20.1.7. tətillərdə və dövlət orqanlarının işini pozan digər hərəkətlərdə iştirak etməyə;
20.1.8. dini təbliğ etmək üçün dövlət qulluqçusunun statusundan istifadə etməyə və dövlət
orqanlarının tabeliyindəki obyektlərdə dini mərasimlərin keçirilməsinə rəsmi xarakter verməyə.
20.2. Seçki komissiyasının həlledici səs hüquqlu üzvü dövlət qulluğunda ola bilməz.
[75]
20.3
. Dövlət qulluqçusu bu maddənin tələblərinə zidd hərəkət etdikdə, əgər
qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, xəbərdarlıq
aldıqdan sonra otuz gün
ərzində o, dövlət qulluğuna, yoxsa başqa fəaliyyətə üstünlük
verdiyini özü üçün müəyyən
edərək gəldiyi qərar
barəsində qulluq keçdiyi dövlət orqanının rəhbərinə məlumat
verməlidir.
[76]
M a d d ə 2 1 .
Dövlət qulluqçuları üçün təminatlar
21.1. Dövlət qulluqçuları üçün aşağıdakılara təminat verilir:
21.1.1. dövlət qulluqçusunun layiqli həyat səviyyəsini təmin edən dövlət məvacibi və digər
ödənişlər;
21.1.2. lazımi qulluq şəraiti;
21.1.3. haqqı ödənilən məzuniyyət;
21.1.4. dövlət qulluqçularının və onların ailə üzvlərinin icbari tibbi sığortası;
21.1.5. müvafiq istiqamət üzrə əlavə təhsilalma;
[77]
21.1.6. dövlət orqanları ləğv edilərsə
və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və
ixtisasa uyğun işə düzəlmə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda
üstünlük;
[78]
21.1.7. pensiya təminatı və dövlət sosial sığortası;
21.1.8. qulluq vəzifələrinin icrası ilə əlaqədar olaraq qanunla müəyyən edilmiş qaydada
sığorta;
21.1.9. icra edilən vəzifə öhdəliklərinin xarakteri nəzərə alınmaqla xidməti nəqliyyat və ya
müvafiq kompensasiya almaq;
21.1.10. dövlət qulluqçusunun vəzifə öhdəliklərinin icrası ilə əlaqədar olaraq ona və onun
ailə üzvlərinə qarşı törədilən zorakılıqdan,
hədələrdən və təhqirlərdən dövlət qulluqçusunun
və onun ailə üzvlərinin müdafiəsi.
21.2. Dövlət qulluqçusu sosial sığorta və məşğulluq fondlarına ödənişlərdən azaddır.
[79]
21.3. Dövlət qulluqçusu bu Qanunda nəzərdə tutulmuş hallardan başqa yalnız öz razılığı ilə
aşağı maaşlı vəzifəyə keçirilə
bilər.
[80]
21.4. Dövlət hakimiyyəti orqanlarının, habelə dövlət orqanları rəhbərliyinin tərkibinin
dəyişməsi dövlət qulluğuna
xitam verilməsi üçün əsas
deyildir.
21.5. Yardımçı vəzifələr tutan dövlət qulluqçuları üçün təminatlar Azərbaycan
Respu
blikasının Əmək Məcəlləsi ilə müəyyən edilir.
[81]
21.6. Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında təyin
olunan ticarət nümayəndələrinə və onların aparatlarının işçilərinə dövlət məvacibi (əməkhaqqı), tibbi
sığorta, nəqliyyat xərcləri, yaşayış sahəsinin icarə xərcləri, məktəbyaşlı ailə üzvlərinin təhsil haqqı və bu
Qanunda nəzərdə tutulmayan təminatların verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir. Bu Qanunun dövlət qulluqçularına aid edilən digər təminatlar ilə bağlı müddəaları
Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında təyin olunan
ticarət nümayəndələrinə və onların aparatlarının işçilərinə şamil edilir.
[82]
M a d d ə 2 2 .
Dövlət məvacibi
22.1. Dövlət məvacibi dövlət qulluqçusuna pul ilə ödənilən haqdır. Dövlət məvacibinin
məbləği səlahiyyət həcmindən,
məsuliyyət dərəcəsindən, tələb olunan peşəkarlıq
səviyyəsindən,
vəzifədə
qulluq stajından asılıdır.
[83]
22.2. Dövlət məvacibi vəzifə maaşından, mükafatlardan və vəzifə maaşına əlavələrdən
(dövlət qulluqçusunun ixtisas dərəcəsinə, qulluq
stajına və s. görə verilən əlavələr) ibarətdir.
22.3. İnzibati vəzifələrin yeddinci təsnifatı üzrə dövlət qulluqçusunun maaşının məbləği
Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati vəzifələr üçün müəyyən edilən
minimum vəzifə maaşına bərabər tutulur. Yardımçı vəzifələrin dördüncü təsnifatı üzrə dövlət
qulluqçusunun maaşının məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə yardımçı
vəzifələr üçün müəyyən edilən minimum vəzifə maaşına bərabər tutulur. Dövlət qulluqçuları
üçün vəzifə maaşlarına məbləği dövlət qulluğu vəzifələrinin təsnifatına uyğun müəyyən edilir.
22.4. Qu
lluq şəraiti həyat və sağlamlıq
üçün təhlükəli, yaxud xüsusilə ağır olan dövlət
orqanlarında vəzifə maaşları üçün artıq əmsal müəyyən edilir. Əmsalın müəyyən edilməsi
qaydası, onun təyin edilməsi üçün əsas və onun məbləği Azərbaycan Respublikasının
müvafiq
qanunu ilə müəyyən edilir.
[85]
22.5. Dövlət qulluqçularının vəzifə maaşlarına Azərbaycan Respublikasının Qanununa
müvafiq surətdə yerli əmsallar müəyyən edilir
.
22.6. Dövlət qulluqçusuna hakimiyyət səlahiyyəti vermək barədə
qərar qəbul edilməsi ilə
eyni zamanda müvafiq səlahiyyətin icrasına görə
onun üçün qanunvericiliklə müəyyən edilən
məbləğdə əlavə haqq müəyyən edilir.
[86]
[87]
22.7. Dövlət qulluqçusuna
vəzifədə
qulluq stajına görə xidmətin ikinci ilindən başlayaraq
əlavə haqq verilir və həmin haqq qanunvericiliklə müəyyən edilmiş qaydada artırılır. Haqqın
məbləği qanunvericiliklə müəyyən edilir.
Dövlət qulluqçusu daha yüksək dərəcəli dövlət
qulluğu vəzifəsinə təyin edilərkən əvvəlki vəzifəsində qulluq stajına görə əlavə haqq
verilmir.
Bu maddə Azərbaycan Respublikasının
Baş naziri və onun müavinləri, Naxçıvan
Muxtar Respublikasının Baş naziri və onun müavinləri, Azərbaycan Respublikası mərkəzi icra
hakimiyyəti orqanının rəhbəri və onun müavinləri, Naxçıvan Muxtar Respublikasının mərkəzi
icra hakimiyyəti orqanının rəhbəri və onun müavinləri, yerli icra hakimiyyəti orqanının rəhbəri
(başçısı) vəzifələrini tutan şəxslərə də şamil olunur.
[88]
22.8. Dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqq təyin
edilməsi qaydası Azərbaycan Respublikasının
müvafiq Qanunu ilə müəyyən edilir.
22.9. Bu Qanunun 22-
ci maddəsinin müddəaları Azərbaycan Respublikasının xarici ölkələrdə
fəaliyyət göstərən səfirlik və konsulluqlarında təyin olunan ticarət nümayəndələrinə və onların
aparatlarının işçilərinə şamil olunmur.
Dostları ilə paylaş: