Dövlət qulluğu haqqında azərbaycan respublikasinin qanunu I f ə s I l Ümumi MÜDDƏalar



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə6/20
tarix07.07.2023
ölçüsü0,65 Mb.
#136118
1   2   3   4   5   6   7   8   9   ...   20
DOVLET-QULLUGU-HAQQINDA-21-iyul-2000-ci-il-№-926-IQ 071029

 
[37]
 
11.1.8.2. 
müvafiq icra hakimiyyəti orqanlarının yanında olan orqanların rəhbərlərinin, 
onların müavinlərinin və mütəxəssislərinin vəzifələri,
müvafiq icra hakimiyyəti orqanlarının 
inzibati 
ərazi dairələri üzrə nümayəndələrinin, onların müavinlərinin və 
mütəxəssislərin vəzifələri.
[38]
 
11.2. Yardımçı vəzifələrin aşağıdakı təsnifatları vardır:
[39]
 
11.2.1. yardımçı vəzifələrin birinci təsnifatı –
Ali kateqoriya dövlət orqanlarında 
texniki vəzifələr;
11.2.2. yardımçı vəzifələrin ikinci təsnifatı –
1-ci kateqori
ya dövlət orqanlarında 
texniki vəzifələr;
11.2.3. yardımçı vəzifələrin üçüncü təsnifatı –
2-
ci və 3
-
cü kateqoriya dövlət 
orqanlarında texniki vəzifələr;
11.2.4. yardımçı vəzifələrin dördüncü təsnifatı –
4-
cü və 5
-
ci kateqoriya dövlət 
orqanlarında texniki vəzifələr.
11.3. Bu Qanunun 11.1-ci maddəsində göstərilən inzibati vəzifələrin birinci təsnifatı istisna 
olmaqla, ikinci-üçüncü təsnifat vəzifələri tutan şəxslərin müvafiq ixtisas dərəcəsi (o cümlədən 


həmin vəzifə üçün nəzərdə tutulmuş daha yüksək ixtisas dərəcəsi) alması üçün dövlət orqanında 
azı yeddi illik qulluq stajı və müvafiq vəzifədə azı üç illik fasiləsiz əmək stajı olmalı, dördüncü-
yeddinci təsnifat vəzifələri tutan şəxslərin isə bundan ötrü dövlət orqanında azı beş 
illik qulluq stajı olmalıdır. Bu halda həmçinin vəzifəli şəxsin funksiyalarının məzmunu, 
peşəkarlığı və idarəçilik təcrübəsi nəzərə alınır. Bu maddənin birinci cümləsində müəyyən 
edilmiş hər hansı tələbə cavab verməyən vəzifəli şəxsə tutduğu vəzifənin inzibati təsnifatı üçün 
müəyyən edilmiş ən kiçik ixtisas dərəcəsi verilir. Üçüncü təsnifat vəzifələrində çalışan dövlət 
qulluqçularına 3-cü dərəcə dövlət müşaviri ixtisas dərəcəsi o halda verilə bilər ki, həmin 
şəxslərin uyğun dövlət orqanlarında azı on illik qulluq stajı , müvafiq vəzifədə isə azı beş 
illik qulluq stajı olsun. Bu halda həmçinin vəzifəli şəxsin funksiyalarının məzmunu, peşəkarlığı 
və idarəçilik təcrübəsi nəzərə alınır.
[40]
 
11.4. Dövl
ət orqanlarının aparatları (və ya onların fəaliyyətini təmin edən qurumlar) 
və onların bölmələri
Ali - 5-ci kateqoriya 
dövlət orqanlarının Azərbaycan 
Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən edilmiş funksiya və 
səlahiyyətləri, habelə onların
həyata keçirilməsi xüsusiyyətləri nəzərə alınaraq, 
təminedici və yardımçı kimi təsnifləşdirilir.
Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və 
onun bölmələrinin adları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin