DÖVLƏT QULLUĞU KEÇMƏ M a d d ə 2 7 .
Dövlət qulluğuna qəbul edilmək hüququ
[107]
27.1. Azərbaycan Respublikasının 16 yaşına çatmış, irqindən, milliyyətindən, dinindən,
dilindən, cinsindən, sosial mənşəyindən, əmlak vəziyyətindən,
yaşayış yerindən,
dinə
münasibətindən,əqidəsindən, ictimai və digər birliklərə mənsubiyyətindən asılı olm
ayaraq
müvafiq vəzifənin
tələblərinə uyğun peşə hazırlığına malik olan və Azərbaycan
Respublikasının dövlət dilini sərbəst bilən vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək
hüququ vardır.
[108]
27.2. Hər hansı şəxs dövlət qulluğuna aşağıdakı hallarda qəbul edilə bilməz:
[109]
27.2.1. onun fəaliyyət qabiliyyətinə malik olmaması və ya məhdud fəaliyyət qabiliyyətinə
malik olması məhkəmənin qərarı ilə təsdiq
edilərsə;
27.2.2. məhkumluğu ödənilməmiş və ya götürülməmişsə;
[110]
27.2.3. bilavasitə tabeliyində və ya nəzarəti altında işləyəcəyi
dövlət
qulluqçusu ilə
yaxın
qohumluq və ya qudalıq (ər
-
arvadlar, onların
valideynləri, qardaşları, bacıları, övladları)
əlaqəsi olduqda;
[111]
27.2.4. barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni
qüvvəyə minmiş qərarı olarsa;
[112]
27.2.5. qanunvericiliklə müəyyən edilmiş başqa hallarda.
27.3. Dövlət orqanında dövlət qulluğuna qəbul edilmək üçün müraciət etmiş şəxsin dövlət
qulluğuna
qəbul
edilməsinin
mümkün
olub
-olma
ması
qabaqcadan
yoxlanılır.
Yoxlamanın
qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Şəxsi (ailə)
həyatın təfsilatı yoxlanmamalıdır.
[113]