32-
1.3. İnzibati vəzifələrin
ali-üçüncü
təsnifatına aid vəzifələrdə
qulluq keçən dövlət
qulluqçusunun dövlət qulluğunda olma müddəti müvafiq dövlət orqanının razılığı əsasında bu
Qanunun 32-1.2-
ci maddəsində nəzərdə tutulmuş müddətdən artıq uzadıla bilər.
[164]
32-1.4. Bu Qanunun 32-1.2-
ci maddəsinə uyğun olaraq dövlət orqanına aid edilən sahədə
dövlət qulluğunda olma müddəti uzadılmış dövlət qulluqçularının
sayı həmin dövlət orqanının
vahid sistemini təşkil edən qurumların işçilərinin ümumi sayının 15 faizindən artıq ola bilməz.
32-
1.5. Dövlət orqanının aparatının və tabeliyində olan qurumun çalışma müddəti
uzadılmış işçilərinin sayı müvafiq olaraq onun aparatının və tabeliyində olan həmin qurumun
işçilərinin sayının 2 faizindən artıq ola bilməz.
32-
1.6. Dövlət orqanının aparatında və ya tabeliyində olan qurumunda dövlət
qulluqçularının sayı 100 nəfərdən az olduqda, çalışma müddəti uzadılmış işçilərin sayı iki ştat
vahidinə qədər yuvarlaqlaşdırılır.
32-
1.7. Dövlət qulluqçusunun dövlət qulluğunda olma müddətinin uzadılmasına onun
razılığı əsasında yol verilir.
32-1.8. Bu Qanunun 32-1.2-
ci maddəsi tətbiq edilərkən aşağıdakılar nəzərə alınır:
32-
1.8.1.
dövlət
qulluğunda intizam tənbeh tədbirlərinin tətbiq edilməməsi;
32-
1.8.2. elmi dərəcənin və ya elmi adın olması;
32-
1.8.3. dövlət təltifi ilə təltif edilmə;
32-
1.8.4. attestasiyadan üç dəfə müvəffəqiyyətlə keçmə.
M a d d ə 3 3 .
Dövlət qulluğuna xitam verilməsi
[165]
33.1. Dövlət qulluğuna aşağıdakı əsaslarla xitam verilə bilər:
33.1.1. dövlət qulluqçusunun öz arzusu ilə;
33.1.2. dövlət orqanı ləğv edildikdə;
33.1.3. dövlət qulluqçularının sayı və ya ştatları ixtisar edildikdə;
33.1.4. qanunvericiliyin tələbləri pozularaq işə qəbul edildikdə;
33.1.5. dövlət qulluqçusunun aldığı sertifikatın qüvvədəolma müddəti bitdikdə və dövlət
qulluqçusu növbəti sertifikat ala bilmədikdə;
[166]
33.1.6. Bu Qanunun 25.2.6-
cı maddəsinə uyğun olaraq dövlət qulluğundan azad edildikdə;
33.1.7. Azərbaycan Respublikası
vətəndaşlığına xitam verildikdə
;
[167]
33.1.8. qanunvericilik və ya yerli özünüidarə orqanlarına seçildikdə,
habelə hakim təyin
edildikdə, əgər onlar həmin vəzifələrdən imtina etmədikdə;
33.1.9. qanunvericilikdə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin
fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar
dövlət qulluqçusu əmək
funksiyasını yerinə yetirə bilmədikdə;
33.1.10. məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü və ya tibbi xarakterli məcburi
tədbirlərin tətbiqinə dair qanuni qüvvəyə minmiş qərarı olduqda;
33.1.11. dövlət qulluqçusu vəfat etdikdə, habelə məhkəmə tərəfindən xəbərsiz itkin düşmüş
hesab edildikdə və ya ölmüş elan edildikdə;
33
.1.12. dövlət qulluğunda olmanın yaş həddinə çatdıqda.
[168]
33.2. Dövlət qulluqçusu müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına
görə öz arzusu ilə dövlət qulluğundan çıxdıqda, ona qanunvericiliyə uyğun olaraq digər
pensiya növünün təyin edilməsindən asılı
olmayaraq, ümumi qaydada hesablanmış aylıq
pensiyasının 6 misli məbləğində birdəfəlik haqq verilir və bu məbləğdən vergi tutulmur.
33.3.
Dövlət orqanı rəhbərinin dövlət qulluğunu davam etdirmək barədə qərarı olarsa,
dövlət qulluqçusu öz arzusu ilə dövlət qulluğundan çıxmaq barədə ərizəni verdiyi gündən 1 ay
ərzində dövlət qulluğunu davam etdirməlidir. Zərurət olduqda, həmin müddət dövlət
o
rqanının rəhbəri tərəfindən əlavə olaraq 1 ay müddətinədək uzadıla bilər.