Dövlət qulluqçusunun xidməti vəsiqəsi
15-
2.1. Dövlət qulluqçusuna qulluq keçdiyi dövlət orqanında xidməti vəsiqə verilir.
15-
2.2. Xidməti vəsiqə dövlət qulluqçusunun tutduğu dövlət qulluğu vəzifəsini və ona
verilmiş ixtisas dərəcəsini təsdiq edən rəsmi sənəddir.
15-
2.3. Xidməti vəsiqənin nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən
edilir.
M a d d ə 1 6 .
Dövlət qulluqçularının ixtisas dərəcələri
16.1. Dövlət qulluqçusunun ixtisas dərəcəsi onun ixtisas səviyyəsini göstərir, dövlət
qulluqçusuna inzibati vəzifə tutmaq, vəzifə maaşına əlavə haqq almaq və sosial təminatlardan
istifadə etmək hüququ verir.
[52]
16.2. İnzibati vəzifələrin təsnifatına uyğun olaraq aşağıdakı ixtisas dərəcələri verilir:
[53]
16.2.1. inzibati vəzifələrin ali təsnifatı üzrə –
həqiqi dövlət müşaviri, 1
-
ci dərəcə dövlət
müşaviri və 2
-
ci dərəcə dövlət müşaviri;
16.2.2. inzibati vəzifələrin birinci təsnifatı üzrə –
1-
ci dərəcə dövlət müşaviri, 2
-
ci dərəcə
dövlət müşaviri və 3
-
cü dərəcə dövlət müşaviri;
16.2.3. inzibati vəzifələrin ikinci təsnifatı üzrə –
2-
ci dərəcə dövlət müşaviri, 3
-
cü dərəcə
dövlət müşaviri və dövlət qulluğunun baş müşaviri;
16.2.4. inzibati vəzifələrin üçüncü təsnifatı üzrə –
dövlət qulluğunun baş müşaviri, dövlət
qulluğunun müşaviri və dövlət qulluğunun kiçik müşaviri;
16.2.5. inzibati vəzifələrin dördüncü təsnifatı üzrə –
dövlət qulluğunun müşaviri, dövlət
qulluğunun kiçik müşaviri və 1
-
ci dərəcə dövlət qulluqçusu;
16.2.6. inzibati vəzifələrin beşinci təsnifatı üzrə –
dövlət qulluğunun kiçik müşaviri, 1
-ci
dərəcə dövlət qulluqçusu və 2
-
ci dərəcə dövlət qulluqçusu;
16.2.7. inzibati vəzifələrin altıncı təsnifatı üzrə
–
1-
ci dərəcə dövlət qulluqçusu, 2
-
ci dərəcə
dövlət qulluqçusu və 3
-
cü dərəcə dövlət qulluqçusu;
16.2.8. inzibati vəzifələrin yeddinci təsnifatı üzrə –
2-
ci dərəcə dövlət qulluqçusu, 3
-cü
dərəcə dövlət qulluqçusu və kiçik dövlət qulluqçusu.
16.3. Yardımçı
vəzifələrin təsnifatına uyğun olaraq aşağıdakı ixtisas dərəcələri verilir:
16.3.1. yardımçı vəzifələrin birinci təsnifatı üzrə –
dövlət qulluğunun baş referenti, dövlət
qulluğunun böyük referenti və dövlət qulluğunun 1
-
ci dərəcə referenti;
16.3.2. yardımçı vəzifələrin ikinci təsnifatı üzrə –
dövlət qulluğunun böyük referenti, dövlət
qulluğunun 1
-
ci dərəcə referenti və dövlət qulluğunun 2
-
ci dərəcə referenti;
16.3.3. yardımçı vəzifələrin üçüncü təsnifatı üzrə –
dövlət qulluğunun 1
-
ci dərəcə referenti,
dövlət qulluğunun 2
-
ci dərəcə referenti və dövlət qulluğunun 3
-
cü dərəcə referenti;
16.3.4. yardımçı vəzifələrin dördüncü təsnifatı üzrə –
dövlət qulluğunun 2
-
ci dərəcə
referenti, dövlət qulluğunun 3
-
cü dərəcə referenti və dövlət qulluğunun kiçik
referenti.
M a d d ə 1 7 .
İxtisas dərəcələrinin verilməsi və onlardan məhrum edilməsi
[54]
17.1. İxtisas dərəcələri bu Qanunun 16
-
cı maddəsinə müvafiq olaraq dövlət qu
lluqçusunun
tutduğu vəzifəyə, qulluq stajına və ixtisas dərəcəsində qulluq müddətinə uyğun olaraq, habelə
əvvəllər verilmiş ixtisas dərəcəsi nəzərə alınmaqla ardıcıl verilir. Dövlət qulluqçusunun qulluq
stajına 1991
-
ci il oktyabrın 18
-
dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil
edilir.
İlk dəfə daimi dövlət qulluğuna qəbul olunmuş şəxsə tutduğu vəzifənin inzibati təsnifatı
üçün müəyyən edilmiş ən kiçik ixtisas dərəcəsi verilir.
17.2. 3-
cü dərəcə dövlət müşaviri və ondan yuxarı olan ixtisas
dərəcələri Azərbaycan
Respublikası Konstitusiyasının 109
-
cu maddəsinin 24
-
cü və 32
-
ci bəndlərində nəzərdə tutulmuş
qaydada verilir. Bu ixtisas dərəcələri alan dövlət qulluqçusuna müvafiq hüquqi akt və vəsiqə
verilir.
Dövlət qulluğunun baş müşaviri və ondan aşağı olan ixtisas dərəcələri müvafiq dövlət
orqanının rəhbəri tərəfindən verilir.
17.3. İnzibati vəzifələrin ali
təsnifatı istisna olmaqla, birinci
-ikinci
təsnifat inzibati vəzifələri
tutan dövlət qulluqçusunun həmin təsnifat üzrə ixtisas dərəcəsi alması üçün dövlət qulluğunda
azı 10 il qulluq stajı, həmin təsnifatlara daxil olan vəzifələrdə azı 3 il qulluq stajı olmalıdır.
[55]
İnzibati vəzifələri
n üçüncü-
altıncı
təsnifat vəzifələri tutan dövlət qulluqçusunun həmin
təsnifat üzrə daha yüksək (növbəti) ixtisas dərəcəsi alması üçün müvafiq vəzifə də daxil
olmaqla, həmin təsnifata daxil olan vəzifələrdə azı 4 il qulluq stajı olmalıdır.
Bu
maddənin birinci və ikinci hissələrində müəyyən edilmiş hər hansı tələbə cavab
verməyən dövlət qulluqçusuna tutduğu vəzifənin inzibati təsnifatı üçün müəyyən edilmiş ən
kiçik ixtisas dərəcəsi verilir.
İxtisas dərəcəsi verilərkən dövlət qulluqçusunun peşəkarlığı və idarəçilik təcrübəsi nəzərə
alınır.
Bu Qanunun 17.3-
cü maddəsinin ikinci hissəsində “müvafiq vəzifə” və “müvafiq vəzifədə”
dedikdə, dövlət qulluqçusunun hazırda dövlət qulluğu keçdiyi dövlət orqanında tutduğu
dövlət qulluğu vəzifəsi nəzərdə tutulu
r.
[56]
17.4. Müvafiq inzibati vəzifələr üçün müəyyən edilmiş ixtisas dərəcələri çərçivəsində
növbəti ixtisas dərəcəsi almaq üçün aşağıdakılar vacibdir:
[57]
üçüncü-
beşinci
təsnifat vəzifələri üçün –
ixtisas dərəcəsində qulluq müddəti 3 il təşkil
etməlidir;
altıncı
-yeddinci
təsnifat vəzifələri üçün –
ixtisas dərəcəsində qulluq müddəti 2 il təşkil
etməlidir.
Müvafiq yardımçı vəzifələr üçün müəyyən edilmiş ixtisas dərəcələri çərçivəsində növbəti
ixtisas dərəcəsi almaq üçün aşağıdakılar vacibdir:
birinci-ikinci
təsnifat vəzifələri üçün –
ixtisas dərəcəsində qulluq müddəti ardıcıl olaraq 2 il
təşkil etməlidir;
üçüncü-dördüncü
təsnifat vəzifələri üçün –
ixtisas dərəcəsində qulluq müddəti ardıcıl
olaraq 1 il təşkil etməlidir.
17.5. Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi qaydaları
müvafiq
icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
17.6. Bu Qanunun 33.1.7-
ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət qulluqçusu ona
verilmiş ixtisas dərəcəsindən məhrum edilir və bu barədə şəxsin əmək kitabçasında müvafiq
qeyd aparılır.
M a d d ə 1 8 .
Dövlət qulluqçusunun əsas vəzifələri
18.0. Dövlət qulluqçuları vəzifədə olaraq aşağıdakıları etməlidirlər:
18.0.1. qanunvericiliyi və dövlət orqanlarının qəbul etdikləri başqa normativ hüquqi aktları
həyata keçirməli;
18.0.2. rəhbərlərin öz səlahiyyəti hüdudunda verdikləri əmrləri, sərəncamları və göstərişləri
yerinə yetirməli;
18.0.3. dövlət orqanında müəyyən edilmiş qulluq reqlamentinə riayət etməli;
18.0.4. başqa dövlət qulluqçularının işini çətinləşdirən, yaxud qulluq keçdiyi dövlət
orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol
verməməli;
[58]
18.0.5. vətəndaşların, müəssisə, idarə və təşkilatların müraciətlərinə vaxtında baxmalı və öz
səlahiyyətləri hüdudunda onları qərəzsiz
həll etməli;
18.0.6. lazım gəldikdə öz ixtisası hüdudunda rəhbərin göstərişi ilə əlavə iş görməli;
18.0.7. dövlət sirrini və qanunla mühafizə edilən digər sirri həmişə, o cümlədən dövlət
qulluğuna xitam verildikdən sonra da saxlamalı;
[59]
18.0.8. vəzifə borcunun yerinə yetirilməsi vaxtı daxil olan və vətəndaşların şəxsi
və
ailə
həyatı, şərəfi və ləyaqəti ilə bağlı məlumatları gizli
saxlamalı və qanunla nəzərdə tutulmuş
hallar istisna edilməklə, belə məlumatların verilməsini tələb etməməli;
[60]
18.0.9. qulluq keçdiyi orqanın rəhbərinə hər il öz gəlirləri və əmlak vəziyyəti haqqında
maliyyə hesabatı verməli, orada əlavə gəlirlərin
mənbəyini, növünü və məbləğini göstərməli;
[61]
18.0.1
0. qanunvericilikdə müəyyən edilmiş hallarda və qaydada müvəqqəti olaraq başqa
yaşayış yerinə keçməli, başqa yerdə qulluq keçməli və
ya başqa vəzifələri icra etməli;
[62]
18.0.11. qanunvericilikdə müəyyən edilmiş hallarda və qaydada öz fiziki və əqli
qabiliyyətinin və ya tapşırılan funksiyaların icrasına
yararlı olmasının müəyyən edilməsi üçün
tibbi komissiyalarda müayinə keçməli;
18.0.12. etik davranış qaydalarına əməl etməlidir.
[63]
M a d d ə 1 9 .
Dövlət qulluqçusunun əsas hüquqları
19.0. Dövlət qulluqçusu aşağıdakı hüquqlara malikdir:
19.0.1. vəzifə borcunu yerinə yetirmək üçün dövlət orqanlarından, ictimai birliklərdən,
müəssisə, idarə və təşkilatlardan müəyyən
edilmiş qaydada lazımi informasiya və materiallar
tələb etmək və almaq;
19.0.2. dövlət qulluqçusunu vəzifəyə təyin və vəzifədən azad etmək hüququna
malik olan
vəzifəli şəxsdən öz qulluq vəzifələrinin yazılı
surətdə təsbit edilməsini və onların icrası üçün
şərait yaradılmasını tələb etmək;
Dostları ilə paylaş: |