25.2. Dövlət qulluqçusu bu Qanunun 18
-ci, 20-
ci və ya 25.11
-
ci maddələrində nəzərdə
tutulmuş tələbləri pozduqda, onun barəsində aşağıdakı intizam tənbeh tədbirlərindən biri
tətbiq edilə bilər:
[105]
25.2.1. töhmət;
25.2.2. bir il müddətinədək vəzifə maaşının 5 faizindən 30 faizinədək azaldılması;
25.2.3. həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilməsi;
25.2.4. daha aşağı təsnifatdan olan vəzifəyə keçirilməsi;
25.2.5. ixtisas dərəcəsinin bir pillə aşağı salınması;
25.2.6. döv
lət qulluğundan azad edilməsi.
25.3. Bu Qanunun 25.2-
ci maddəsinə uyğun olaraq intizam tənbehinin
tətbiqinə əsaslar
olduqda, müvafiq dövlət orqanı rəhbərinin əmri ilə araşdırma aparılır, dövlət qulluqçusundan
yazılı izahat alınır. Zərurət olduqda, müvafiq dövlət orqanının rəhbəri xidməti yoxlama təyin
edir. Dövlət qulluqçusunun yazılı izahat verməkdən imtina etməsi rəsmiləşdirilir və bu,
intizam tənbehinin tətbiqinə mane olmur.
25.4. Xidməti yoxlamanın aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.
25.5. Dövlət qulluqçularına intizam tənbehi bu Qanunun 25.2
-
ci
maddəsində nəzərdə
tutulmuş əsaslar aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. Dövlət qulluqçusunun
məzuniyyətdə, ezamiyyətdə olduğu, əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə barəsində
xidməti yoxlama və ya cinayət işinin istintaqı aparıldığı vaxt həmin müddətə daxil edilmir.
25.6. Bu Qanunun 25.2.6-
cı maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbiri vəzifələrin
icrası zamanı kobud və ya mütəmadi olaraq pozuntulara yol verildikdə və ya bu Qanunun 20
-ci
maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərə əməl edilmədikdə tətbiq oluna bilər.
25.7. Bu Qanunun 25.2.1-25.2.6-
cı maddələrində nəzərdə tutulmuş intizam tənbeh tədbirləri
dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən, 25.2.1
-
ci maddəsində
nəzərdə tutulmuş
intizam tənbeh tədbiri isə, habelə dövlət qulluqçusunun qulluq keçdiyi
dövlət orqanının rəhbəri tərəfindən səlahiyyət verilmiş vəzifəli şəxs (şəxslər) tərəfindən tətbiq
oluna bilər.
25.8. İntizam tənbeh tədbirinin tətbiq edilməsi barədə əmrdən, onun imzalandığı gündən 7
iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına şikayət vermək olar. Bu zaman həmin
orqan tərəfindən intizam tənbeh tədbiri 10 iş günü müddətində ləğv olunmalı və
ya qüvvədə
saxlanılmalıdır. Tətbiq olunmuş intizam tənbeh tədbirindən şikayət verilməsi qaydası
Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilir.
25.9. Dövlət qulluqçusu qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada inzibati və
cinayət məsuliyyətinə cəlb oluna bilər.
25.10. Dövlət qulluqçusu onun təqsiri üzündən dəymiş zərər üçün qanunvericiliklə
müəyyən edilmiş qaydada maddi məsuliyyət daşıyır. Dövlət qulluqçusunun qanuna uyğun
hərəkətləri nəticəsində dəymiş
zərərin əvəzi tam həcmdə
Azərbaycan Respublikasının dövlət
büdcəsinin, Naxçıvan Muxtar Respublikasının büdcəsinin, sosial təminatı və müdafiəni həyata keçirən
müvafiq icra hakimiyyəti orqanının və işsizlikdən sığorta fondunun büdcəsinin
vəsaiti hesabına
ödənilir.
[106]
25.11. Dövlət qulluqçusu “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan
Respublikası Qanununun 5.1
-
ci maddəsində müəyyən edilmiş tələblərə əməl etmədikdə və ya
həmin Qanunun 9
-
cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar
inzibati və ya
cinayət məsuliyyəti yaratmadıqda) intizam məsuliyyətinə cəlb olunur.
M a d d ə 2 6 .
Qanunsuz göstərişin yerinə yetirilməsi üstündə dövlət qulluqçusunun
məsuliyyəti
26.1.
Dövlət qulluqçusu öz hərəkətlərinin qanuniliyi üçün cavabdehdir.
26.2. Rəhbər işçinin göstərişini qanunsuz sayan dövlət qulluqçusunun etirazına
baxmayaraq, həmin rəhbər işçi öz göstərişini qüvvədə
saxlayırsa və ondan yuxarı vəzifəli
rəhbər işçi həmin göstərişi ləğv etmirsə, dövlət qulluqçusu məsuliyyətdən azad olunur.
V f ə s i l
Dostları ilə paylaş: