəli fəaliyyətinin və dövlət qulluqçuları
tərəfindən
vəzifə səlahiyyətlərinin yerinə yetirilməsinin təmin
edilməsi.
M a d d
ə 4 .
Dövlət qulluğunun prinsipləri
4.1. Dövlət qulluğu aşağıdakı prinsiplərə əsaslanır:
4.1.1. qanunçuluq;
4.1.2. Azərbaycan Respublikasında qanunvericilik, icra və məhkəmə hakimiyyəti
orqanlarının səlahiyyət hüdudlarının
müəyyən
edilməsi;
4.1.3. dö
vlət orqanlarına və dövlət qulluqçularına nəzarət və onların hesabat
verməsi;
4.1.4. yuxarı dövlət orqanlarının və vəzifəli şəxslərin öz səlahiyyətləri hüdudlarında
qəbul etdikləri qərarların aşağı dövlət orqanları və
vəzifəli şəxslər tərəfindən mütləq
y
erinə yetirilməsi;
4.1.5. bütün vətəndaşların və vəzifəli şəxslərin dövlət qulluqçularının qanuni
tələblərini icra etməyə və qanuni hərəkətlərini müdafiə
etməyə borclu olması;
4.1.6. dövlət qulluğuna qəbulun şəffaflığı;