Hərbi qulluqçuların pensiya təminatı haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Bu Qanun Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının zabit heyəti,
gizirləri, miçmanları və müddətindən artıq xidmət hərbi qulluqçuları, habelə müvafiq icra
hakimiyyəti orqanlarının sıravi və rəis heyəti*
, onların ailələri üçün Azərbaycan
Respublikasının ərazisində vahid dövlət pensiyaları sistemini müəyyən edir. 1
Qanun dolanacaq xərcləri dəyişdikcə pensiya məbləğlərinin də müntəzəm surətdə
dəyişdirilməsi yolu ilə pensiyaçıların sosial müdafiəsinə təminat verir.
I. ÜMUMİ MÜDDƏALAR
M a d d ə 1 . Pensiya təminatı hüququ
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının, başqa hərbi
birləşmələrin zabit heyəti, gizirləri, miçmanları və müddətindən artıq xidmət hərbi
qulluqçuları, müvafiq icra hakimiyyəti orqanlarının sıravi və rəis heyəti bu Qanunla müəyyən
edilmiş müddət ərzində hərbi xidmət və orqanlarda xidmət etdikdə ömürlük pensiya
hüququna malik olurlar. 2
Bu Qanunda nəzərdə tutulan şəraitdə əlil olmuş hərbi qulluqçular əlilliyə görə pensiya
almaq hüququna malikdirlər.
Hərbi qulluqçular həlak olduqda və ya vəfat etdikdə onların ailələri ailə başçısını itirməyə
görə pensiya almaq hüququna malikdirlər.
Müddətli xidmət hərbi qulluqçularının və onların ailə üzvlərinin pensiya təminatı qaydası
“Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən
edilir.
Başqa dövlətlərin Azərbaycan Respublikası ərazisində daimi yaşayan hərbi qulluqçuları
pensiya almaq üçün zəruri olan stajın üçdə iki hissəsini Azərbaycan Respublikasının ərazisində
toplamışlarsa, pensiya təminatı hüququna malikdirlər. Bu zaman keçmiş SSRİ respublikalarının
ərazisində 1992-ci il yanvarın 1-dək olan xidmət dövrü nəzərə alınır.
M a d d ə 2 . Pensiya təminatının şərtləri
Pensiya təminatı hüququ olan hərbi qulluqçulara pensiya onlar hərbi xidmətdən
buraxıldıqdan sonra bu Qanuna müvafiq surətdə təyin edilir və ödənilir.
Hərbi qulluqçulara əlilliyə görə pensiyalar, onların ailələrinə isə ailə başçısını itirməyə görə
pensiyalar xidmət müddətindən asılı olmayaraq təyin edilir.
M a d d ə 3 . Hərbi qulluqçular və onların ailələri ilə bərabər pensiya almaq hüququna
malik olan şəxslər
Partizan dəstələrində və birləşmələrində zabit heyəti vəzifələrinə uyğun komandir
vəzifələri tutmuş şəxslərin və onların ailələrinin pensiya təminatı, zabit heyəti və onların ailələri
üçün bu Qanunda müəyyən edilmiş əsaslarla həyata keçirilir.
(Çıxarılıb) 3
* Sadalanan kateqoriyalar bundan belə hərbi qulluqçular adlanacaq.M a d d ə 4 . Hərbi qulluqçulara və onların ailələrinə pensiya təyin edilməsi
Hərbi qulluqçulara və onların ailələrinə (öz arzusu ilə) “Vətəndaşların pensiya təminatı
haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş şərtlərlə və normalar üzrə
pensiyalar təyin edilə bilər. Həm də pensiya hesablanarkən əmək haqqı ilə bərabər hərbi
qulluqçunun xidmətdən buraxılmazdan əvvəl aldığı təminat xərcliyinin bütün növləri nəzərə
alınır.
Fəhlə və qulluqçuların əmək haqqına əmsalların müəyyən edildiyi yerlərdə xidmət edən
hərbi qulluqçular barəsində qanunvericilikdə həmin yerlərdə işləyən şəxslər üçün müəyyən
edilmiş yaşa görə pensiya təyin olunmasının güzəştli şərtləri tətbiq edilir.
Hərbi və ya xüsusi rütbələrdən məhrum edilmiş hərbi qulluqçulara da pensiya
“Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə
müəyyənləşdirilmiş əsaslarla təyin olunur. 4
M a d d ə 5 . Vəfat etmiş pensiyaçıların ailələri üçün pensiyalar
Hərbi qulluqçular sırasından vəfat etmiş pensiyaçıların ailələri hərbi qulluqçuların ailələri
kimi ailə başçısını itirməyə görə ümumi əsaslarla pensiya almaq hüququna malikdirlər.
M a d d ə 6 . Pensiya seçmək hüququ
Eyni zamanda müxtəlif dövlət pensiyaları almaq hüququ olan hərbi qulluqçulara və onların
ailələrinə öz arzuları ilə bir pensiya təyin edilir.
M a d d ə 7 . Pensiya ödənilməsi üçün vəsait
Hərbi qulluqçulara və onların ailələrinə pensiya ödənməsi Azərbaycan Respublikasının
dövlət büdcəsi hesabına təmin edilir. 5
(Çıxarılıb) 6
M a d d ə 8 . Pensiya təminatını həyata keçirən orqanlar
Bu Qanun üzrə hərbi qulluqçuların pensiya təminatını müvafiq icra hakimiyyəti orqanları
həyata keçirirlər. 7
Maddə 9. Pensiyalara xüsusi xidmətlərə görə əlavələr
8
Azərbaycanın Milli Qəhrəmanı, Sovet İttifaqı Qəhrəmanı adlarına layiq görlmüş, "İstiqlal"
ordeni ilə təltif olunmuş hərbi qulluqçuların pensiyalarının üzərinə yaşa görə minimum
pensiyanın 150 faizi məbləğində, Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş, Şöhrət
ordeninin, Əmək Şöhrəti ordeninin və ya "Silahlı Qüvvələrdə Vətənə xidmət üçün" ordeninin
hər üç dərəcəsi ilə təltif olunmuş, habelə Azərbaycan Respublikası qarşısında xidmətlərinə görə
fəxri ada, o cümlədən daxili işlər və təhlükəsizlik orqanlarının fəxri adlarına layiq görülmüş
hərbi qulluqçuların pensiyaları üzərinə yaşa görə mininmum pensiyanın 50 faizi məbləğində
əlavə hesablanır.
M a d d ə 10. Müavinətlərin ödənməsiXidmətdən buraxılan hərbi qulluqçulara, müvafiq kateqoriyalı hərbi qulluqçuların ailələrinə
və ailə başçısını itirmiş hərbi qulluqçu ailələrinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin
müəyyən etdiyi qaydada və məbləğdə müavinətlər ödənir.
M a d d ə 11. Pensiyaçılara sosial yardım
Naxçıvan Muxtar Respublikasının qanunvericiliyi ilə, rayon (şəhər) icra hakimiyyəti
orqanlarının, müəssisə, idarə və təşkilatların müdriyyətinin və əmək kollektivlərinin qərarları
ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun onlara
verdiyi hüquqlar daxilində müvafiq büdcələrin, əmək haqqı fondlarının vəsaiti hesabına bu
Qanuna uyğun olaraq təyin edilmiş pensiyalara əlavələr, hərbi qulluqçular sırasından
pensiyaçılar və onların ailələri üçün əlavə maddi təminat növləri və güzəştlər müəyyən edilə
bilər. 9
II. XİDMƏT İLLƏRİNƏ GÖRƏ PENSİYALAR
M a d d ə 12. Pensiyaların təyin edilməsi şərtləri
Xidmət illərinə görə pensiya hüququna aşağıdakılar malikdirlər:
a) xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət və ya orqanlarda xidmət
etmiş hərbi qulluqçular; 10
b) xidmətdən yaşa görə buraxılmış 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın
azı 12 il 6 ayını hərbi xidmətdə və ya orqanlarda xidmətdə keçirmiş şəxslər; 11
v) xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına
görə buraxılmış və buraxıldığı gün 45 yaşı, 25 ,təqvim ili və daha çox ümumi iş stajı olan, bu
stajın azı 12 il 6 ayını hərbi xidmətdə və ya orqanlarda xidmət keçmiş şəxslər;
q) hərbi xidmətdə ,və ya orqanlarda xidmətdə 15 il iş stajı olan və Çernobıl AES-də qəzanın
nəticələrinin aradan qaldırılması işlərində köçürmə zonasında iştirak etmiş hərbi qulluqçular.
M a d d ə 13. Pensiyaların məbləğləri
Xidmət illərinə görə pensiyalar aşağıdakı məbləğlərdə təyin olunur:
a) 20 il və daha çox xidmət etmiş hərbi qulluqçulara (12-ci maddənin “a” bəndi) 20 il xidmət
üçün müvafiq təminat xərcliyinin (40-cı maddə)-50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi
həkim komissiyaları tərəfindən hərbi xidmətə yararsız sayılaraq hərbi xidmətdən buraxılanlara
isə 55 faizi; 20 ildən yuxarı xidmətin hər ili üçün müvafiq təminat xərcliyinin—3 faizi; 12
b) xidmətdən yaşa görə buraxılmış 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın
azı 12 il 6 ayını hərbi xidmətdə və ya orqanlarda xidmətdə keçirmiş şəxslərə (12-ci maddənin
“b” bəndi) müvafiq təminat xərcliyinin – 50 faizi və 25 ildən yuxarı xidmətin hər ili üçün
müvafiq təminat xərcliyinin 1 faizi;13
v) xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına
görə buraxılmış və buraxıldığı gün 45 yaşı, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu
stajın azı 12 il 6 ayını hərbi xidmətdə və ya orqanlarda xidmətdə keçirmiş şəxslərə (12-ci
maddənin «v» bəndi)—müvafiq təminat xərcliyinin 55 faizi və 25 ildən yuxarı xidmətin hər ili
üçün müvafiq təminat xərcliyinin 1 faizi;
q) hərbi xidmətdə və ya orqanlarda xidmətdə 15 il iş stajı olan və Çernobıl AES-də qəzanın
nəticələrinin aradan qaldırılmasında iştirak etmiş hərbi qulluqçulara (12-ci maddənin “q”
bəndi)—müvafiq təminat xərcliyinin 50 faizi və 15 ildən yuxarı xidmətin hər ili üçün müvafiq
təminat xərcliyinin 3 faizi.ğ) Bu maddədə göstərilən qaydada hesablanan pensiyaların maksimum məbləği pensiyanın
müəyyən olunması üçün əsas götürülən təminat xərcliyindən artıq ola bilməz. 14
M a d d ə 14. Pensiyanın minimum məbləği
20 il və daha çox hərbi xidmət və ya orqanlarda xidmət etməyə görə (xidmət illərinə görə)
pensiyanın minimum məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilən
minimum əmək haqqının 150 faizi məbləğində təyin edilir.
M a d d ə 15. Xidmət illərinə görə pensiyaya əlavələr
Xidmət illərinə görə hərbi qulluqçuların pensiyaları (o cümlədən minimum məbləğdə
hesablanmış pensiyalar) üzərinə aşağıdakı əlavələr hesablanır:
a) öhdəsində ailə başçısını itirməyə görə pensiya ilə təmin edilməli şəxslərə aid edilən əmək
qabiliyyəti olmayan ailə üzvləri olan işləməyən pensiyaçılara - ailənin əmək qabiliyyəti
olmayan hər bir üzvü üçün “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan
Respublikası Qanununda müəyyən edilmiş yaşa görə pensiyanın minimum məbləğinin 50 faizi
həcmində bu halda əlavə yalnız ailənin əmək pensiyası və ya sosial pensiya almayan üzvləri
üçün hesablanır; ailənin əmək qabiliyyəti olmayan üzvünün eyni zamanda həm sosial pensiya
almaq, həm də xidmət illərinə görə pensiyaya əlavə almaq hüququ varsa, pensiyaçının istəyi ilə
ailə üzvünə sosial pensiya təyin edilə bilər, yaxud ailənin həmin üzvü üçün pensiyaya əlavə
hesablana bilər;
b) 75 yaşına çatmış tənha pensiyaçılara – onlara qulluq üçün yaşa görə minimum
pensiyanın 50 faizi məbləğində;
v) müharibə əlillərinə və iştirakçılarına:
I qrup əlillərə—yaşa görə minimum pensiyanın 300 faizi məbləğində,
II qrup əlillərə—yaşa görə minimum pensiyanın 250 faizi məbləğində,
III qrup əlillərə—yaşa görə minimum pensiyanın 150 faizi məbləğində;
q) döyüşən ordunun tərkibində, partizan dəstələrində xidmət etmiş, beynəlmiləlçilik
borcunun yerinə yetirilməsi ilə bağlı döyüş əməliyyatlarında iştirak etmiş hərbi qulluqçular
sırasından olan müharibə iştirakçılarına—yaşa görə minimum pensiyanın 100 faizi məbləğində.
Bu maddənin “a”, “b”, “v” bəndlərində nəzərdə tutulmuş əlavələr eyni vaxtda hesablana
bilər.
M a d d ə 16. Xidmət illərinin hesablanması
Bu Qanuna uyğun olaraq hərbi qulluqçulara pensiya təyin edil-məsi üçün xidmət illərinin
hesablanması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən
edir.
Döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçuların bir xidmət ili iki
xidmət ili kimi hesablanır. Döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən hərbi
qulluqçuların bir xidmət ilinin iki xidmət ili kimi hesablanması müvafiq icra hakimiyyəti
orqanının qərarı əsasında həyata keçirilir. Bu halda həmin qərarda döyüş şəraitinin davam
etdiyi müddət göstərilməlidir. 15
III. ƏLİLLİYƏ GÖRƏ PENSİYALAR
M a d d ə 17. Pensiyaların təyin edilməsi şərtləriƏlil olmuş hərbi qulluqçulara əlilliyə görə pensiyalar, əlillik onların xidmət etdiyi dövrdə və
ya xidmətdən buraxıldıqdan sonra 3 aydan gec olmayaraq üz verdikdə, yaxud əlillik bu
müddətdən sonra, lakin xidmət dövründə alınmış yara, kontuziya, zədə və ya xəstəlik
nəticəsində üz verdikdə təyin edilir.
M a d d ə 18. Əlilliyin müəyyən edilməsi
Əlilliyin qrupları və səbəbləri, habelə onun üz verdiyi vaxt həkim—əmək ekspert
komissiyaları haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi
Əsasnaməyə müvafiq surətdə fəaliyyət göstərən həkim—əmək ekspert komissiyaları tərəfindən
müəyyən edilir.
Əmək qabiliyyətinin itirilməsi dərəcəsindən asılı olaraq əlillər üç qrupa bölünürlər.
M a d d ə 19. Əlilliyin səbəbləri
Hərbi qulluqçular sırasından olan əlillər əlilliyin səbəblərindən asılı olaraq aşağıdakı
kateqoriyalara bölünürlər:
a) müharibə əlilləri—əlillik hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən
alınmış yara, kontuziya və ya zədə nəticəsində, yaxud cəbhədə olmaqla və ya döyüş
əməliyyatları aparan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı xəstəlik nəticəsində
üz verərsə;
b) hərbi qulluqçular sırasından dikər əlillər—əlillik hərbi xidmət vəzifələrini (xidməti
vəzifələri) yerinə yetirməklə bağlı olmayan bədbəxt hadisə nəticəsində alınmış zədə, yaxud
cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparan ölkələrdə beynəlmiləl borcu yerinə
yetirməklə bağlı olmayan xəstəlik nəticəsində üz verərsə.
M a d d ə 20. Pensiyanın məbləğləri
Hərbi qulluqçulara əlilliyə görə pensiyalar aşağıdakı məbləğlərdə təyin edilir:
a) I qrup müharibə əlillərinə (o cümlədən xidməti vəzifələri yerinə yetirərkən əlil olanlara)
təminat xərcliyinin—100 faizi, II qrup müharibə əlillərinə—80 faizi, III qrup müharibə
əlillərinə—55 faizi;
b) I qrup dikər əlillərə (o cümlədən, xidməti vəzifələri yerinə yetirməklə bağlı olmayan
əlillərə) təminat xərcliyinin—60 faizi, II qrup əlillərə—55 faizi, III qrup əlillərə—35 faizi.
M a d d ə 21. Pensiyaların minimum məbləğləri
Əlilliyə görə pensiyaların minimum məbləğləri aşağıdakı kimi müəyyən edilir:
a) I və II qrup müharibə əlillərinə və xidməti vəzifələrini yerinə yetirərkən əlil olmuş hərbi
qulluqçulara—yaşa görə minimum pensiyanın 200 faizi, III qrup əlillərə—yaşa görə minimum
pensiyanın 150 faizi;
b) digər əlillərə, o cümlədən xidməti vəzifələri yerinə yetirməklə bağlı olmayan hadisə
nəticəsində əlil olmuş şəxslərə:
I və II qrup əlillərə—yaşa görə minimum pensiyanın 100 faizi məbləğində;
III qrup əlillərə—yaşa kərə minimum pensiyanın 50 faizi məbləğində.
M a d d ə 22. Əlilliyə görə pensiyanın yaşa və ya xidmət illərinə görə pensiya
məbləğində təyin edilməsiYaşa görə pensiya təyin edilməsi üçün (o cümlədən güzəştli şərtlərlə) “Vətəndaşların
pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş zəruri iş
stajına malik hərbi qulluqçular sırasından olan I və II qrup əlillərə əlilliyə görə pensiya müvafiq
iş stajı olduqda bu Qanunda nəzərdə tutulan yaşa görə pensiya məbləğində təyin edilə bilər.
Xidmət illərinə görə pensiya təyin edilməsi üçün zəruri xidmət illərinə malik hərbi
qulluqçular sırasından olan I və II qrup əlillərə əlilliyə görə pensiya müvafiq xidmət müddəti
olduqda xidmət illərinə görə pensiya məbləğində təyin edilə bilər.
M a d d ə 23. Əlilliyə görə pensiyalara əlavələr
Hərbi qulluqçulara əlilliyə görə təyin edilən pensiyaların (o cümlədən müvafiq minimum
məbləğdə hesablanmış pensiyaların) üzərinə aşağıdakı əlavələr hesablanır:
a) öhdəsində ailə başçısını itirməyə görə pensiya ilə təmin edilməli şəxslərə aid edilən əmək
qabiliyyəti olmayan ailə üzvləri olan işləməyən I və II qrup əlillərə—ailənin əmək qabiliyyəti
olmayan hər üzvü üçün “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə müəyyən edilmiş yaşa görə minimum pensiyanın 50 faizi
məbləğində. Bu halda əlavə yalnız ailənin əmək pensiyası və ya sosial pensiya almayan
üzvləri üçün hesablanır. Ailənin əmək qabiliyyəti olmayan üzvü üçün eyni zamanda həm sosial
pensiya almaq, həm də əlilliyə görə pensiyaya əlavə almaq hüququ varsa, əlilin istəyi ilə ailə
üzvünə sosial pensiya təyin edilə bilər və ya ailənin həmin üzvü üçün pensiyaya əlavə
hesablana bilər;
b) I qrup müharibə əlillərinə—onlara qulluq üçün yaşa görə minimum pensiyanın 100
faizi məbləğində;
v) I qrup əlillərə (müharibə əlillərindən başqa) və II qrup müharibə əlillərinə—onlara qulluq
üçün yaşa görə pensiyanın 50 faizi məbləğində;
q) əlilliyə görə pensiya alan müharibə iştirakçılarına (müharibə nəticəsində əlilliyə görə
pensiya alanlardan başqa)—yaşa görə pensiyanın 100 faizi məbləğində.
M a d d ə 24. Əlilliyə görə pensiyaların təyin edilməsi və ödənilməsi müddətləri
Hərbi qulluqçulara əlilliyə görə pensiya həkim—əmək ekspert komissiyasının müəyyən
etdiyi bütün əlillik dövrü üçün, 60 yaşından yuxarı əlil kişilərə və 55 yaşından yuxarı əlil
qadınlara isə ömürlük təyin edilir və onlar yalnız öz ərizələrinə əsasən yenidən müayinədən
keçirilir.
Pensiya yaşına çatmamış pensiyaçı əmək qabiliyyətli hesab edildiyi halda ona pensiya əmək
qabiliyyətli hesab edildiyi ayın sonunadək, lakin ən çoxu əlilliyin müəyyən edildiyi günədək
ödənilir.
M a d d ə 25. Əlillik qrupu dəyişdikdə pensiyanın yenidən hesablanması
Pensiya təyin edildikdən sonra əlillik qrupu dəyişdikdə pensiyanın məbləği də dəyişir. Bu
halda müharibə əlilinin ümumi xəstəliyi, əmək zədəsi və ya peşə xəstəliyi ilə əlaqədar olaraq
onun əlilliyi gücləndikdə əlilliyin səbəbi saxlanmaqla pensiya yeni əlillik qrupu üzrə yenidən
hesablanır.
M a d d ə 26. Əlillikdə fasilələr zamanı pensiya ödənməsinin bərpa olunması
Hərbi qulluqçular sırasından olan əlil həkim—əmək ekspert komissiyasında yenidən
müayinə edilmək vaxtını ötürdükdə ona pensiya verilməsi dayandırılır, təkrarən əlil hesab edildikdə isə təkrarən əlil hesab edildiyi kündən bərpa olunur. Yenidən müayinə edilmək vaxtı
üzürlü səbəbdən ötürülübsə pensiya həkim—əmək ekspert komissiyasının onu əlil hesab etdiyi
bütün dövr üçün ödənilir. Həm də yenidən müayinə nəticəsində əlilə başqa əlillik qrupu
müəyyən edildikdə həmin dövr üçün pensiya əvvəlki əlillik qrupu üzrə ödənilir.
M a d d ə 27. Əvvəllər təyin edilmiş pensiyanın bərpa olunması və yenidən təyin
edilməsi
Ümumi xəstəlik nəticəsində əlilliyə görə əvvəllər təyin edilmiş pensiya bu şərtlə bərpa
olunur ki, müəyyən edilən əlillik müddəti qurtardığına görə pensiya ödənilməsinin kəsildiyi
kündən beş ildən çox vaxt keçməsin. Əlilliyə görə əvvəllər təyin edilmiş pensiyanın başqa
səbəblər nəticəsində bərpası müddətlə məhdudlaşdırılmır.
Fasilədən sonra yenidən əlillik üz verərsə əlilliyə görə pensiya (pensiyaçının istəyi ilə)
ümumi əsaslarla təyin edilə bilər.
IV. AİLƏ BAŞÇISINI İTİRMƏYƏ GÖRƏ PENSİYALAR
M a d d ə 28. Pensiyaların təyin edilməsi şərtləri
Hərbi qulluqçuların ailələrinə ailə başçısını itirməyə görə pensiya ailə başçısı xidmət etdiyi
dövrdə və ya xidmətdən buraxıldıqdan ən geci üç ay keçənədək, yaxud bu müddətdən sonra,
lakin xidmət etdiyi dövrdə aldığı yara, kontuziya, zədə və ya xəstəlik nəticəsində vəfat edibsə
təyin edilir, həmin hərbi qulluqçular sırasından olan pensiyaçıların ailələrinə isə ailə başçısı
pensiya aldığı dövrdə və ya pensiya ödənməsinin kəsilməsindən 5 il keçənədək vəfat edibsə
təyin edilir. həm də hərbi əməliyyatlar zamanı itkin düşmüş hərbi qulluqçuların ailələri
cəbhədə həlak olanların ailələrinə bərabər tutulur.
M a d d ə 29. Pensiya almaq hüququ olan ailə üzvləri
Vəfat etmiş (həlak olmuş) hərbi qulluqçuların öhdəsində olmuş əmək qabiliyyəti olmayan
ailə üzvləri ailə başçısını itirməyə görə pensiya almaq hüququna malikdirlər.
Ailə başçısının öhdəsində olub-olmamasından asılı olmayaraq aşağıdakılara pensiya təyin
edilir: əmək qabiliyyəti olmayan uşaqlara; ailə başçısının ölümündən sonra yaşayış üçün vəsait
mənbəyini itirmiş əmək qabiliyyəti olmayan valideynlərə və ər-arvada; cəbhədə, yaxud döyüş
əməliyyatları aparan ölkələrdə beynəlmiləlçilik borcunu yerinə yetirərkən həlak olmuş, habelə
Azərbaycan Respublikasının müdafiəsi zamanı həlak olmuş hərbi qulluqçuların əmək
qabiliyyəti olmayan valideynlərinə və arvadlarına.
Ailə başçısını itirməyə görə pensiya almaq hüququ müəyyən edilərkən aşağıdakılar ailənik
əmək qabiliyyəti olmayan üzvləri sayılırlar:
a) 18 yaşına çatmamış və ya həmin yaşa çatanadək əlil olmuş 18 yaşından yuxarı uşaqlar,
qardaşlar, bacılar və nəvələr, texniki-peşə, orta ixtisas məktəblərində və ali təhsil məktəblərində
təhsil alanlar isə bu məktəbləri bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; həm də
qardaşlar, bacılar və nəvələr əmək qabiliyyətli valideynləri olmadıqda pensiya almaq
hüququna malikdirlər;
b) ata, ana və ər(arvad) pensiya yaşına çatıblarsa: kişilər 60 yaşına, qadınlar 55 yaşına
çatıbsa, yaxud əlildirlərsə;
v) yaşından və əmək qabiliyyətindən asılı olmayaraq ər (arvad) və ya valideynlərdən biri,
yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış
uşaqlarına, qardaşlarına, bacılarına və ya nəvələrinə baxırsa və işləmirsə;q) baba və nənə—qanunla onları saxlamalı şəxslər yoxdursa həlak olmuş hərbi
qulluqçuların ayrı-ayrı kateqoriyalarının
valideynləri və arvadları üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti ailə başçısını
itirməyə görə pensiya təyin olunma-sının başqa şərtlərini müəyyən edə bilər.
M a d d ə 30. Öhdədə olan ailə üzvləri
Vəfat edənin ailə üzvləri onun tam təminatında olublarsa və ya ondan özlərinin yaşayışı
üçün daimi və əsas vəsait mənbəyi olan kömək alıblarsa, onun öhdəsində olmuş ailə üzvləri
sayılırlar.
Vəfat edənin köməyi yaşayışları üçün daimi və əsas vəsait mənbəyi olan, lakin özləri hər
hansı pensiya almış ailə üzvləri yeni pensiyaya keçmək hüququna malikdirlər.
Maddə 31. Tam dövlət təminatında olan uşaqlara pensiya ödənməsi
Hər iki valideynini itirmiş uşaqlara (ata-anadan yetimlərə) tam dövlət təminatında olduqları
dövrdə pensiya tam məbləğdə ödənilir.
Tam dövlət təminatında olan başqa uşaqlara təyin edilmiş pensiyanın 50 faizi ödənilir.
M a d d ə 32. Övladlığa götürənlərin və götürülənlərin, ögey atanın, ögey ananın, ögey
oğulun və ögey qızın pensiya almaq hüququ
Övladlığa götürənlər valideynlərlə bir səviyyədə, övladlığa götürülənlər isə doğma
uşaqlarla bir səviyyədə pensiya almaq hüququna malikdirlər.
Ailə başçısını itirməyə görə pensiya almaq hüququna malik olan yetkinlik yaşına
çatmayanlar övladlığa götürüldükdə də bu hüququ saxlayırlar.
Ögey ata və ögey ana vəfat etmiş ögey oğlu və ya ögey qızı azı beş il tərbiyə etmiş və ya
saxlamışsa, doğma ata və ana ilə bir səviyyədə pensiya almaq hüququna malikdirlər.
Ögey oğul və ögey qız doğma övladlarla bir səviyyədə pensiya almaq hüququna
malikdirlər.
M a d d ə 33. Yeni nikah bağlandıqda pensiyanın saxlanması
Ərin (arvadın) ölümü ilə əlaqədar təyin edilmiş pensiya, pensiyaçı yeni nikah bağlayanda
da saxlanılır.
M a d d ə 34. Pensiyaların məbləğləri
Ailə başçısını itirməyə görə pensiyalar aşağıdakı məbləğlərdə təyin edilir:
a) Azərbaycan Respublikasının müdafiəsi zamanı, habelə başqa hərbi xidmət vəzifələrini
(xidməti vəzifələrini) yerinə yetirərkən alınmış yara, kontuziya və ya zədə nəticəsində, yaxud
cəbhədə olmaqla, Azərbaycan Respublikasının müdafiəsi ilə və ya döyüş əməliyyatları aparan
ölkələrdə beynəlmiləlçilik borcunu yerinə yetirməklə bağlı xəstəlik nəticəsində vəfat etmiş hərbi
qulluqçuların ailələrinə—ailənin əmək qabiliyyəti olmayan hər bir üzvünə ailə başçısının əmək
haqqının 50 faizi; ailə başçısının ölümünün səbəbindən asılı olmayaraq müharibə əlilləri
sırasından olan vəfat etmiş pensiyaçıların ailələrinə və tərkibində hər iki valideynini itirmiş
uşaqların (ata-anadan yetimlərin) olduğu ailələrə də pensiya bu məbləğdə hesablanır;
b) hərbi xidmət vəzifələrinin (xidmət vəzifələrinin) yerinə yetirilməsi ilə bağlı olmayan
bədbəxt hadisə zamanı alınmış zədə nəticəsində və ya cəbhədə olmaqla, Azərbaycan Respublikasının müdafiəsi ilə və ya döyüş əməliyyatları aparan ölkələrdə beynəlmiləlçilik
borcunu yerinə yetirməklə bağlı olmayan xəstəlik nəticəsində vəfat etmiş hərbi qulluqçuların
ailələrinə—ailənin əmək qabiliyyəti olmayan hər bir üzvünə ailə başçısının əmək haqqının 35
faizi.
M a d d ə 35. Pensiyaların minimum məbləğləri
Hərbi qulluqçuların ailələrinə ailə başçısını itirməyə görə təyin edilən pensiyalar aşağıdakı
məbləğlərdən az ola bilməz:
ailənin əmək qabiliyyəti olmayan hər bir üzvü üçün—yaşa görə minimum pensiyanın 75
faizi;
valideynlərinin ikisini də itirmiş hər uşaq üçün, habelə hərbi əməliyyatlar zamanı və ya
xidmət vəzifələrini yerinə yetirərkən həlak olmuş hərbi qulluqçunun ailəsinin əmək qabiliyyəti
olmayan hər bir üzvü üçün—yaşa görə minimum pensiyanın 100 faizi.
M a d d ə 36. Pensiyanın təyin edildiyi müddət
Ailə başçısını itirməyə görə pensiya vəfat edənin ailə üzvünün əmək qabiliyyəti olmayan
şəxs hesab edildiyi bütün dövr üçün (29-cu maddə), ailənin 60 yaşına çatmış kişi üzvlərinə və 55
yaşına çatmış qadın üzvlərinə isə ömürlük təyin edilir.
M a d d ə 37. Ailənin bütün üzvlərinə bir pensiya təyin edilməsi. Pensiya payının
ayrılması
Ailənin pensiya almaq hüququ olan bütün üzvlərinə bir ümumi; pensiya təyin edilir.
Ailə üzvünün tələbi ilə onun pensiya payı ayrılır və ona ayrıca ödənilir. Həmin pay
pensiyadan pay ayrılması haqqında ərizənin verildiyi aydan sonrakı ayın 1-dək ayrılır.
M a d d ə 3 8 . Pensiya məbləğinin dəyişdirilməsi və onun ödənməsinin
dayandırılması
Ailə başçısını itirməyə görə pensiya təyin edilmiş ailənin tərkibində ayrı-ayrı ailə üzvlərinin
və ya bütövlükdə ailənin pensiya almaq hüququnu itirməsinə səbəb olan dəyişiklik baş verərsə
həmin dəyişikliyin baş verdiyi aydan sonrakı ayın birindən pensiya yenidən hesablanır və ya
onun ödənməsi dayandırılır.
M a d d ə 39. Ailə üzvlərinin əlilliyinin müəyyən edilməsi qaydası və müddətləri
Əlilliyin müəyyən edilməsi qaydası və müddətləri haqqında bu Qanunun 18, 24 və 26-cı
maddələrində şərh edilmiş qaydalar müvafiq surətdə əlil olan ailə üzvlərinə də şamil edilir.
V. PENSİYALARIN HESABLANMASI
M a d d ə 40. Pensiyanın hesablanması üçün təminat xərcliyi
Hərbi qulluqçulara və onların ailələrinə pensiya hərbi qulluqçuların təminat xərcliyindən
hesablanır. Bu zaman onlara pensiya hesablanması üçün vəzifə maaşı (yeni vəzifə maaşını təşkil
edən bütün artım; növləri və əlavələr daxil olmaqla), hərbi və ya xüsusi rütbəyə görə müvafiq
maaşlar, xidmət illəri (fasiləsiz iş) üçün əlavə faiz və ərzaq payı müqabilində verilən pul kompensasiyası nəzərə alınır. 16
Səhhəti və ya yaşı ilə əlaqədar olaraq xidmət mənafeyi naminə daha az maaşlı vəzifəyə
keçirilmiş və keçirildiyi gün xidmət illərinə görə pensiya almaq hüququna malik olan hərbi
qulluqçular xidmətdən buraxılarkən onların pensiyası bilavasitə göstərilən köçürməyədək azı
bir il çalışdıqları vəzifə üzrə maaşdan hesablanır.
M a d d ə 41. Pensiyaçıların ailələrinə pensiya hesablanması
Hərbi qulluqçular sırasından olan pensiyaçıların ailələrinə ailə başçısını itirməyə görə
pensiyalar ailə başçısının özünə pensiyanın hesablandığı təminat xərcliyindən hesablanır.
M a d d ə 42. Pensiyaların məbləğlərinə əmsalların tətbiq edilməsi
Fəhlə və qulluqçuların əmək haqqına əmsalların müəyyən edildiyi yerlərdə, o cümlədən,
Azərbaycan Respublikasının yüksək dağlıq yerlərində yaşayan hərbi qulluqçular sırasından
olan pensiyaçılara və onların ailələrinə həmin yerlərdə yaşadıqları dövrdə bu Qanuna uyğun
olaraq təyin edilən pensiyalar (o cümlədən minimum məbləğdə) həmin yerlərdə qeyri-istehsal
sahələrinin fəhlə və qulluqçuları üçün müəyyən edilmiş, lakin 1,5 əmsalından çox olmayan
əmsal tətbiq edilməklə hesablanır. Bu maddə hərbi qulluqçuların pensiyaları təyin edilərkən
əsas götürülmüş təminat xərcliyinə həmin əmsallar daxil edilmədikdə tətbiq olunur.
VI. PENSİYALARIN TƏYİN EDİLMƏSİ
M a d d ə 43. Pensiya təyin edilməsi üçün müraciət
Pensiya təyin edilməsi haqqında ərizələri hərbi qulluqçular və onların ailə üzvləri müvafiq
icra hakimiyyəti orqanlarına təqdim edirlər. 17
M a d d ə 4 4 . Pensiya təyin edən orqanlar və pensiya təyin edilməsi haqqında
sənədlərə baxılması müddətləri
Hərbi qulluqçulara və onların ailə üzvlərinə pensiyalar müvafiq icra hakimiyyəti orqanları
tərəfindən təyin edilir. 18
Pensiya təyin edilməsi haqqında sənədlərə pensiya təyin edən orqanlar sənədlərin daxil
olduğu kündən ən geci 10 gün keçənədək baxırlar.
M a d d ə 45. Pensiyaların təyin edilməsi müddətləri
Bu Qanuna uyğun olaraq pensiyalar hərbi qulluqçulara—xidmətdən buraxıldığı kündən,
lakin onlara sonuncu dəfə təminat xərcliyinin ödəndiyi kündən tez olmayaraq, həmin hərbi
qulluqçuların ailələrinə və onların sırasından olan pensiyaçıların ailələrinə isə—ailə başçısının
vəfat etdiyi kündən, lakin ona sonuncu dəfə təminat xərcliyinin və ya pensiyanın ödəndiyi
kündən tez olmayaraq təyin edilir, onlara daha gec müddətlərdə pensiya təyin edildiyi
aşağıdakı hallar istisna olunur:
xidmətdən buraxıldıqdan sonra 3 ay ərzində, yaxud xidmətdən buraxıldıqdan sonra
bədbəxt hadisə və ya xəstəlik nəticəsində əlil olmuş həmin hərbi qulluqçulara—əlilliyin
müəyyən edildiyi gündən; 19
həmin hərbi qulluqçuların və onların sırasından olan pensiyaçıların ailə başçısını itirməyə
görə pensiya hüququ əldə etmiş ailə üzvlərinə—pensiya almaq hüququnun yarandığı kündən, yaşayış üçün vəsait mənbəyini itirdiklərinə görə pensiya almaq hüququ əldə etmiş valideynlərə
və ər-arvada—pensiya almaq üçün müraciət edildiyi kündən.
Vaxtında müraciət edilmədikdə keçmiş müddət üçün pensiya həmin pensiyanı almaq
hüququnun yarandığı kündən, lakin pensiya üçün müraciət edildiyi kündən ən çoxu 12 ay
əvvəl təyin edilir.
M a d d ə 46. Təyin edilmiş pensiyaların yenidən hesablanması müddətləri
Hərbi qulluqçulara və onların ailələrinə təyin edilmiş pensiyaların məbləğinin
dəyişilməsinə səbəb olan vəziyyət yarandıqda belə vəziyyətin yarandığı aydan sonrakı ayın 1-
dən bu pensiyalar yenidən hesablanır. həm də pensiyaçı pensiyasının artırılması hüququnu
əldə edibsə, keçmiş müddət üçün pensiya fərqi ən çoxu 12 ay üçün ödənməlidir.
VII. PENSİYALARIN ÖDƏNMƏSİ
M a d d ə 47. Pensiya ödəyən orqanlar
Hərbi qulluqçulara və onların ailə üzvlərinə pensiyaları qeydiyyat yerindən asılı olmayaraq
pensiyaçının faktik yaşayış yerindəki əmanət bankı idarələri müvafiq icra hakimiyyəti orqanları
tərəfindən tərtib edilmiş müvafiq sənədlər əsasında ödəyirlər. 20
M a d d ə 48. Əmək haqqı və ya digər gəlir olduqda pensiyaların ödənməsi
Bu Qanuna müvafiq surətdə təyin edilmiş pensiyalar pensiyaçının əmək haqqının və ya
dikər gəlirinin olmasından asılı olmayaraq tam ödənilir.
M a d d ə 49. Keçmiş müddət üçün pensiyaların ödənməsi
Hərbi qulluqçulara və onların ailə üzvlərinə hesablanmış və onlar tərəfindən vaxtında tələb
edilməmiş pensiya məbləğləri pensiyanı almaqdan ötrü müraciət edildiyi kündən əvvəlki 3
ildən çox olmayan müddət üçün ödənilir.
Pensiya təyin edən orqanların təqsiri üzündən pensiyaçının vaxtında almadığı pensiya
məbləğləri keçmiş müddət üçün heç bir məhdudiyyət qoyulmadan ödənilir.
M a d d ə 50. İnternat evlərdə yaşayan pensiyaçılara pensiya ödənməsi
Hərbi qulluqçular sırasından olub qocalar və əlillər üçün internat evlərdə (pansionatlarda)
yaşayan tənha pensiyaçılara pensiya ilə internat evdə (pansionatda) saxlama haqqı arasındakı
fərq ödənilir, lakin bu, təyin edilmiş pensiyanın 25 faizindən və yaşa görə pensiyanın minimum
məbləğinin 20 faizindən az olmamalıdır. Qocalar və əlillər üçün internat evdə (pansionatda)
yaşayan pensiyaçının öhdəsində ailə başçısını itirməyə görə pensiya almalı olan əmək
qabiliyyəti olmayan ailə üzvləri varsa, pensiya belə qaydada ödənməlidir: pensiyanın 25 faizi,
lakin yaşa görə pensiyanın minimum məbləğinin 20 faizindən az olmayan hissəsi pensiyaçının
özünə, qalan, lakin təyin edilmiş məbləğin 50 faizindən çox olmayan hissəsi isə göstərilən ailə
üzvlərinə verilir.
hərbi qulluqçuların ailə üzvləri sırasından olan pensiyaçılara qocalar və əlillər üçün internat
evlərdə (pansionatlarda) yaşadıqları dövrdə təyin edilmiş pensiyanın 10 faizi, lakin yaşa görə
pensiyanın minimum məbləğinin 20 faizindən az olmayaraq ödənilir. Onların pensiyalarının
məbləği internat evdə (pansionatda) saxlanma haqqından çox olduqda pensiya ilə saxlanma haqqı arasındakı fərq təyin edilmiş pensiyanın 10 faizindən, yaşa görə pensiyanın minimum
məbləğinin 20 faizindən az olmayaraq ödənilir.
Stasionar sosial xidmət müəssisələrində yaşayan ahılların pensiyalarının verilməsi qaydası
müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 21
M a d d ə 51. Stasionar müalicədə olan müddətdə pensiyaların ödənməsi
Pensiyaçı stasionar müalicədə (xəstəxanada, klinikada, qospitalda və başqa müalicə
ocaqlarında), habelə leprozoridə olduğu müddətdə onun pensiyası tam ödənilir.
M a d d ə 52. (Çıxarılıb) 22
M a d d ə 53. Pensiyalardan pul tutulması
Hərbi qulluqçulara və onların ailə üzvlərinə təyin edilmiş pensiyalardan “Vətəndaşların
pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş
qaydada pul tutulur həm də hərbi qulluqçular və onların ailə üzvləri tərəfindən sui-istifadə
nəticəsində onlara artıq ödənilmiş pensiya məbləğləri 47-ci maddədə göstərilmiş pensiya
orqanlarının qərarı ilə tutulur.
M a d d ə 54. Pensiyaçı vəfat etdikdə pensiyanın ödənməsi
Hərbi qulluqçular sırasından olan pensiyaçıya və onun ailə üzvlərinə çatası və onun vəfatı
ilə əlaqədar alınmamış pensiya məbləğləri mirasın tərkibinə daxil edilmir və onun ailəsinin ailə
başçısını itirməyə görə pensiya ilə təmin olunmalı şəxslərə aid edilən üzvlərinə ödənilir.
Lakin pensiyaçının vəfat etdiyi günədək onunla birlikdə yaşamış valideynləri, əri (arvadı),
habelə dikər ailə üzvləri ailə başçısını itirməyə görə pensiya ilə təmin olunan şəxslərə aid
edilmədikdə də bu məbləğləri almaq hüququna malikdirlər.
Ailənin bir neçə üzvü müraciət etdikdə ödənməli məbləğ onlar arasında bərabər bölünür.
Yuxarıda göstərilən məbləğlər pensiyaçının ölümündən ən geci 6 ay keçənədək müraciət
olunubsa ödənilir.
Pensiyaçının ölümü ilə əlaqədar dəfn üçün onun ailəsinə üç aylıq pensiya məbləğində
müavinət verilir.
Pensiyaçını onun ailə üzvlərinə aid olmayan şəxslər dəfn edirsə onlara müavinətin
göstərilən məbləği çərçivəsində faktik dəfn xərclərindən çox olmayan müavinət verilir.
M a d d ə 55. Pensiyaçının xaricə köçməsi ilə əlaqədar pensiyanın ödənməsi
Azərbaycan Respublikasından daimi yaşayış üçün keçmiş SSRİ-yə daxil olmuş başqa
dövlətlərə keçən hərbi qulluqçulara və onların ailə üzvlərinə pensiyalar ümumi əsaslarla təyin
edilir və ödənilir.
Daimi yaşayış üçün dikər xarici dövlətlərə köçmüş hərbi qulluqçulara və onların ailə
üzvlərinə Azərbaycan Respublikasında pensiya təyin edilmir. hərbi qulluqçular sırasından olan
pensiyaçılar və onların ailə üzvləri daimi yaşayış üçün xaricə köçdükdə getməzdən əvvəl onlara
Azərbaycan Respublikasında təyin edilmiş pensiyanın 6 aylıq məbləği qabaqcadan ödənilir.
VIII. PENSİYALARIN YENİDƏN HESABLANMASI
M a d d ə 56. Əvvəllər təyin edilmiş pensiyaların yenidən hesablanmasıHərbi qulluqçulara və onların ailə üzvlərinə əvvəllər təyin edilmiş pensiyalar bu Qanunun
qüvvəyə minməsi ilə əlaqədar olaraq pensiya işində olan sənədlər üzrə yenidən hesablanır.
Sonradan pensiyaçı pensiyanın daha da artırılmasına hüquq verən əlavə sənədlər təqdim
edərsə, əlavə sənədlərin təqdim edildiyi kündən əvvəlki 12 aydan çox olmayan və bu Qanunun
qüvvəyə mindiyi kündən tez olmayaraq keçmiş müddət üçün pensiya yenidən hesablanır.
M a d d ə 5 7 . Hərbi qulluqçuların təminat xərcliyinin artması ilə əlaqədar
pensiyaların yenidən hesablanması
Bu Qanunun 13, 14, 20-22, 34 və 35-ci maddələrinə uyğun olaraq hərbi qulluqçulara və
onların ailə üzvlərinə təminat xərcliyindən hesablanmış pensiyalar hərbi qulluqçuların təminat
xərcliyinin orta səviyyəsinin artması ilə əlaqədar yenidən hesablanır.
M a d d ə 58. Dolanacaq xərcləri indeksinin dəyişilməsi ilə əlaqədar pensiyanın
yenidən hesablanması
Hərbi qulluqçuların və onların ailə üzvlərinin pensiyaları dolanacaq xərcləri indeksinin
dəyişilməsi ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin müəyyən etdiyi qaydada
yenidən hesablanır. 23
Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata
keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri
Y. MƏMMƏDOV.
Bakı şəhəri, 29 aprel 1992-ci il.
№ 109.
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1. 7 iyul 1992-ci il tarixli 200 nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Ali Sovetinin Məlumatı, 1992-ci il, № 13, maddə 491)
2. 2 may 1995-ci il tarixli 1030 nömrəli Azərbaycan Respublikasının Qanunu
3. 30 sentyabr 1997-ci il tarixli 375-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 1998-ci il, № 1, maddə 10)
4. 23 noyabr 2001-ci il tarixli 219-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 2001-ci il, № 12, maddə 736)
5. 30 aprel 2002-ci il tarixli 316-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 2002-ci il, № 5, maddə 246)
6. 24 may 2002-ci il tarixli 333-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 2002-ci il, № 6, maddə 328)
7. 9 mart 2004-cü il tarixli 603-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 2004-cü il, № 4, maddə 202)
8. 30 mart 2004-cü il tarixli 612-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 2004-cü il, № 5, maddə 312)
9. 1 sentyabr 2004-cü il tarixli 728-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 2004-cü il, № 9, maddə 671)
10. 3 mart 2006-ci il tarixli nömrəli 75-IIIQD Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 4, maddə 312)QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
1 2 may 1995-ci il tarixli 1030 nömrəli Azərbaycan Respublikasının Qanunu ilə giriş hissəsində
"praporşikləri" sözü "gizirləri" sözü ilə əvəz edilmiş, "Dövlət Sərhədinin Mühafizə Komitəsinin" sözləri
çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi:
“Bu Qanun Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin,
Dövlət Sərhədini Mühafizə Komitəsinin zabit heyəti, praporşikləri, miçmanları və müddətindən
artıq xidmət hərbi qulluqçuları, habelə Daxili İşlər Nazirliyinin, Prezidenti mühafizə xidmətinin
sıravi və rəis heyəti*
), onların ailələri üçün Azərbaycan Respublikasının ərazisində vahid dövlət
pensiyaları sistemini müəyyən edir.
Qanun dolanacaq xərcləri dəyişdikcə pensiya məbləğlərinin də müntəzəm surətdə
dəyişdirilməsi yolu ilə pensiyaçıların sosial müdafiəsinə təminat verir”.
30 sentyabr 1997-ci il tarixli 375-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 1998-ci il, № 1, maddə 10) ilə Preambulada “Azərbaycan
Respublikası Müdafiə Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin, Dövlət Sərhədini Mühafizə
Komitəsinin” sözləri “Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının” sözləri ilə,
“habelə Daxili İşlər Nazirliyinin, Prezidenti mühafizə xidmətinin” sözləri “habelə müvafiq icra
hakimiyyəti orqanlarının” sözləri ilə əvəz edilmişdir.
2 2 may 1995-ci il tarixli 1030 nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 1-ci maddənin birinci
hissəsində "praporşikləri" sözü "gizirləri" sözü ilə əvəz edilmiş, "Dövlət Sərhədinin Mühafizə
Komitəsinin" sözləri çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi:
“Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, Milli Təhlükəsizlik Nazirliyi orqanlarının,
Dövlət Sərhədini Mühafizə Komitəsinin, başqa hərbi birləşmələrin zabit heyəti, praporşikləri,
miçmanları və müddətindən artıq xidmət hərbi qulluqçuları, Daxili İşlər Nazirliyi orqanlarının,
Prezidenti mühafizə xidmətinin sıravi və rəis heyəti bu Qanunla müəyyən edilmiş müddət ərzində
hərbi xidmət və orqanlarda xidmət etdikdə ömürlük pensiya hüququna malik olurlar”.
30 sentyabr 1997-ci il tarixli 375-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 1998-ci il, № 1, maddə 10) ilə 1-ci maddənin birinci hissəsində
“Milli Təhlükəsizlik Orqanlarının, Dövlət Sərhədini Mühafizə Komitəsinin” sözləri “Azərbaycan
Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının” sözləri ilə, “Daxili İşlər Nazirliyinin,
Prezidenti mühafizə xidmətinin” sözləri “müvafiq icra hakimiyyəti orqanlarının” sözləri ilə əvəz
edilmişdir.
3 2 may 1995-ci il tarixli 1030 nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 3-cü maddənin ikinci
hissəsi çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi:
“Bağlaşma əsasında xidmət edən qadın hərbi qulluqçuların və onların ailə üzvlərinin pensiya
təminatı müddətindən artıq xidmət hərbi qulluqçuları və onların ailə üzvləri üçün bu Qanunda
müəyyən edilmiş əsaslarla həyata keçirilir”.
4 24 may 2002-ci il tarixli 333-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 2002-ci il, № 6, maddə 328) ilə 4-cü maddənin üçüncü
hissəsində "əsgəri" sözü "hərbi" sözü ilə əvəz edilmişdir.
5 9 mart 2004-cü il tarixli 603-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 2004-cü il, № 4, maddə 202) ilə 7-ci maddəsində "respublika"
sözü "dövlət" sözü ilə əvəz edilmişdir.
6 23 noyabr 2001-ci il tarixli 219-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 2001-ci il, № 12, maddə 736) ilə 7-ci maddəsinin adından
"Pensiyaların vergidən azad edilməsi" sözləri və həmin maddənin ikinci hissəsi çıxarılmışdır. Əvvəlki
redaksiyada deyilirdi:
Pensiyalardan vergi tutulmur.
7 2 may 1995-ci il tarixli 1030 nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 8-ci maddədən "Dövlət
Sərhədinin Mühafizə Komitəsi" sözləri çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi:
Bu Qanun üzrə hərbi qulluqçuların pensiya təminatını Azərbaycan Respublikasının Müdafiə
Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Sərhədini Mühafizə
Komitəsi həyata keçirirlər.
30 sentyabr 1997-ci il tarixli 375-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 1998-ci il, № 1, maddə 10) ilə 8-ci maddədə “Azərbaycan
Respublikası Müdafiə Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin, Daxili İşlər Nazirliyinin və
Dövlət Sərhədini Mühafizə Komitəsinin” sözləri “müvafiq icra hakimiyyəti” sözləri ilə əvəz
edilmişdir.
8 2 may 1995-ci il tarixli 1030 nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9-cu maddə yeni
redaksiyada verilmişdir. Maddənin əvvəlki redaksiyasında deyilirdi:
M a d d ə 9 . Pensiyalara xüsusi xidmətlərə görə əlavələr
Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş hərbi qulluqçuların pensiyaları üzərinə
yaşa görə minimum pensiyanın 100 faizi məbləğində, Sovet İttifaqı Qəhrəmanı və ya Sosialist
Əməyi Qəhrəmanı adlarına layiq görülmüş, Şöhrət ordeninin hər üç dərəcəsi ilə, Əmək Şöhrəti
ordeninin hər üç dərəcəsi ilə və ya “Silahlı Qüvvələrdə Vətənə xidmət üçün” ordeninin hər üç
dərəcəsi ilə təltif olunmuş, habelə Azərbaycan Respublikası qarşısında xidmətlərinə görə fəxri ada,
o cümlədən “Daxili İşlər Nazirliyinin əməkdar işçisi”, “Əməkdar çekist” adına layiq görülmüş
hərbi qulluqçuların pensiyaları üzərinə yaşa görə minimum pensiyanın 50 faizi məbləğində əlavə
pensiya hesablanır.
9 9 mart 2004-cü il tarixli 603-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 2004-cü il, № 4, maddə 202) ilə 11-ci maddəsində "muxtar
respublika büdcəsinin və yerli" sözləri "müvafiq" sözü ilə əvəz edilmişdir.
10 1 sentyabr 2004-cü il tarixli 728-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 2004-cü il, № 9, maddə 671) ilə 12-ci maddənin a) bəndində
"20 il" sözləri "20 təqvim ili" sözləri ilə əvəz edilmişdir.
11 3 mart 2006-ci il tarixli nömrəli 75-IIIQD Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 4, maddə 312) 12-ci maddəsinin "b" bəndindən
"və buraxıldığı gün 50 yaşı" sözləri çıxarılsın.
12 2 may 1995-ci il tarixli 1030 nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 13-cü maddənin "a"
bəndində "yaşına və ya xəstəliyinə görə xidmətdən buraxılanlara isə 55 faizi" sözləri "yaşına və ya
xəstəliyinə görə hərbi həkim komissiyaları tərəfindən hərbi xidmətə yararsız sayılaraq hərbi
xidmətdən buraxılanlara isə 55 faizi" sözləri ilə əvəz edilmişdir.
13 3 mart 2006-ci il tarixli nömrəli 75-IIIQD Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 4, maddə 312) 13-ci maddəsinin "b" bəndindən
"və buraxıldığı gün 50 yaşı" sözləri çıxarılsın.
14
7 iyul 1992-ci il tarixli 200 nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Ali Sovetinin Məlumatı, 1992-ci il, № 13, maddə 491) ilə 13-cü maddəyə “q” yarımbəndindən sonra yeni
abzas əlavə edilmişdir.
15 1 sentyabr 2004-cü il tarixli 728-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 2004-cü il, № 9, maddə 671) ilə 16-cı maddənin birinci
hissəsində "Nazirlər Kabineti" sözləri "müvafiq icra hakimiyyəti orqanı" sözləri ilə əvəz edilmiş və yeni
ikinci hissə əlavə edilmişdir.
16 24 may 2002-ci il tarixli 333-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 2002-ci il, № 6, maddə 328) ilə 40-cı maddənin birinci
hissəsində "əsgəri" sözü "hərbi" sözü ilə əvəz edilmişdir.
17 2 may 1995-ci il tarixli 1030 nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 43-cü maddədən "Dövlət
Sərhədinin Mühafizə Komitəsinin" sözləri çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi:
Pensiya təyin edilməsi haqqında ərizələri hərbi qulluqçular və onların ailə üzvləri Azərbaycan
Respublikası Müdafiə Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin, Daxili İşlər Nazirliyinin və
Dövlət Sərhədini Mühafizə Komitəsinin pensiya orqanlarına təqdim edirlər.
30 sentyabr 1997-ci il tarixli 375-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 1998-ci il, № 1, maddə 10) ilə 43-cü maddədə “Azərbaycan
Respublikası Müdafiə Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin, Daxili İşlər Nazirliyinin və
Dövlət Sərhədini Mühafizə Komitəsinin pensiya” sözləri “müvafiq icra hakimiyyəti” sözləri ilə əvəz
edilmişdir.
18 2 may 1995-ci il tarixli 1030 nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 44-cü maddədən "Dövlət
Sərhədinin Mühafizə Komitəsinin" sözləri çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi:
Hərbi qulluqçulara və onların ailə üzvlərinə pensiyalar Azərbaycan Respublikası Müdafiə
Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin, Daxili İşlər Nazirliyinin və Dövlət Sərhədini
Mühafizə Komitəsinin pensiya orqanları tərəfindən təyin edilir.
Pensiya təyin edilməsi haqqında sənədlərə pensiya təyin edən orqanlar sənədlərin daxil olduğu
kündən ən geci 10 gün keçənədək baxırlar.
30 sentyabr 1997-ci il tarixli 375-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 1998-ci il, № 1, maddə 10) ilə 44-cü maddədə “Azərbaycan
Respublikası Müdafiə Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin, Daxili İşlər Nazirliyinin və
Dövlət Sərhədini Mühafizə Komitəsinin pensiya” sözləri “müvafiq icra hakimiyyəti” sözləri ilə əvəz
edilmişdir.
19 24 may 2002-ci il tarixli 333-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 2002-ci il, № 6, maddə 328) ilə 45-ci maddənin ikinci
abzasından "azadlıqdan məhrum edilənlərə isə - azadlıqdan məhrumetmə yerlərindən azad
edildikdən sonra pensiya üçün müraciət edildiyi gündən" sözləri çıxarılmışdır.
20 2 may 1995-ci il tarixli 1030 nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 47-ci maddədən "Dövlət
Sərhədinin Mühafizə Komitəsinin" sözləri çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi:
Hərbi qulluqçulara və onların ailə üzvlərinə pensiyaları qeydiyyat yerindən asılı olmayaraq
pensiyaçının faktik yaşayış yerindəki əmanət bankı idarələri Azərbaycan Respublikası Müdafiə
Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin, Daxili İşlər Nazirliyinin və Dövlət Sərhədini
Mühafizə Komitəsinin pensiya orqanları tərəfindən tərtib edilmiş müvafiq sənədlər əsasında
ödəyirlər.
30 sentyabr 1997-ci il tarixli 375-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 1998-ci il, № 1, maddə 10) ilə 47-ci maddədə “Azərbaycan
Respublikası Müdafiə Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin, Daxili İşlər Nazirliyinin və
Dövlət Sərhədini Mühafizə Komitəsinin pensiya” sözləri “müvafiq icra hakimiyyəti” sözləri ilə əvəz
edilmişdir.
21 30 aprel 2002-ci il tarixli 316-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 2002-ci il, № 5, maddə 246) ilə 50-ci maddəsinə yeni üçüncü
hissə əlavə edilmişdir.
22 30 sentyabr 1997-ci il tarixli 375-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 1998-ci il, № 1, maddə 10) ilə 52-ci maddə çıxarılmışdır.
Maddənin əvvəlki redaksiyasında deyilirdi:
M a d d ə 5 2 . Azadlıqdan məhrumetmə müddətində pensiya ödənməsinin dayandırılması
Pensiyaçı azadlıqdan məhrum edildikdə azadlıqdan məhrumetmə müddəti üçün pensiya
ödənməsi dayandırılır.
23 30 mart 2004-cü il tarixli 612-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 2004-cü il, № 5, maddə 312) ilə 58-ci maddəsində "Ali
Sovetinin" sözləri "Milli Məclisinin” sözləri ilə əvəz edilmişdir.
Dostları ilə paylaş: |